< Yezekel 16 >

1 Mənə Rəbbin bu sözü nazil oldu:
And the word of the Lord came to me, saying,
2 «Ey bəşər oğlu, murdar əməllərini Yerusəlimə bildirib söylə ki,
Son of man, make clear to Jerusalem her disgusting ways,
3 Xudavənd Rəbb Yerusəlimə belə deyir: “Əslin və mənşəyin Kənan torpağındandır: atan Emorludur, anan isə Xetli.
And say, This is what the Lord has said to Jerusalem: Your start and your birth was from the land of the Canaanite; an Amorite was your father and your mother was a Hittite.
4 Doğulduğun gün göbək bağın kəsilmədi, səni su ilə yuyub təmizləmədilər, duzla ovulmadın və qundağa bələnmədin.
As for your birth, on the day of your birth your cord was not cut and you were not washed in water to make you clean; you were not salted or folded in linen bands.
5 Heç kəs sənə şəfqətlə baxmadı, rəhm etmədi ki, bunların birini sənə etsin. Doğulduğun gün səndən iyrəndikləri üçün çölə atıldın.
No eye had pity on you to do any of these things to you or to be kind to you; but you were put out into the open country, because your life was hated at the time of your birth.
6 Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim.
And when I went past you and saw you stretched out in your blood, I said to you, Though you are stretched out in your blood, have life;
7 Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin.
And be increased in number like the buds of the field; and you were increased and became great, and you came to the time of love: your breasts were formed and your hair was long; but you were uncovered and without clothing.
8 Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun.
Now when I went past you, looking at you, I saw that your time was the time of love; and I put my skirts over you, covering your unclothed body: and I gave you my oath and made an agreement with you, says the Lord, and you became mine.
9 Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim.
Then I had you washed with water, washing away all your blood and rubbing you with oil.
10 Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm.
And I had you clothed with needlework, and put leather shoes on your feet, folding fair linen about you and covering you with silk.
11 Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım.
And I made you fair with ornaments and put jewels on your hands and a chain on your neck.
12 Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum.
And I put a ring in your nose and ear-rings in your ears and a beautiful crown on your head.
13 Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin.
So you were made beautiful with gold and silver; and your clothing was of the best linen and silk and needlework; your food was the best meal and honey and oil: and you were very beautiful.
14 Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir.
You were so beautiful that the story of you went out into all nations; you were completely beautiful because of my glory which I had put on you, says the Lord.
15 “Ancaq sən gözəlliyinə güvəndin, şöhrətləndiyinə görə fahişəlik etdin, hər yoldan keçənə özünü təslim edib pozğunluq etdin.
But you put your faith in the fact that you were beautiful, acting like a loose woman because you were widely talked of, and offering your cheap love to everyone who went by, whoever it might be.
16 Öz paltarlarından götürüb özünə müxtəlif səcdəgahlar düzəltdin və onların üstündə fahişəlik etdin. Beləsi nə olmuşdu, nə də olacaq.
And you took your robes and made high places for yourself ornamented with every colour, acting like a loose woman on them, without shame or fear.
17 Mənim sənə verdiyim qızıl-gümüşümdən hazırlanan zinətlərini götürüb özünə kişi surətləri düzəltdin və onlarla pozğunluq etdin.
And you took the fair jewels, my silver and gold which I had given to you, and made for yourself male images, acting like a loose woman with them;
18 Əlvan naxışlı paltarını götürüb onların üstünə örtdün, zeytun yağımı və buxurumu onların önünə qoydun.
And you took your robes of needlework for their clothing, and put my oil and my perfume before them.
19 Sənə verdiyim çörəyimi, sənə yedirdiyim narın unu, zeytun yağını və balı da ətirli buxur olaraq onların önünə qoydun. Bu iş baş verdi” Xudavənd Rəbb belə bəyan edir.
And my bread which I gave you, the best meal and oil and honey which I gave you for your food, you put it before them for a sweet smell, says the Lord.
20 “Mənim üçün doğduğun oğul və qızlarını götürüb bütlərə yemək olsun deyə qurban etdin. Fahişəliyin az idi ki,
And you took your sons and your daughters whom I had by you, offering even these to them to be their food. Was your loose behaviour so small a thing,
21 hələ övladlarımı da kəsdin və onları bütlərə təqdim etdin?
