< Çixiş 21 >

1 Sən onların qarşısına bu hökmləri qoymalısan:
これはあなたが彼らの前に示すべきおきてである。
2 Sizdən biri İbrani qul alarsa, o qul altı il qulluq edib yeddinci il pulu ödəmədən azad olunsun.
あなたがヘブルびとである奴隷を買う時は、六年のあいだ仕えさせ、七年目には無償で自由の身として去らせなければならない。
3 Əgər qulun tək gəlib, qoy tək də getsin; yox, əgər arvadı vardısa, qoy arvadı ilə getsin.
彼がもし独身できたならば、独身で去らなければならない。もし妻を持っていたならば、その妻は彼と共に去らなければならない。
4 Əgər qul sahibi quluna arvad veribsə və qulun arvadı oğlan yaxud qız doğubsa, arvadla uşaqları ağası üçün qalsın. Qul isə tək getsin.
もしその主人が彼に妻を与えて、彼に男の子また女の子を産んだならば、妻とその子供は主人のものとなり、彼は独身で去らなければならない。
5 Lakin qul təkidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə,
奴隷がもし『わたしは、わたしの主人と、わたしの妻と子供を愛します。わたしは自由の身となって去ることを好みません』と明言するならば、
6 onda qoy qulun ağası onu məbədə – Allahın hüzuruna gətirsin. Qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin.
その主人は彼を神のもとに連れて行き、戸あるいは柱のところに連れて行って、主人は、きりで彼の耳を刺し通さなければならない。そうすれば彼はいつまでもこれに仕えるであろう。
7 Bir adam qızını qarabaş olaraq satarsa, qız kişi qullar kimi azad olmasın.
もし人がその娘を女奴隷として売るならば、その娘は男奴隷が去るように去ってはならない。
8 Əgər o qız onu özü üçün təyin edən ağasının gözündə pis görünərsə, ağası qızın ödənmə pulunu qəbul edib onu azad etsin; o ağanın qızı yadellilərə satmağa ixtiyarı yoxdur, çünki o qızla xaincəsinə rəftar etdi.
彼女がもし彼女を自分のものと定めた主人の気にいらない時は、その主人は彼女が、あがなわれることを、これに許さなければならない。彼はこれを欺いたのであるから、これを他国の民に売る権利はない。
9 Əgər ağa onu oğlu üçün təyin edibsə, onunla adətə görə öz qızı kimi rəftar etməlidir.
彼がもし彼女を自分の子のものと定めるならば、これを娘のように扱わなければならない。
10 Əgər o adam ikinci arvad alırsa, birinci arvadını yemək və paltar təminatından və arvadlıq hüququndan məhrum etməsin.
彼が、たとい、ほかに女をめとることがあっても、前の女に食物と衣服を与えることと、その夫婦の道とを絶えさせてはならない。
11 Əgər əri bu üç haqqı qadına vermirsə, qoy bu qadın heç nə ödəmədən azad edilsin.
彼がもしこの三つを行わないならば、彼女は金を償わずに去ることができる。
12 Adam vurub öldürən şəxs öldürülməlidir.
人を撃って死なせた者は、必ず殺されなければならない。
13 Lakin o şəxs öldürmək qəsdində olmasa və ölüm Mənim iznimlə olsa, o zaman onun üçün bir yer təyin edərəm ki, oraya pənah gətirsin.
しかし、人がたくむことをしないのに、神が彼の手に人をわたされることのある時は、わたしはあなたのために一つの所を定めよう。彼はその所へのがれることができる。
14 Bir adam başqa adamı qəsdən hiylə ilə öldürsə, o adamı hətta Mənim qurbangahımdan götür ki, öldürülsün.
しかし人がもし、ことさらにその隣人を欺いて殺す時は、その者をわたしの祭壇からでも、捕えて行って殺さなければならない。
15 Atasını yaxud anasını döyən adam öldürülməlidir.
自分の父または母を撃つ者は、必ず殺されなければならない。
16 İnsan oğurlayıb satan yaxud saxlayan adam öldürülməlidir.
人をかどわかした者は、これを売っていても、なお彼の手にあっても、必ず殺されなければならない。
17 Atasını yaxud anasını söyən adam öldürülməlidir.
自分の父または母をのろう者は、必ず殺されなければならない。
18 Adamlar münaqişə edəndə başqa adamın daşla yaxud yumruqla vurduğu bir adam ölməyib yatağa düşərsə və
人が互に争い、そのひとりが石または、こぶしで相手を撃った時、これが死なないで床につき、
19 sonra yataqdan qalxıb əl ağacı ilə bayırda gəzərsə, onu vuran adam cəzasız qalsın və yatdığı müddətin əvəzini ödəsin, sağalana qədər ona qayğı göstərsin.
