< Həvarilərin Işləri 8 >

1 Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı.
שאול עמד והסכים בהחלט להריגתו של סטפנוס. באותו יום החלה רדיפה גדולה נגד המאמינים בירושלים, וכולם – מלבד השליחים – ברחו ליהודה ושומרון.
2 Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar.
מספר אנשים יראי־אלוהים קברו את סטפנוס וספדו עליו בלב כואב.
3 Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı.
באותה עת התרוצץ שאול ממקום למקום בחוסר מנוחה והטריד את המאמינים, כשלפניו מטרה אחת: לחסל את הקהילה המשיחית. הוא אף פרץ לבתיהם של המאמינים, סחב משם גברים ונשים וכלא אותם בבית־הסוהר.
4 Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı.
באשר למאמינים שברחו מירושלים – הם הלכו ובישרו בכל מקום על אודות ישוע.
5 Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi.
פיליפוס, למשל, הגיע לשומרון וסיפר לתושבי האזור על המשיח.
6 Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi.
קהל גדול הקשיב לדבריו בתשומת לב והתפעל מהניסים שחולל.
7 Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı.
הרבה רוחות רעות גורשו ויצאו מאנשים בצעקות אימים, והרבה פיסחים ומשותקים נרפאו כליל.
8 Ona görə bu şəhərdə bol sevinc var idi.
שמחה רבה הייתה בעיר.
9 Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi.
באותה עיר היה אדם בשם שמעון, אשר עסק שנים רבות במעשי כשפים. הוא היה אדם גאה מאוד ובעל השפעה גדולה, בגלל הכשפים שעשה. השומרונים ממש העריצו אותו, והיו משוכנעים שהוא שליח אלוהים.
10 Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüdrəti budur».
11 Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar.
12 Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular.
אולם עתה הם האמינו לדבריו של פיליפוס: שישוע הוא המשיח, ושמלכות אלוהים קרבה; ונשים וגברים רבים נטבלו במים.
13 Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.
גם שמעון המכשף האמין לדברי פיליפוס ונטבל במים. מיד לאחר מכן הלך שמעון בעקבות פיליפוס לכל אשר הלך, והשתומם מאוד למראה הניסים שחולל.
14 Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi.
כאשר שמעו השליחים בירושלים שאנשי שומרון האמינו בבשורת אלוהים, שלחו לשם את פטרוס ויוחנן.
15 Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar.
כשהגיעו השניים לשומרון החלו מיד להתפלל בעד המאמינים החדשים האלה, כדי שגם הם יקבלו את רוח הקודש.
16 Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular.
כי עד אז לא צלח רוח הקודש על איש מהם; הם רק נטבלו בשם ישוע.
17 Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar.
פטרוס ויוחנן סמכו את ידיהם על המאמינים החדשים, ואלה קיבלו את רוח הקודש.
18 Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək
כשראה שמעון שרוח הקודש ניתן למאמינים באמצעות סמיכת הידיים של פטרוס ויוחנן, הציע להם כסף תמורת הכוח הזה.
19 dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın».
”תנו גם לי את הכוח הזה, “ביקש,”כדי שבני־אדם יוכלו לקבל את רוח הקודש כל פעם שאניח את ידי עליהם!“
20 Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən.
אולם פטרוס ענה לו:”כספך ילך יחד אתך לגיהינום! אתה חושב שאפשר לקנות בכסף את מתנת אלוהים?
21 Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil.
לא יהיה לך חלק בזה, משום שלבך אינו ישר לפני אלוהים.
22 Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar.
עליך לחזור בתשובה על החטא הנורא הזה ולהתפלל אל אלוהים. אולי הוא יסלח לך על מחשבותיך הרעות,
23 Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən».
מפני שאני רואה בתוך לבך קנאה, מרירות וחטא מרושע!“
24 Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
”התפללו לאלוהים בעדי, “התחנן שמעון,”כדי שלא יבואו עלי הדברים הנוראים שאמרתם!“
25 Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.
לאחר שפטרוס ויוחנן בישרו את דבר ה׳ והעידו על המשיח בשומרון, חזרו לירושלים. בדרך הם ביקרו ברבים מכפרי השומרון ובישרו את דבר ה׳.
26 Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx».
ובאשר לפיליפוס – מלאך ה׳ נגלה אליו ואמר לו:”קום ולך דרומה בדרך היורדת מירושלים לעזה.“
27 Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi.
כשיצא פיליפוס לדרך בא לקראתו סריס כושי, אשר היה שר האוצר של קנדק מלכת כוש. הסריס עלה לירושלים כדי להשתחוות במקדש,
28 Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu.
ועכשיו ישב במרכבתו בדרכו חזרה, וקרא בקול בספר ישעיהו.
29 Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal».
”גש אל המרכבה הזאת והישאר לידה“, הורה רוח הקודש לפיליפוס.
30 Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?»
פיליפוס רץ אל המרכבה ושמע את הסריס קורא בספר ישעיהו.”האם אתה מבין את מה שאתה קורא?“שאל פיליפוס.
31 Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun.
”ודאי שלא!“ענה הסריס.”כיצד אוכל להבין אם איש אינו מסביר לי?“והוא ביקש מפיליפוס לעלות למרכבה ולשבת לידו.
32 O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı.
זה היה הקטע שהכושי קרא באותו זמן:”כשה לטבח יובל וכרחל לפני גוזזיה נאלמה, ולא יפתח פיו.
33 Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür».
מעצר וממשפט לקח, ואת־דורו מי ישוחח? כי נגזר מארץ חיים.“
34 Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?»
”על מי מדבר הנביא?“שאל הסריס את פיליפוס.”האם הוא מדבר על עצמו או על מישהו אחר?“
35 Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi.
פיליפוס פתח בפסוק זה והחל לספר לו על אודות ישוע.
36 Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?»
הם המשיכו בדרכם והגיעו למקווה־מים קטן.”ראה, הנה בריכת מים!“קרא הסריס.”מדוע שלא אטבל כאן?“
”אתה יכול להיטבל כאן, “השיב פיליפוס,”אם אתה מאמין בכל לבך!“והכושי ענה:”אני מאמין בכל לבי שישוע המשיח הוא בן האלוהים!“
38 Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi.
הם עצרו את המרכבה, נכנסו לתוך המים, ופיליפוס הטביל את הסריס.
39 Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi.
כשיצאו שניהם מן המים נשאה משם רוח ה׳ את פיליפוס. הסריס לא ראה שוב את פיליפוס והוא המשיך בדרכו בלב שמח.
40 Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.
בינתיים פיליפוס נראה באשדוד. הוא המשיך להטיף את הבשורה בכל עיר ובכל כפר, עד שהגיע לקיסריה.

< Həvarilərin Işləri 8 >