That you put my children to death and gave them up to go through the fire to them?
22 Bütün iyrənc işlərini və fahişəliyini edərkən öz cavanlıq günlərini xatırlamadın, o zaman lüt və çılpaq idin, öz qanın içində qımıldanırdın”.
And in all your disgusting and false behaviour you had no memory of your early days, when you were uncovered and without clothing, stretched out in your blood.
23 Xudavənd Rəbb bəyan edir: “Vay, vay sənin halına! Sən bütün pis əməllərindən sonra
And it came about, after all your evil-doing, says the Lord,
24 özünə fahişəlik yuvaları qurdun və hər meydanda səcdəgahlar düzəltdin.
That you made for yourself an arched room in every open place.
25 Hər yolun başında öz səcdəgahlarını düzəltdin. Öz gözəlliyini murdar etdin, hər yoldan keçənə ayaqlarını araladın və fahişəliyini artırdın.
You put up your high places at the top of every street, and made the grace of your form a disgusting thing, opening your feet to everyone who went by, increasing your loose ways.
26 Cinsiyyət üzvləri böyük olan qonşuların Misirlilərlə pozğunluq etdin, Məni qəzəbləndirmək üçün fahişəliyini artırdın.
And you went with the Egyptians, your neighbours, great of flesh; increasing your loose ways, moving me to wrath.
27 Buna görə də əlimi sənə qarşı uzadıb sənə təyin olunan yeməyi azaltdım. Sənə nifrət edən Filişt qızları səninlə istədikləri kimi rəftar etsinlər deyə səni onlara təslim etdim. Hətta onlar sənin əxlaqsız əməllərindən utanır.
Now, then, my hand is stretched out against you, cutting down your fixed amount, and I have given you up to the desire of your haters, the daughters of the Philistines who are shamed by your loose ways.
28 Aşşurlularla da pozğunluq etdin, çünki doymurdun. Onlarla pozğunluq etdin, ancaq bu da sənə kifayət etmədi.
And you went with the Assyrians, because of your desire which was without measure; you were acting like a loose woman with them, and still you had not enough.
29 Öz pozğunluğunu ticarət ölkəsi olan Xaldey torpağına qədər yaydın, ancaq bu da sənə kifayət etmədi”.
And you went on in your loose ways, even as far as the land of Chaldaea, and still you had not enough.
30 Xudavənd Rəbb bəyan edir: “Bütün bunları edərkən ürəyin nə qədər aciz oldu, sən həyasız fahişə kimi davrandın.
How feeble is your heart, says the Lord, seeing that you do all these things, the work of a loose and overruling woman;
31 Hər yolun başında fahişəlik yuvaları qurarkən, bütün meydanlarda səcdəgahlar düzəldərkən hətta fahişə kimi də olmadın, çünki işinin əvəzində verilən hədiyyəyə xor baxdın.
For you have made your arched room at the top of every street, and your high place in every open place; though you were not like a loose woman in getting together your payment.
32 Zina edən, ərinin əvəzinə yadları qəbul edən bir qadın oldun.
The untrue wife who takes strange lovers in place of her husband!
33 Bütün fahişələrə hədiyyə verirlər, ancaq bütün oynaşlarına sən hədiyyələr verirsən. Onlara rüşvət verirsən ki, hər tərəfdən sənin yanına gəlsinlər və səninlə pozğunluq etsinlər.
They give payment to all loose women: but you give rewards to your lovers, offering them payment so that they may come to you on every side for your cheap love.
34 Fahişəlik etməkdə başqa qadınlara bənzəmirsən, çünki heç kəs sənin dalınca düşmür ki, fahişəlik edəsən, əksinə, bunun üçün sən hədiyyə verirsən, sənə hədiyyə verilmir. Bu cəhətdən başqalarına bənzəmirsən”.
And in your loose behaviour you are different from other women, for no one goes after you to make love to you: and because you give payment and no payment is given to you, in this you are different from them.
