< Həvarilərin Işləri 4 >

1 Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər.
A gdy mówili to do ludzi, nadeszli kapłani, dowódca straży świątynnej i saduceusze;
2 Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar.
Oburzeni, że nauczają ludzi i głoszą w Jezusie powstanie z martwych.
3 Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar.
Schwytali ich i wtrącili do więzienia aż do następnego dnia, bo był już wieczór.
4 Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
A wielu z tych, którzy słyszeli słowo, uwierzyło. A mężczyzn było w liczbie około pięciu tysięcy.
5 Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar.
Nazajutrz zebrali się w Jerozolimie ich przełożeni, starsi i uczeni w Piśmie;
6 Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi.
I Annasz, najwyższy kapłan, i Kajfasz, Jan, Aleksander i ilu ich było z rodu najwyższych kapłanów.
7 Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?»
Postawili ich na środku i pytali: Jaką mocą albo w czyim imieniu to uczyniliście?
8 O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları!
Wtedy Piotr, pełen Ducha Świętego, powiedział do nich: Przełożeni ludu i starsi Izraela;
9 Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə,
Jeśli my dziś mamy być przesłuchiwani z powodu dobrodziejstwa [wyświadczonego] choremu człowiekowi, dzięki czemu został on uzdrowiony;
10 hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub.
Niech wam wszystkim i całemu ludowi Izraela będzie wiadomo, że w imieniu Jezusa Chrystusa z Nazaretu, którego wy ukrzyżowaliście, a którego Bóg wskrzesił z martwych, przez niego on stoi przed wami zdrowy.
11 Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır.
On jest tym kamieniem odrzuconym przez was, budujących, który stał się kamieniem węgielnym.
12 Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
I nie ma w nikim innym zbawienia. Nie ma bowiem pod niebem żadnego innego imienia danego ludziom, przez które moglibyśmy być zbawieni.
13 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular.
Gdy zobaczyli odwagę Piotra i Jana i zrozumieli, że są ludźmi nieuczonymi i prostymi, dziwili się. Rozpoznali również, że byli z Jezusem.
14 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər.
Widząc też, że stoi z nimi uzdrowiony człowiek, nie mogli nic przeciwko [temu] powiedzieć.
15 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb
Rozkazali im więc opuścić Radę i naradzali się między sobą.
16 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik.
Mówili: Co zrobimy z tymi ludźmi? Bo [to], że dokonali oczywistego cudu, wiadomo wszystkim mieszkańcom Jerozolimy i nie możemy temu zaprzeczyć.
17 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər».
Lecz żeby się to bardziej nie rozchodziło wśród ludzi, zabrońmy im pod groźbą mówić do kogokolwiek w to imię.
18 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır.
A przywoławszy ich, nakazali, aby w ogóle nie mówili ani nie nauczali w imię Jezusa.
19 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur?
Lecz Piotr i Jan odpowiedzieli im: Rozsądźcie, czy to sprawiedliwe w oczach Boga bardziej was słuchać niż Boga.
20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik».
My bowiem nie możemy nie mówić [o tym], co widzieliśmy i słyszeliśmy.
21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi.
A oni zagrozili [im], a nie znajdując żadnej podstawy do ich ukarania, wypuścili ich ze względu na ludzi, bo wszyscy chwalili Boga za to, co się stało.
22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.
Człowiek bowiem, na którym dokonał się cud uzdrowienia, miał ponad czterdzieści lat.
23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar.
A gdy ich wypuszczono, przyszli do swoich i opowiedzieli im wszystko, co do nich mówili naczelni kapłani i starsi.
24 Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən.
A gdy oni [to] usłyszeli, jednomyślnie podnieśli swój głos do Boga i powiedzieli: Panie, ty [jesteś] Bogiem, który uczynił niebo, ziemię, morze i wszystko, co w nich jest;
25 Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin: “Nə üçün millətlər belə hirslənir, Ümmətlər boş şeylər düşünür?
Który przez usta swego sługi Dawida powiedziałeś: Dlaczego burzą się narody, a ludzie knują próżne rzeczy?
26 Dünya şahları yığışır, Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.
Królowie ziemi powstali i książęta zebrali się razem przeciw Panu i przeciw jego Chrystusowi.
27 Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki,
Rzeczywiście bowiem Herod i Poncjusz Piłat z poganami i ludem Izraela zebrali się przeciwko twemu świętemu Synowi, Jezusowi, którego namaściłeś;
28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.
Aby uczynić to, co twoja ręka i twój wyrok przedtem postanowiły, że ma się stać.
29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq.
A teraz, Panie, spójrz na ich groźby i daj twoim sługom z całą odwagą głosić twoje słowo;
30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər».
Gdy ty wyciągniesz swoją rękę, aby uzdrawiać i dokonywać znaków i cudów przez imię twego świętego Syna, Jezusa.
31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.
A gdy oni się modlili, zatrzęsło się miejsce, na którym byli zebrani, i wszyscy zostali napełnieni Duchem Świętym, i z odwagą głosili słowo Boże.
32 İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi.
A to mnóstwo wierzących miało [jedno] serce i jedną duszę. Nikt nie nazywał swoim tego, co posiadał, ale wszystko mieli wspólne.
33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu.
Apostołowie zaś z wielką mocą dawali świadectwo o zmartwychwstaniu Pana Jezusa i wielka łaska była nad nimi wszystkimi.
34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər,
Nie było też wśród nich nikogo, kto by cierpiał niedostatek, gdyż ci, którzy mieli pola albo domy, sprzedawali je i przynosili pieniądze za to, co posprzedawali;
35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı.
I kładli u stóp apostołów. Rozdzielano [to] każdemu według potrzeb.
36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif
Także Józef, nazwany przez apostołów Barnabą – co się tłumaczy: Syn Pocieszenia – lewita rodem z Cypru;
37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
Sprzedał ziemię, którą posiadał, a pieniądze przyniósł i położył u stóp apostołów.

< Həvarilərin Işləri 4 >