< Kolosselilərə 3 >

1 Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub.
Итак, если вы воскресли со Христом, то ищите горнего, где Христос сидит одесную Бога;
2 Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
о горнем помышляйте, а не о земном.
3 Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Ибо вы умерли, и жизнь ваша сокрыта со Христом в Боге.
4 Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.
Когда же явится Христос, жизнь ваша, тогда и вы явитесь с Ним во славе.
5 Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün.
Итак умертвите земные члены ваши: блуд, нечистоту, страсть, злую похоть и любостяжание, которое есть идолослужение,
6 Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir.
за которые гнев Божий грядет на сынов противления,
7 Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz.
в которых и вы некогда обращались, когда жили между ними.
8 İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın.
А теперь вы отложите все: гнев, ярость, злобу, злоречие, сквернословие уст ваших;
9 Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb
не говорите лжи друг другу, совлекшись ветхого человека с делами его
10 yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun.
и облекшись в нового, который обновляется в познании по образу Создавшего его,
11 Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır.
где нет ни Еллина, ни Иудея, ни обрезания, ни необрезания, варвара, Скифа, раба, свободного, но все и во всем Христос.
12 Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün.
Итак облекитесь, как избранные Божии, святые и возлюбленные, в милосердие, благость, смиренномудрие, кротость, долготерпение,
13 Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın.
снисходя друг кo другу и прощая взаимно, если кто на кого имеет жалобу: как Христос простил вас, так и вы.
14 Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün.
Более же всего облекитесь в любовь, которая есть совокупность совершенства.
15 Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun!
И да владычествует в сердцах ваших мир Божий, к которому вы и призваны в одном теле, и будьте дружелюбны.
16 Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun.
Слово Христово да вселяется в вас обильно, со всякою премудростью; научайте и вразумляйте друг друга псалмами, славословием и духовными песнями, во благодати воспевая в сердцах ваших Господу.
17 Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.
И все, что вы делаете, словом или делом, все делайте во имя Господа Иисуса Христа, благодаря через Него Бога и Отца.
18 Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun.
Жены, повинуйтесь мужьям своим, как прилично в Господе.
19 Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.
Мужья, любите своих жен и не будьте к ним суровы.
20 Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır.
Дети, будьте послушны родителям вашим во всем, ибо это благоугодно Господу.
21 Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar.
Отцы, не раздражайте детей ваших, дабы они не унывали.
22 Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin.
Рабы, во всем повинуйтесь господам вашим по плоти, не в глазах только служа им, как человекоугодники, но в простоте сердца, боясь Бога.
23 Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin.
И все, что делаете, делайте от души, как для Господа, а не для человеков,
24 Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz.
зная, что в воздаяние от Господа получите наследие, ибо вы служите Господу Христу.
25 Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz.
А кто неправо поступит, тот получит по своей неправде, у Него нет лицеприятия.

< Kolosselilərə 3 >