35 Buna görə də, ey fahişə, Rəbbin sözünə qulaq as.
For this cause, O loose woman, give ear to the voice of the Lord:
36 Xudavənd Rəbb belə deyir: “Həyasızlığın aşkara çıxdığı üçün, oynaşlarınla fahişəlik edərkən çılpaqlığın açıldığı üçün, bütün iyrənc bütlərindən və onlara qurban verdiyin oğullarının qanından ötrü –
This is what the Lord has said: Because your unclean behaviour was let loose and your body uncovered in your loose ways with your lovers and with your disgusting images, and for the blood of your children which you gave to them;
37 bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
For this cause I will get together all your lovers with whom you have taken your pleasure, and all those to whom you have given your love, with all those who were hated by you; I will even make them come together against you on every side, and I will have you uncovered before them so that they may see your shame.
38 Zina edən və qan tökən qadınlara verilən cəza ilə səni cəzalandıracaq, qanlı qəzəbimə və qısqanclığıma təslim edəcəyəm.
And you will be judged by me as women are judged who have been untrue to their husbands and have taken life; and I will let loose against you passion and bitter feeling.
39 Səni oynaşlarının əlinə verəcəyəm. Fahişəlik yuvalarını dağıdacaq, səcdəgahlarını uçuracaq, paltarlarını əynindən soyunduracaq, zinətlərini əlindən alacaq, səni lüt və çılpaq qoyacaqlar.
I will give you into their hands, and your arched room will be overturned and your high places broken down; they will take your clothing off you and take away your fair jewels: and when they have done, you will be uncovered and shamed.
40 Camaatı üzərinə qaldıracaq, səni daşqalaq edəcək və qılıncları ilə parça-parça doğrayacaqlar.
And they will get together a meeting against you, stoning you with stones and wounding you with their swords.
41 Evlərinə od vuracaq, çoxlu qadının gözü önündə səni cəzalandıracaqlar. Fahişəliyinə son qoyacağam və daha oynaşlarına hədiyyə verməyəcəksən.
And they will have you burned with fire, sending punishments on you before the eyes of great numbers of women; and I will put an end to your loose ways, and you will no longer give payment.
42 Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm.
And the heat of my wrath against you will have an end, and my bitter feeling will be turned away from you, and I will be quiet and will be angry no longer.
43 İndi ki sən cavanlıq günlərini yadına salmadın və bütün bu əməllərinlə Məni hiddətləndirdin, Mən də əməllərinin əvəzini başına gətirəcəyəm” bəyan edir Xudavənd Rəbb. “Bütün iyrənc işlərinə əlavə olaraq pozğunluq etmədinmi?
Because you have not kept in mind the days when you were young, but have been troubling me with all these things; for this reason I will make the punishment of your ways come on your head, says the Lord, because you have done this evil thing in addition to all your disgusting acts.
44 Bax məsəl söyləyən hər kəs sənə qarşı bu məsəli deyəcək: ‹Anası necədirsə, qızı da elədir›.
See, in every common saying about you it will be said, As the mother is, so is her daughter.
45 Sən ərindən və övladlarından ikrah edən ananın qızısan, sən ərlərindən və övladlarından ikrah edən bacılarının bacısısan. Ananız Xetli, atanız isə Emorlu idi.
You are the daughter of your mother whose soul is turned in disgust from her husband and her children; and you are the sister of your sisters who were turned in disgust from their husbands and their children: your mother was a Hittite and your father an Amorite.
46 Böyük bacın öz qızları ilə sənin şimalında yaşayan Samariyadır. Kiçik bacın isə qızları ilə sənin cənubunda yaşayan Sodomdur.
Your older sister is Samaria, living at your left hand, she and her daughters: and your younger sister, living at your right hand, is Sodom and her daughters.
47 Ancaq sən onların yolları ilə də getmədin, onların etdiyi iyrənc işlər qədər də etmədin. Bütün bunları kiçik bir iş sayıb öz əməllərində onlardan da pozğun oldun.
Still you have not gone in their ways or done the disgusting things which they have done; but, as if that was only a little thing, you have gone deeper in evil than they in all your ways.
48 Varlığıma and olsun” bəyan edir Xudavənd Rəbb, “bacın Sodomla qızları səninlə qızlarının etdiyi işləri etmədi.
By my life, says the Lord, Sodom your sister never did, she or her daughters, what you and your daughters have done.
49 Bacın Sodomun və onun qızlarının günahı bundan ibarət idi: qürur, toxluq və qayğısızlıq içində yaşayarkən məzluma və fəqirə əl tutmadılar.
Truly, this was the sin of your sister Sodom: pride, a full measure of food, and the comforts of wealth in peace, were seen in her and her daughters, and she gave no help to the poor or to those in need.
