< Yeşaya 57 >

1 «Saleh adam ölür və bunu vecinə alan yoxdur. Mömin adamlar da köçüb gedir, Amma heç kim anlamır ki, Bəla gəlməmiş saleh adam canını qurtarır.
義人死亡, 無人放在心上; 虔誠人被收去, 無人思念。 這義人被收去是免了將來的禍患;
2 Saleh adam sülhə qovuşur, Doğru yolla gedən son yatağında rahat yatır.
他們得享平安。 素行正直的,各人在墳裏安歇。
3 Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
你們這些巫婆的兒子, 姦夫和妓女的種子, 都要前來!
4 Siz kimi məsxərəyə qoyursunuz? Kimə ağız əyirsiniz? Kimə dil göstərirsiniz? Məgər siz itaətsiz övladlar, Yalançı nəsil deyilsiniz?
你們向誰戲笑? 向誰張口吐舌呢? 你們豈不是悖逆的兒女, 虛謊的種類呢?
5 Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz?
你們在橡樹中間,在各青翠樹下慾火攻心; 在山谷間,在石穴下殺了兒女;
6 Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı?
在谷中光滑石頭裏有你的分。 這些就是你所得的分; 你也向他澆了奠祭,獻了供物, 因這事我豈能容忍嗎?
7 Yatağınızı yüksək, uca dağda salmısınız, Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
你在高而又高的山上安設床榻, 也上那裏去獻祭。
8 Qapılarınıza, qapıların yan taxtalarının arxasına İyrənc işarələr düzmüsünüz. Məni tərk edib yatağınızı geniş açdınız, Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz, Birlikdə yatmağa can atdınız, Onların çılpaqlığına tamaşa etdiniz!
你在門後,在門框後, 立起你的紀念; 向外人赤露,又上去擴張床榻, 與他們立約; 你在那裏看見他們的床就甚喜愛。
9 Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. (Sheol h7585)
你把油帶到王那裏, 又多加香料, 打發使者往遠方去, 自卑自賤直到陰間, (Sheol h7585)
10 Uzun yollar sizi taqətdən saldı. Lakin siz “daha bəsdir” demədiniz. Gücünüzü təzələyib qalxdınız, Buna görə yorulmadınız.
你因路遠疲倦, 卻不說這是枉然; 你以為有復興之力, 所以不覺疲憊。
11 Kim sizi qorxudub dəhşətə saldı ki, Məni aldatdınız? Məni yada salmadınız, Ürəyinizdə Mənə yer vermədiniz? Mən xeyli vaxt susduğuma görə, Siz Məndən qorxmursunuz?
你怕誰?因誰恐懼? 竟說謊,不記念我, 又不將這事放在心上。 我不是許久閉口不言, 你仍不怕我嗎?
12 Mən sizin salehliyinizi, Etdiyiniz əməlləri aşkara çıxaracağam, Bunların sizə xeyri olmayacaq.
我要指明你的公義; 至於你所行的都必與你無益。
13 Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək».
你哀求的時候, 讓你所聚集的拯救你吧! 風要把他們颳散, 一口氣要把他們都吹去。 但那投靠我的必得地土, 必承受我的聖山為業。
14 Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!»
耶和華要說: 你們修築修築,預備道路, 將絆腳石從我百姓的路中除掉。
15 Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
因為那至高至上、永遠長存 名為聖者的如此說: 我住在至高至聖的所在, 也與心靈痛悔謙卑的人同居; 要使謙卑人的靈甦醒, 也使痛悔人的心甦醒。
16 Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
我必不永遠相爭,也不長久發怒, 恐怕我所造的人與靈性都必發昏。
17 Tamahkarlıq günahına görə Qəzəblənib xalqı cəzalandırdım, Hiddətlənib üzümü ondan döndərdim. O da inad edib öz yolu ilə getdi.
因他貪婪的罪孽,我就發怒擊打他; 我向他掩面發怒, 他卻仍然隨心背道。
18 Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
我看見他所行的道,也要醫治他; 又要引導他, 使他和那一同傷心的人再得安慰。
19 Ağızları ilə həmdlər söyləyəcəyəm. Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun». Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
我造就嘴唇的果子; 願平安康泰歸與遠處的人, 也歸與近處的人; 並且我要醫治他。 這是耶和華說的。
20 Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar.
惟獨惡人,好像翻騰的海, 不得平靜; 其中的水常湧出污穢和淤泥來。
21 «Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.
我的上帝說:惡人必不得平安!

< Yeşaya 57 >