< Kolosselilərə 2 >

1 İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz.
Я хо́чу, щоб ви знали, яку велику боротьбу я маю за вас і за тих, хто в Лаодикі́ї, і за всіх, хто не бачив мого тіле́сного обличчя.
2 Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər.
Хай потішаться їхні серця́, у любові поє́днані, для всякого багатства повного розуміння, для пізна́ння таємниці Бога, Христа,
3 Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir.
в Якому всі скарби премудрости й пізна́ння заховані.
4 Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın.
А це говорю́, щоб ніхто вас не звів фальшивими доводами при суперечці.
5 Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.
Бо хоч тілом я й неприсутній, та духом я з вами, і з радістю бачу ваш порядок та твердість вашої віри в Христа.
6 Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün.
Отже, як ви прийняли́ були Христа Ісуса Господа, так і в Ньому ходіть,
7 Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin.
бувши вкорі́нені й збудо́вані на Ньому, та зміцнені в вірі, як вас на́вчено, збагачуючись у ній з подякою.
8 Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin.
Стережіться, щоб ніхто вас не звів філосо́фією та марно́ю ома́ною за переда́нням лю́дським, за стихі́ями світу, а не за Христом,
9 Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
бо в Ньому тілесно живе вся повнота́ Божества́.
10 Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır.
І ви маєте в Нім повноту́, а Він — Голова всякої влади й начальства.
11 Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz.
Ви в Ньому були́ й обрізані нерукотво́рним обрі́занням, скинувши лю́дське тіло гріховне в Христовім обрі́занні.
12 Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz.
Ви були з Ним поховані у хрищенні, у Ньому ви й ра́зом воскресли через віру в силу Бога, що Він з мертвих Його воскресив.
13 Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb
І вас, що мертві були́ в гріхах та в необрізанні вашого тіла, Він оживив ра́зом із Ним, простивши усі гріхи,
14 tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü.
знищивши рукописа́ння на нас, що нака́зами було проти нас, — Він із сере́дини взяв його та й прибив його на хресті,
15 Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
роззброївши вла́ди й начальства, сміли́во їх вивів на посміхо́висько, — перемігши їх на хресті!
16 Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin.
Тож, хай ніхто вас не судить за їжу, чи за питво́, чи за чергове свято, чи за новомі́сяччя, чи за суботи, —
17 Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir.
бо це — тінь майбу́тнього, а тіло — Христове.
18 Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır.
Нехай вас не зводить ніхто уда́ваною покорою та службою ангола́м, вдаючися до того, чого не бачив, нерозважно надимаючись своїм тілесним розумом,
19 O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
а не тримаючись Голови, від Якої все тіло, сугло́бами й зв'я́зями з'є́днане й змі́цнене, росте зростом Божим.
20 Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq
Отож, як ви вмерли з Христом для стихі́й світу, то чого ви, немов ті, хто в світі живе, пристаєте на постанови:
21 «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz?
не дотикайся, ані їж, ані рухай,
22 Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır.
бо то все зни́щиться, як уживати його, — за при́казами та наукою лю́дською.
23 Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.
Воно ж має вид мудрости в самовільній службі й покорі та в знеси́люванні тіла, та не має якогось зна́чення, хіба щодо наси́чення тіла.

< Kolosselilərə 2 >