< Vaiz 7 >

1 Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.
טוב שם משמן טוב ויום המות מיום הולדו׃
2 Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.
טוב ללכת אל בית אבל מלכת אל בית משתה באשר הוא סוף כל האדם והחי יתן אל לבו׃
3 Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır.
טוב כעס משחק כי ברע פנים ייטב לב׃
4 Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində.
לב חכמים בבית אבל ולב כסילים בבית שמחה׃
5 Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
טוב לשמע גערת חכם מאיש שמע שיר כסילים׃
6 Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur.
כי כקול הסירים תחת הסיר כן שחק הכסיל וגם זה הבל׃
7 Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir.
כי העשק יהולל חכם ויאבד את לב מתנה׃
8 Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
טוב אחרית דבר מראשיתו טוב ארך רוח מגבה רוח׃
9 Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
אל תבהל ברוחך לכעוס כי כעס בחיק כסילים ינוח׃
10 “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
אל תאמר מה היה שהימים הראשנים היו טובים מאלה כי לא מחכמה שאלת על זה׃
11 Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
טובה חכמה עם נחלה ויתר לראי השמש׃
12 Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
כי בצל החכמה בצל הכסף ויתרון דעת החכמה תחיה בעליה׃
13 Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
ראה את מעשה האלהים כי מי יוכל לתקן את אשר עותו׃
14 Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
ביום טובה היה בטוב וביום רעה ראה גם את זה לעמת זה עשה האלהים על דברת שלא ימצא האדם אחריו מאומה׃
15 Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
את הכל ראיתי בימי הבלי יש צדיק אבד בצדקו ויש רשע מאריך ברעתו׃
16 Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
אל תהי צדיק הרבה ואל תתחכם יותר למה תשומם׃
17 Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
אל תרשע הרבה ואל תהי סכל למה תמות בלא עתך׃
18 Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
טוב אשר תאחז בזה וגם מזה אל תנח את ידך כי ירא אלהים יצא את כלם׃
19 Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
החכמה תעז לחכם מעשרה שליטים אשר היו בעיר׃
20 Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
כי אדם אין צדיק בארץ אשר יעשה טוב ולא יחטא׃
21 Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
גם לכל הדברים אשר ידברו אל תתן לבך אשר לא תשמע את עבדך מקללך׃
22 Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
כי גם פעמים רבות ידע לבך אשר גם את קללת אחרים׃
23 Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
כל זה נסיתי בחכמה אמרתי אחכמה והיא רחוקה ממני׃
24 Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
רחוק מה שהיה ועמק עמק מי ימצאנו׃
25 Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
סבותי אני ולבי לדעת ולתור ובקש חכמה וחשבון ולדעת רשע כסל והסכלות הוללות׃
26 Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
ומוצא אני מר ממות את האשה אשר היא מצודים וחרמים לבה אסורים ידיה טוב לפני האלהים ימלט ממנה וחוטא ילכד בה׃
27 Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
ראה זה מצאתי אמרה קהלת אחת לאחת למצא חשבון׃
28 Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
אשר עוד בקשה נפשי ולא מצאתי אדם אחד מאלף מצאתי ואשה בכל אלה לא מצאתי׃
29 Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.
לבד ראה זה מצאתי אשר עשה האלהים את האדם ישר והמה בקשו חשבנות רבים׃

< Vaiz 7 >