< Amos 5 >

1 Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!
イスラエルの家よ、わたしが悲しみの歌をもって、あなたがたについて宣べるこの言葉を聞け、
2 “İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”.
「おとめイスラエルは倒れて、また起き上がらず、彼女はおのれの地に投げ倒されてこれを起す者がない」。
3 Çünki Xudavənd Rəbb belə deyir: “Bir şəhərdən min nəfər döyüşə çıxsa, Yüz nəfəri sağ qalacaq, Yüz adam döyüşə çıxsa, İsrail nəslindən on nəfər sağ qalacaq”.
主なる神はこう言われる、「イスラエルの家では、千人出た町は百人残り、百人出た町は十人残る」。
4 Rəbb İsrail nəslinə belə deyir: “Mənə tərəf dönün ki, sağ qalasınız!
主はイスラエルの家にこう言われる、「あなたがたはわたしを求めよ、そして生きよ。
5 Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”.
ベテルを求めるな、ギルガルに行くな。ベエルシバにおもむくな。ギルガルは必ず捕えられて行き、ベテルは無に帰するからである」。
6 Rəbbə tərəf dönün ki, sağ qalasınız! Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq, Bet-Eldəki odu söndürən olmayacaq.
あなたがたは主を求めよ、そして生きよ。さもないと主は火のようにヨセフの家に落ち下られる。火はこれを焼くが、ベテルのためにこれを消す者はひとりもない。
7 Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar!
あなたがた、公道をにがよもぎに変え、正義を地に投げ捨てる者よ。
8 Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir.
プレアデスおよびオリオンを造り、暗黒を朝に変じ、昼を暗くして夜となし、海の水を呼んで、地のおもてに注がれる者、その名は主という。
9 Güclüləri ildırım kimi məhv edər, Qalalarını viran edər.
主は滅びをたちまち強い者に臨ませられるので、滅びはついに城に臨む。
10 Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz.
彼らは門にいて戒める者を憎み、真実を語る者を忌みきらう。
11 Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz.
あなたがたは貧しい者を踏みつけ、彼から麦の贈り物をとるゆえ、あなたがたは切り石の家を建てても、その中に住むことはできない。美しいぶどう畑を作っても、その酒を飲むことはできない。
12 Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!
わたしは知る、あなたがたのとがは多く、あなたがたの罪は大きいからである。あなたがたは正しい者をしえたげ、まいないを取り、門で貧しい者を退ける。
13 Bu zəmanə o qədər pisdir ki, Ağlı başında olan susur.
それゆえ、このような時には賢い者は沈黙する、これは悪い時だからである。
14 Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq.
善を求めよ、悪を求めるな。そうすればあなたがたは生きることができる。またあなたがたが言うように、万軍の神、主はあなたがたと共におられる。
15 Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər.
悪を憎み、善を愛し、門で公義を立てよ。万軍の神、主は、あるいはヨセフの残りの者をあわれまれるであろう。
16 Ordular Allahı Xudavənd Rəbb belə deyir: “Bütün meydanlardan fəğan qopacaq, Bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla Kəndlilər yas tutmağa çağırılacaqlar.
それゆえ、主なる万軍の神、主はこう言われる、「すべての広場で泣くことがあろう。すべてのちまたで人々は『悲しいかな、悲しいかな』と言う。また彼らは農夫を呼んできて嘆かせ、巧みな泣き女を招いて泣かせ、
17 Bütün üzüm bağlarından da fəğan qopacaq, Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.
またすべてのぶどう畑にも泣くことがあろう。それはわたしがあなたがたの中を通るからである」と主は言われる。
18 Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq.
わざわいなるかな、主の日を望む者よ、あなたがたは何ゆえ主の日を望むのか。これは暗くて光がない。
19 Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
人がししの前を逃れてもくまに出会い、また家にはいって、手を壁につけると、へびにかまれるようなものである。
20 Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur.
主の日は暗くて、光がなく、薄暗くて輝きがないではないか。
21 Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm.
わたしはあなたがたの祭を憎み、かつ卑しめる。わたしはまた、あなたがたの聖会を喜ばない。
22 Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam.
たといあなたがたは燔祭や素祭をささげても、わたしはこれを受けいれない。あなたがたの肥えた獣の酬恩祭はわたしはこれを顧みない。
23 Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam.
あなたがたの歌の騒がしい音をわたしの前から断て。あなたがたの琴の音は、わたしはこれを聞かない。
24 Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın!
公道を水のように、正義をつきない川のように流れさせよ。
25 Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
「イスラエルの家よ、あなたがたは四十年の間、荒野でわたしに犠牲と供え物をささげたか。
26 Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı, Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
かえってあなたがたの王シクテをにない、あなたがたが自分で作ったあなたがたの偶像、星の神、キウンをになった。
27 Elə buna görə də sizi Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir. Onun adı Ordular Allahıdır.
それゆえわたしはあなたがたをダマスコのかなたに捕え移す」と、その名を万軍の神ととなえられる主は言われる。

< Amos 5 >