< Ibranilərə 2 >

1 Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.
Toga radi valja nam veæma paziti na rijeèi koje slušamo, da kako ne otpadnemo.
2 Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,
Jer ako je ono što je govoreno preko anðela utvrðeno, i svaki prestupak i oglušak pravednu platu primio:
3 bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.
Kako æemo pobjeæi na marivši za toliko spasenije? koje poèe Gospod propovijedati, i oni koji su èuli potvrdiše meðu nama,
4 Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
Kad i Bog posvjedoèi i znacima i èudesima i razliènijem silama, i Duha svetoga razdjeljivanjem po svojoj volji.
5 Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.
Jer Bog ne pokori anðelima vasionoga svijeta, koji ide i o kome govorimo.
6 Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
Ali neko posvjedoèi negdje govoreæi: šta je èovjek da ga se opomeneš, ili sin èovjeèij da ga obiðeš?
7 Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun.
Umalio si ga malijem neèim od anðela, slavom i èasti vjenèao si ga, i postavio si ga nad djelima ruku svojijeh:
8 Hər şeyi onun ayağının altına qoyub tabe etdin». Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
Sve si pokorio pod noge njegove. A kad mu pokori sve, ništa ne ostavi njemu nepokoreno; ali sad još ne vidimo da mu je sve pokoreno.
9 Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
A umaljenoga malijem èim od anðela vidimo Isusa, koji je za smrt što podnese vjenèan slavom i èasti, da bi po blagodati Božijoj za sve okusio smrt.
10 Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
Jer prilikovaše njemu za kojega je sve i kroz kojega je sve, koji dovede mnoge sinove u slavu, da dovrši poglavara spasenija njihova stradanjem.
11 Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
Jer i onaj koji osveæuje, i oni koji se osveæuju, svi su od jednoga; zaradi toga uzroka ne stidi se nazvati ih braæom
12 «İsmini qardaşlarıma elan edəcəyəm, Toplantı arasında Sənə həmd söyləyəcəyəm».
Govoreæi: objaviæu ime tvoje braæi svojoj, i posred crkve zapjevaæu te.
13 Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
I opet: ja æu se u njega uzdati. I opet: evo ja i djeca moja koju mi je dao Bog.
14 Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
Buduæi pak da djeca imaju tijelo i krv, tako i on uze dijel u tome, da smræu satre onoga koji ima državu smrti, to jest ðavola;
15 və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
I da izbavi one koji god od straha smrti u svemu životu biše robovi.
16 Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.
Jer se zaista ne prima anðela, nego se prima sjemena Avraamova.
17 Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
Zato bješe dužan u svemu da bude kao braæa, da bude milostiv i vjeran poglavar sveštenièki pred Bogom, da oèisti grijehe narodne.
18 Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
Jer u èemu postrada i iskušan bi u onome može pomoæi i onima koji se iskušavaju.

< Ibranilərə 2 >