< Yeşaya 16 >

1 Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.
なんぢら荒野のセラより羔羊をシオンの女の山におくりて國の首にをさむべし
2 Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.
モアブの女輩はアルノンの津にありてさまよふ鳥のごとく巣をおはれたる雛のごとくなるべし
3 «Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.
相謀りて審判をおこなひ 亭午にもなんぢの蔭を夜のごとくならしめ 驅逐人をかくし 遁れきたるものを顯はすなかれ
4 Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,
わが驅逐人をなんぢとともに居しめ 汝モアブの避所となりて之をそこなふ者のまへより脱れしめよ 勒索者はうせ害ふものはたえ暴虐者は地より絶れん
5 Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək.
ひとつの位あはれみをもて堅くたち眞實をおこなふ者そのうへに坐せん 彼ダビデの幕屋にをりて審判をなし公平をもとめて義をおこなふに速し
6 Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.
われらモアブの傲慢をきけり その高ぶること甚だし われらその誇とたかぶりと忿恚とをきけり その大言はむなし
7 Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.
この故にモアブはモアブの爲になきさけび民みな哭さけぶべし なんぢら必らず甚だしく心をいためてキルハレステの乾葡萄のためになげくべし
8 Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
そはヘシボンの畑とシブマのぶだうの樹とは凋みおとろへたり その枝さきにはヤゼルにまでいたりて荒野にはびこりのびて海をわたりしが 國々のもろもろの主その美はしき枝ををりたり
9 Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü.
この故にわれヤゼルの哭とひとしくシブマの葡萄の樹のためになかん ヘシボンよエレアレよわが涙なんぢをひたさん そは鬨聲なんぢが果物なんぢが收穫の實のうへにおちきたればなり
10 Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim.
欣喜とたのしみとは土肥たる畑より取さられ 葡萄園には謳ふことなく歡呼ばふことなく酒榨にはふみて酒をしぼるものなし 我そのよろこびたつる聲をやめしめたり
11 Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.
このゆゑにわが心腸はモアブの故をもて琴のごとく鳴ひびき キルハレスの故をもてわが衷もまた然り
12 Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün Müqəddəs məkanına gedəcək, Amma hər şey boş-boşunadır!
モアブは高處にいでて倦つかれその聖所にきたりて祈るべけれど驗あらじ
13 Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.
こはヱホバが曩にモアブに就てかたりたまへる聖言なり
14 İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».
されど今ヱホバかたりて言たまはくモアブの榮はその大なる群衆とともに傭人の期にひとしく 三年のうちに恥かしめをうけ 遺れる者はなはだ少なくして力なからん

< Yeşaya 16 >