再び起きあがって、つえにすがり、外を歩くようになるならば、これを撃った者は、ゆるされるであろう。ただその仕事を休んだ損失を償い、かつこれにじゅうぶん治療させなければならない。
20 Bir adamın dəyənəklə vurduğu qulu yaxud qarabaşı zərbədən ölərsə, o adam cəzalandırılmalıdır.
もし人がつえをもって、自分の男奴隷または女奴隷を撃ち、その手の下に死ぬならば、必ず罰せられなければならない。
21 Əgər qul yaxud qarabaş bir-iki gün ərzində ölməsə, ağa cəzalandırılmasın; çünki qul yaxud qarabaş ağanın əmlakıdır.
しかし、彼がもし一日か、ふつか生き延びるならば、その人は罰せられない。奴隷は彼の財産だからである。
22 Adamlar dalaşanda bir hamilə qadın ona dəyən zərbədən uşaq salarsa və başqa ziyan ona dəyməsə, o qadının ərinin tələbi ilə təqsirkar adam hakimlərin təyin etdiyi məbləğdə cərimə ödəməlidir.
もし人が互に争って、身ごもった女を撃ち、これに流産させるならば、ほかの害がなくとも、彼は必ずその女の夫の求める罰金を課せられ、裁判人の定めるとおりに支払わなければならない。
23 Əgər qadına ziyan dəyibsə, təqsirkar adam can əvəzinə can,
しかし、ほかの害がある時は、命には命、
24 göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq,
目には目、歯には歯、手には手、足には足、
25 yanıq əvəzinə yanıq, yara əvəzinə yara, zədə əvəzinə zədə ödəsin.
焼き傷には焼き傷、傷には傷、打ち傷には打ち傷をもって償わなければならない。
26 Ağa qulunun yaxud kənizinin gözünə vurub onu kor edərsə, gözün əvəzinə onu azad etsin.
もし人が自分の男奴隷の片目、または女奴隷の片目を撃ち、これをつぶすならば、その目のためにこれを自由の身として去らせなければならない。
27 Əgər ağa qulunun yaxud kənizinin dişini sındırsa, dişin əvəzinə qulunu azad etsin.
また、もしその男奴隷の一本の歯、またはその女奴隷の一本の歯を撃ち落すならば、その歯のためにこれを自由の身として去らせなければならない。
28 Mal-qaradan olan heyvan kişini yaxud qadını buynuzla vurub öldürərsə, heyvan daşqalaq edilsin; onun əti yeyilməsin, heyvan sahibi isə günahsız sayılsın.
もし牛が男または女を突いて殺すならば、その牛は必ず石で撃ち殺されなければならない。その肉は食べてはならない。しかし、その牛の持ち主は罪がない。
29 Lakin əgər heyvan o vaxta qədər vurağan olub, sahibi isə bundan xəbərdar edilsə də, onun qarşısını almasa və nəticədə heyvan kişini yaxud qadını öldürərsə, heyvan daşqalaq edilsin, sahibi isə öldürülsün.
牛がもし以前から突く癖があって、その持ち主が注意されても、これを守りおかなかったために、男または女を殺したならば、その牛は石で撃ち殺され、その持ち主もまた殺されなければならない。
30 Əgər heyvanın sahibindən ödənmə pulu istənilirsə, o istənilən pulun məbləğini ödəyib canının əvəzini ödəyə bilər.
彼がもし、あがないの金を課せられたならば、すべて課せられたほどのものを、命の償いに支払わなければならない。
31 Oğlanı ya qızı buynuzlayan heyvana qarşı eyni hökm işlənsin.
男の子を突いても、女の子を突いても、この定めに従って処置されなければならない。
32 Əgər heyvan qulu ya kənizi buynuzu ilə vursa, ağasına otuz şekel gümüş verilsin, heyvan isə daşqalaq olsun.
牛がもし男奴隷または女奴隷を突くならば、その主人に銀三十シケルを支払わなければならない。またその牛は石で撃ち殺されなければならない。
33 Bir adam quyunu açıb ya da qazdığı quyunun üstünü örtməsə və ora mal-qara yaxud eşşək düşsə,
もし人が穴をあけたままに置き、あるいは穴を掘ってこれにおおいをしないために、牛または、ろばがこれに落ち込むことがあれば、
34 quyunun sahibi zərəri ödəsin; heyvanın dəyərini sahibinə versin, ölən heyvan isə o adama qalsın.
穴の持ち主はこれを償い、金をその持ち主に支払わなければならない。しかし、その死んだ獣は彼のものとなるであろう。
35 Bir adamın mal-qarası başqasının mal-qarasını vurub öldürsə, sahiblər həm sağ qalan heyvanı satıb dəyərini yarı bölməli, həm də ölü heyvanı yarı bölməlidirlər.
ある人の牛が、もし他人の牛を突いて殺すならば、彼らはその生きている牛を売って、その価を分け、またその死んだものをも分けなければならない。
36 Amma heyvanın o vaxta qədər vurağan olduğu məlum olanda onun qarşısını almayan sahibi heyvanın əvəzinə heyvan verib zərəri ödəsin; ölən heyvan isə ona qalmalıdır.
あるいはその牛が以前から突く癖のあることが知られているのに、その持ち主がこれを守りおかなかったならば、その人は必ずその牛のために牛をもって償わなければならない。しかし、その死んだ獣は彼のものとなるであろう。

< Çixiş 21 >