< Çixiş 10 >

1 Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim.
Reče Jahve Mojsiju: “Idi k faraonu. Učinio sam da njemu i njegovim službenicima otvrdne srce da izvedem svoja znamenja među njima;
2 Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».
da možeš pripovjedati svome sinu i svome unuku što sam učinio Egipćanima i kakva sam znamenja izvodio među njima, kako biste znali da sam ja Jahve.”
3 Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin!
Tako Mojsije i Aron odu k faraonu i kažu mu: “Ovako poručuje Jahve, Bog Hebreja: 'Dokle ćeš odbijati da se preda mnom poniziš? Pusti moj narod da mi iskaže štovanje.
4 Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm.
Jer ako ne pustiš moga naroda, sutra ću navesti skakavce na tvoju zemlju.
5 Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər.
Tako će prekriti površinu da se zemlja od njih neće vidjeti. Pojest će ono što vam je iza tuče ostalo; i ogolit će vam sva stabla što po polju rastu.
6 Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı.
Ispunit će ti sav dvor, kuće tvojih službenika i domove svih ostalih Egipćana - takvo što ne vidješe ni tvoji očevi ni očevi tvojih očeva u ovoj zemlji od svojih vremena do danas.'” Okrene se i ode od faraona.
7 Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?»
“Dokle će nam ovaj čovjek biti stupica?” - rekoše faraonu njegovi službenici. - “Pusti te ljude neka idu i iskažu štovanje Jahvi, svome Bogu! Zar ne vidiš kako Egipat srlja u propast?”
8 Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?»
Dovedu Mojsija i Arona natrag k faraonu, a on im reče: “Idite! Iskažite štovanje Jahvi, svome Bogu! A tko će sve ići?”
9 Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik».
“Svi idemo”, odgovori Mojsije, “i mlado i staro. Odlazimo sa svojim sinovima i svojim kćerima; sa svojom krupnom i sitnom stokom, jer moramo održati svečanost Jahvi.”
10 Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var.
“Jahve bio s vama isto kao što i ja pustio da s vama pođu i djeca!” - odgovori im. “Očito se vidi da vam nakana nije čista.
11 Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu.
Nećemo tako! Nego muškarci neka odu i štovanje iskažu Jahvi. To ste i tražili.” I otjeraju ih od faraona.
12 Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər».
Tada reče Jahve Mojsiju: “Pruži ruku povrh zemlje egipatske da navale skakavci na egipatsku zemlju i pojedu sve bilje što još ostade nakon tuče!”
13 Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi.
Tako Mojsije podigne svoj štap povrh egipatske zemlje, a Jahve navrati istočni vjetar po zemlji; puhao je toga cijelog dana i cijele noći. A kad je jutro svanulo, vjetar nanio skakavce.
14 Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq.
Oni se razlete po svoj egipatskoj zemlji i padnu po svim krajevima Egipta u silnoj gustoći: toliko ih mnoštvo nikad prije nije bilo niti će kada biti.
15 Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı.
Pokriju sve tlo, tako da se od njih zacrnjelo. Pojedu sve bilje u polju i sve plodove sa stabala što su bili ostali iza tuče. Ništa se više nije zelenjelo: ni stabla ni poljska trava u svem Egiptu.
16 Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim,
Brže-bolje dozva faraon Mojsija i Arona pa im reče: “Sagriješio sam protiv Jahve, vašega Boga, i vas!
17 xahiş edirəm, təkcə bu dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin».
Oprostite mi uvredu još samo ovaj put i molite Jahvu, Boga svoga, da samo otkloni od mene ovaj smrtonosni bič!”
18 Musa fironun yanından çıxıb Rəbbə yalvardı.
Kad je Mojsije otišao od faraona, zazva Jahvu
19 Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı.
i Jahve promijeni vjetar u veoma jak zapadnjak, koji pothvati skakavce i odnese prema Crvenome moru. Ni jedan jedini skakavac nije ostao ni u kojem kraju Egipta.
20 Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı.
Ali je Jahve otvrdnuo srce faraonu i ne pusti on Izraelaca.
21 Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun».
“Pruži ruku prema nebu”, rekne Jahve Mojsiju, “pa neka se tmina spusti na egipatsku zemlju, tmina koja će se moći opipati.”
22 Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu.
Mojsije pruži ruku prema nebu i spusti se gusta tmina na svu zemlju egipatsku: tri je dana trajala.
23 Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi.
Tri dana nisu ljudi jedan drugoga mogli vidjeti i nitko se sa svoga mjesta nije micao. A u mjestima gdje su Izraelci živjeli sjala svjetlost.
24 Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın».
Pozva onda faraon Mojsija i reče: “Idi i štovanje iskaži Jahvi! Ali vaša stoka, krupna i sitna, neka ostane ovdje. Vaša djeca neka idu s vama!”
25 Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək.
“Ti nas sam moraš opskrbiti prinosima i žrtvama paljenicama koje ćemo prinijeti Jahvi, Bogu svojemu”, odgovori Mojsije.
26 Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik».
“Zato ćemo sa sobom potjerati i svoja stada. Ni papak neće ostati ovdje. Od njih nam valja izabrati za žrtvovanje Jahvi, Bogu našemu, a ne znamo, dok onamo ne stignemo, što moramo Jahvi prinijeti.”
27 Rəbb fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi.
Jahve otvrdne faraonu srce i on ne pristane da odu.
28 Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən».
“Odlazi!” - vikne faraon na Mojsija. “I da mi više na oči ne dolaziš! Onoga dana kad mi se opet pojaviš na oči, zaglavit ćeš!”
29 Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm».
“Dobro si kazao!” - uzvrati Mojsije. “Lica tvoga više neću vidjeti!”

< Çixiş 10 >