50 Qürurlanıb Mənim önümdə iyrənc işlər etdilər. Mən bunu görəndə onları rədd etdim.
They were full of pride and did what was disgusting to me: and so I took them away as you have seen.
51 Samariya sənin etdiyin günahların yarısını belə, etməmişdi. İyrənc işlərdə onları da ötüb keçdin. Beləcə etdiyin iyrənc işlərlə bacılarını saleh kimi göstərdin.
And Samaria has not done half your sins; but you have made the number of your disgusting acts greater than theirs, making your sisters seem more upright than you by all the disgusting things which you have done.
52 Sən də öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını təmizə çıxardın. Etdiyin günahlar onlarınkından da iyrənc olduğuna görə onlar səndən saleh göründü. Xəcalətindən utan, öz rüsvayçılığının yükünü daşı, çünki bacılarını saleh kimi göstərdin.
And you yourself will be put to shame, in that you have given the decision for your sisters; through your sins, which are more disgusting than theirs, they are more upright than you: truly, you will be shamed and made low, for you have made your sisters seem upright.
53 Sodomdan və onun qızlarından sürgün olunmuşları, Samariyadan və onun qızlarından sürgün olunmuşları, onlarla birgə səndən sürgün olunmuşları yenidən öz yerlərinə qaytaracağam.
And I will let their fate be changed, the fate of Sodom and her daughters, and the fate of Samaria and her daughters, and your fate with theirs.
54 Onda öz rüsvayçılığının yükünü daşıyacaqsan və etdiyin hər işdən utanacaqsan, çünki sən onlara təsəlli oldun.
So that you will be shamed and made low because of all you have done, when I have mercy on you.
55 Bacıların Sodomla qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, Samariya ilə qızları əvvəlki vəziyyətlərinə qayıdacaq, sən və qızların da əvvəlki vəziyyətinizə qayıdacaqsınız.
And your sisters, Sodom and her daughters, will go back to their first condition, and Samaria and her daughters will go back to their first condition, and you and your daughters will go back to your first condition.
56 Pisliyin üzə çıxmadan, qürurlu olduğun günlərdə bacın Sodomun adını çəkməzdin.
Was not your sister Sodom an oath in your mouth in the day of your pride,
57 İndi sən ətrafındakıların hamısı ilə birgə Aram qızları və Filişt qızları – səni təhqir edən ətraf xalqlar tərəfindən rüsvay edilirsən.
Before your shame was uncovered? Now you have become like her a word of shame to the daughters of Edom and all who are round about you, the daughters of the Philistines who put shame on you round about.
58 Sən pozğunluğunun və iyrənc əməllərinin cəzasını çəkəcəksən” Rəbb belə bəyan edir.
The reward of your evil designs and your disgusting ways has come on you, says the Lord.
59 Bəli, Xudavənd Rəbb belə deyir: “Sən əhdi pozub anda xor baxdın. Buna görə də sən necə etdinsə, Mən də sənə elə edəcəyəm.
For this is what the Lord has said: I will do to you as you have done, you who, putting the oath on one side, have let the agreement be broken.
60 Ancaq Mən cavanlıq günlərində səninlə etdiyim əhdimi yada salacağam. Səninlə əbədi bir əhd bağlayacağam.
But still I will keep in mind the agreement made with you in the days when you were young, and I will make with you an eternal agreement.
61 Səndən böyük və səndən kiçik bacılarını yanına aldığın zaman öz əməllərini yada salıb utanacaqsan. Qızların olmaq üçün onları sənə verəcəyəm, amma səninlə bağladığım əhddə bu yox idi.
Then at the memory of your ways you will be overcome with shame, when I take your sisters, the older and the younger, and give them to you for daughters, but not by your agreement.
62 Səninlə yenidən əhd bağlayacağam və biləcəksən ki, Rəbb Mənəm.
And I will make my agreement with you; and you will be certain that I am the Lord:
63 Eləcə bütün etdiklərini bağışladığım zaman bunu yada salıb utanacaqsan, rüsvayçılığından bir daha ağzını açmayacaqsan” Xudavənd Rəbb belə bəyan edir».
So that, at the memory of these things, you may be at a loss, never opening your mouth because of your shame; when you have my forgiveness for all you have done, says the Lord.

< Yezekel 16 >