< Yaradiliş 25 >

1 İbrahim başqa bir arvad aldı. Onun adı Qetura idi.
А Авраам іще взяв жінку, а ймення їй Кетура́.
2 Qetura ona bunları doğdu: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah.
А вона породила йому Зімрана, і Йокшана, і Мадана, і Мідіяна, і Їшбака, і Шуаха.
3 Yoqşandan Səba və Dedan törədi. Dedanın nəsilləri: Aşşurlular, Letuşlular, Leumlular.
А Йокшан породив був Шеву та Дедана. А сини Деданові були: ашшури, і летуші, і леуми.
4 Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.
А сини Мідіянові: Ефа, і Ефер, і Ханох, і Авіда, і Елдаа, — усі вони сини Кетури.
5 İbrahim özünə məxsus olan hər şeyi İshaqa verdi.
І віддав Авраам усе, що мав, Ісакові.
6 Cariyələrinin oğullarına isə hədiyyələr verdi. Sağlığında onları oğlu İshaqın yanından şərq torpağına tərəf göndərdi.
А синам наложниць, що були в Авраама, дав Авраам подарунки, і відіслав їх від Ісака, сина свого, коли сам ще живий був, на схід, до краю східнього.
7 İbrahim yüz yetmiş beş il ömür sürdü.
А оце дні літ Авраамового життя, які він прожив: сто літ, і сімдесят літ, і п'ять літ.
8 O, uzun ömür sürdü, qoca vaxtında son nəfəsini verərək ölüb əcdadlarına qoşuldu.
І спочи́в та й умер Авраам у старощах добрих, старий і нажившись. І він прилучився до своєї рідні.
9 Oğulları İshaq və İsmail onu Mamre qarşısında olan Maxpela mağarasında, Xetli Sohar oğlu Efronun tarlasında basdırdılar.
І поховали його Ісак та Ізмаїл, сини його, у печері Махпелі, на полі Ефрона, сина Цохара хітте́янина, що навпроти Мамре́, —
10 O tarlanı İbrahim Xetlilərdən satın almışdı. İbrahim və arvadı Sara orada basdırıldı.
поле, що його Авраам був купив від синів Хетових, — там був похований Авраам і Сарра, жінка його.
11 Allah İbrahimin ölümündən sonra oğlu İshaqa xeyir-dua verdi. İshaq Beer-Laxay-Roidə yaşayırdı.
І сталося по Авраамовій смерті, — і поблагословив Бог Ісака, сина його. І осів Ісак при криниці Лахай-Рої.
12 Saranın qarabaşı Misirli Həcərin İbrahimə doğduğu İsmailin nəsil tarixçəsi belədir.
А оце нащадки Ізмаїла, Авраамового сина, що його породила Авраамові єгиптянка Аґар, невільниця Саррина.
13 Doğulma sırasına görə İsmailin oğullarının adları belədir: İsmailin ilk oğlu Nevayot, Qedar, Adbeel, Mivsam,
І оце імена синів Ізмаїла, за їхніми іменами й за нащадками їх: перворідний Ізмаїлів Невайот, і Кедар, і Адбеїл, і Мівсам,
14 Mişma, Duma, Massa,
І Мішма, і Дума, і Масса,
15 Xadad, Tema, Yetur, Nafiş və Qedma;
Хадад, і Тема, Єтур, Нафіш, і Кедма.
16 İsmailin oğulları bunlardır, kəndləri və obaları ilə birgə onların adları belədir. Onlar öz tayfalarının on iki başçısı idi.
Оце вони, сини Ізмаїлові, і їхні ймення за дворами їх і за їх кочови́щами, — дванадцять начальників для їхніх племен.
17 İsmail yüz otuz yeddi il ömür sürdü. O, ömrünü başa vurdu və ölüb əcdadlarına qoşuldu.
А оце літа життя Ізмаїлового: сто літ, і тридцять літ, і сім літ. І спочи́в та й умер він, і був узятий до своєї рідні.
18 İsmailin nəsilləri Xaviladan Şura qədər olan ərazidə məskən saldı. Şur Aşşura gedərkən Misirin qarşısındadır. Onlar qardaşlarının yaşadığı yerin qarşısında yerləşmişdi.
І розложилися вони від Хавіли аж до Шуру, що навпроти Єгипту, як іти до Ашшуру. І він оселився перед усіма свої́ми братами.
19 İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi.
А оце о́повість про Ісака, Авраамового сина. Авраам породив Ісака.
20 İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi.
І був Ісак віку сорока літ, як він узяв собі за жінку Ревеку, дочку Бетуїла арамеянина, з Падану арамейського, сестру арамеянина Лавана.
21 İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu.
І молився Ісак до Господа про жінку свою, бо неплідна була. І Господь був ублаганий ним, — і завагітніла Ревека, жінка його.
22 Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi.
І кидалися діти в утробі її. І сказала вона: „Коли так, то для чого я це переношу!“І пішла запитатися Господа.
23 Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək».
І промовив до неї Господь: „Два племе́на в утробі твоїй, і два наро́ди з твого нутра́ будуть виділені, і стане сильніший наро́д від наро́ду, і старший молодшому бу́де служити“.
24 Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var.
І сповнились дні її, щоб родити, — і ось близнюки в утробі її.
25 İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav qoydular.
І вийшов перший червонуватий, увесь він — немов плащ волосяний. І назвали ймення йому: Ісав.
26 Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi.
А потім вийшов його брат, а рука його трималася п'яти Ісава. І назвав ім'я́ йому: Яків. А Ісак був віку шостидесяти літ, коли народились вони.
27 Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu.
І виросли хлопці. І став Ісав чоловіком, що знався на вловах, чоловіком поля, а Яків — чоловіком мирним, що в наметах сидів.
28 İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi.
І полюбив Ісак Ісава, бо здобич мисливська його йому смакувала, а Ревека любила Якова.
29 Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi.
І зварив був Яків ї́жу, а з поля прибув Ісав, і змучений був.
30 Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom adı verildi.
І сказав Ісав до Якова: „Нагодуй мене отим червоним, червоним отим, бо змучений я“. Тому то назвали ймення йому: Едом.
31 Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat».
А Яків сказав: „Продай же нині мені своє перворідство“.
32 Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?»
І промовив Ісав: „Ось я умираю, — то нащо ж мені оте перворідство?“
33 Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı.
А Яків сказав: „Присягни ж мені нині“. І той присягнув йому, і продав перворідство своє Якову.
34 Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.
І Яків дав Ісавові хліба й сочевичного варива. А той з'їв, і випив, і встав та й пішов. І знехтував Ісав перворідство своє.

< Yaradiliş 25 >