< Qalatiyalilara 4 >

1 Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir.
λεγω δε εφ οσον χρονον ο κληρονομος νηπιος εστιν ουδεν διαφερει δουλου κυριος παντων ων
2 O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır.
αλλα υπο επιτροπους εστιν και οικονομους αχρι της προθεσμιας του πατρος
3 Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik.
ουτως και ημεις οτε ημεν νηπιοι υπο τα στοιχεια του κοσμου ημεν δεδουλωμενοι
4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki,
οτε δε ηλθεν το πληρωμα του χρονου εξαπεστειλεν ο θεος τον υιον αυτου γενομενον εκ γυναικος γενομενον υπο νομον
5 Qanun altında olanları satın alsın və biz övladlığa götürülək.
ινα τους υπο νομον εξαγοραση ινα την υιοθεσιαν απολαβωμεν
6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi.
οτι δε εστε υιοι εξαπεστειλεν ο θεος το πνευμα του υιου αυτου εις τας καρδιας υμων κραζον αββα ο πατηρ
7 Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.
ωστε ουκετι ει δουλος αλλ υιος ει δε υιος και κληρονομος θεου δια χριστου
8 Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.
αλλα τοτε μεν ουκ ειδοτες θεον εδουλευσατε τοις μη φυσει ουσιν θεοις
9 İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz?
νυν δε γνοντες θεον μαλλον δε γνωσθεντες υπο θεου πως επιστρεφετε παλιν επι τα ασθενη και πτωχα στοιχεια οις παλιν ανωθεν δουλευειν θελετε
10 Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz!
ημερας παρατηρεισθε και μηνας και καιρους και ενιαυτους
11 Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm.
φοβουμαι υμας μηπως εικη κεκοπιακα εις υμας
12 Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz.
γινεσθε ως εγω οτι καγω ως υμεις αδελφοι δεομαι υμων ουδεν με ηδικησατε
13 Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim.
οιδατε δε οτι δι ασθενειαν της σαρκος ευηγγελισαμην υμιν το προτερον
14 Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz.
και τον πειρασμον μου τον εν τη σαρκι μου ουκ εξουθενησατε ουδε εξεπτυσατε αλλ ως αγγελον θεου εδεξασθε με ως χριστον ιησουν
15 İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz.
τις ουν ην ο μακαρισμος υμων μαρτυρω γαρ υμιν οτι ει δυνατον τους οφθαλμους υμων εξορυξαντες αν εδωκατε μοι
16 Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum?
ωστε εχθρος υμων γεγονα αληθευων υμιν
17 Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər.
ζηλουσιν υμας ου καλως αλλα εκκλεισαι υμας θελουσιν ινα αυτους ζηλουτε
18 Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun.
καλον δε το ζηλουσθαι εν καλω παντοτε και μη μονον εν τω παρειναι με προς υμας
19 Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.
τεκνια μου ους παλιν ωδινω αχρι ου μορφωθη χριστος εν υμιν
20 İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam.
ηθελον δε παρειναι προς υμας αρτι και αλλαξαι την φωνην μου οτι απορουμαι εν υμιν
21 Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi?
λεγετε μοι οι υπο νομον θελοντες ειναι τον νομον ουκ ακουετε
22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu.
γεγραπται γαρ οτι αβρααμ δυο υιους εσχεν ενα εκ της παιδισκης και ενα εκ της ελευθερας
23 Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu.
αλλ ο μεν εκ της παιδισκης κατα σαρκα γεγεννηται ο δε εκ της ελευθερας δια της επαγγελιας
24 Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir.
ατινα εστιν αλληγορουμενα αυται γαρ εισιν δυο διαθηκαι μια μεν απο ορους σινα εις δουλειαν γεννωσα ητις εστιν αγαρ
25 Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir.
το γαρ αγαρ σινα ορος εστιν εν τη αραβια συστοιχει δε τη νυν ιερουσαλημ δουλευει δε μετα των τεκνων αυτης
26 Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır.
η δε ανω ιερουσαλημ ελευθερα εστιν ητις εστιν μητηρ παντων ημων
27 Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur».
γεγραπται γαρ ευφρανθητι στειρα η ου τικτουσα ρηξον και βοησον η ουκ ωδινουσα οτι πολλα τα τεκνα της ερημου μαλλον η της εχουσης τον ανδρα
28 Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız.
ημεις δε αδελφοι κατα ισαακ επαγγελιας τεκνα εσμεν
29 Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir.
αλλ ωσπερ τοτε ο κατα σαρκα γεννηθεις εδιωκεν τον κατα πνευμα ουτως και νυν
30 Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq».
αλλα τι λεγει η γραφη εκβαλε την παιδισκην και τον υιον αυτης ου μη γαρ κληρονομησει ο υιος της παιδισκης μετα του υιου της ελευθερας
31 Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.
αρα αδελφοι ουκ εσμεν παιδισκης τεκνα αλλα της ελευθερας

< Qalatiyalilara 4 >