< Yaradiliş 17 >

1 İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.
وقتی ابرام نود و نه ساله بود، خداوند بر او ظاهر شد و فرمود: «من اِل شَدّای، خدای قادر مطلق هستم. از من اطاعت کن و آنچه راست است بجا آور.
2 Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam».
با تو عهد می‌بندم که نسل تو را زیاد کنم.»
3 İbram üzüstə düşdü. Allah onunla danışıb dedi:
آنگاه ابرام رو به زمین خم شد و خدا به وی گفت:
4 «Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan.
«من با تو عهد می‌بندم که قومهای بسیار از تو به وجود آورم.
5 Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim.
از این پس نام تو ابرام نخواهد بود، بلکه ابراهیم؛ زیرا من تو را پدر قومهای بسیار می‌سازم.
6 Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq.
نسل تو را بسیار زیاد می‌کنم و از آنها قومها و پادشاهان به وجود می‌آورم.
7 Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam.
من عهد خود را تا ابد با تو و بعد از تو با فرزندانت، نسل اندر نسل برقرار می‌کنم. من خدای تو هستم و خدای فرزندانت نیز خواهم بود.
8 Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam».
تمامی سرزمین کنعان را که اکنون در آن غریب هستی، تا ابد به تو و به نسل تو خواهم بخشید و خدای ایشان خواهم بود.»
9 Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin.
آنگاه خدا به ابراهیم فرمود: «وظیفهٔ توست که عهد مرا نگاه داری، تو و فرزندانت و نسلهای بعد.
10 Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun.
این است عهدی که تو و نسلت باید نگاه دارید: تمام مردان و پسران شما باید ختنه شوند.
11 Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq.
باید گوشت قُلفۀ خود را ببرید تا بدین وسیله نشان دهید که عهد مرا پذیرفته‌اید.
12 Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin.
«در نسلهای شما، هر پسر هشت روزه باید ختنه شود. این قانون شامل تمام مردان خانه‌زاد و زرخرید هم می‌شود.
13 Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq.
همه باید ختنه شوند و این نشانی بر بدن شما خواهد بود از عهد جاودانی من.
14 Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq».
هر کس نخواهد ختنه شود، باید از قومِ خود منقطع شود، زیرا عهد مرا شکسته است.»
15 Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq.
خدا همچنین فرمود: «اما در خصوص سارای، زن تو: بعد از این دیگر او را سارای مخوان. نام او سارا (یعنی”شاهزاده“) خواهد بود.
16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq».
من او را برکت خواهم داد و از وی به تو پسری خواهم بخشید. بله، او را بسیار برکت خواهم داد و از او قومهای بسیار به وجود خواهم آورد. از میان فرزندان تو، پادشاهان خواهند برخاست.»
17 İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?»
آنگاه ابراهیم سجده کرد و خندید و در دل خود گفت: «آیا برای مرد صد ساله پسری متولد شود و سارا در نود سالگی بزاید؟»
18 Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!»
پس به خدا عرض کرد: «خداوندا، همان اسماعیل را منظور بدار.»
19 Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm.
ولی خدا فرمود: «مطمئن باش خودِ سارا برای تو پسری خواهد زایید و تو نام او را اسحاق (یعنی”خنده“) خواهی گذاشت. من عهد خود را با او و نسل وی تا ابد برقرار خواهم ساخت.
20 İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm.
اما در مورد اسماعیل نیز تقاضای تو را اجابت نمودم و او را برکت خواهم داد و نسل او را چنان زیاد خواهم کرد که قوم بزرگی از او به وجود آید. دوازده امیر از میان فرزندان او برخواهند خاست.
21 Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam».
اما عهد خود را با اسحاق که سارا او را سال دیگر در همین موقع برای تو خواهد زایید، استوار می‌سازم.»
22 Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi.
آنگاه خدا از سخن گفتن با ابراهیم بازایستاد و از نزد او رفت.
23 İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi.
سپس ابراهیم، فرزندش اسماعیل و سایر مردان و پسرانی را که در خانه‌اش بودند، چنانکه خدا فرموده بود ختنه کرد.
24 Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi.
در آن زمان ابراهیم نود و نه ساله و اسماعیل سیزده ساله بود. هر دو آنها در همان روز با سایر مردان و پسرانی که در خانه‌اش بودند، چه خانه‌زاد و چه زرخرید، ختنه شدند.
25 Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi.
26 İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu.
27 Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu.

< Yaradiliş 17 >