< Həvarilərin Işləri 25 >

1 Vilayətə çatandan üç gün sonra Fest Qeysəriyyədən Yerusəlimə getdi.
Прибувши ж Фест у ту країну, по трох днях пійшов у Єрусалим з Кесариї.
2 Başçı kahinlərlə Yəhudilərin nüfuzlu adamları Paulla bağlı şikayətlərini ona açıqladılar.
І явились перед ним архиєреї та значні з Жидів проти Павла, й благали його,
3 Onlara bir yaxşılıq etsin deyə Festə yalvararaq Paulun Yerusəlimə gətirilməsini xahiş etdilər, çünki onu öldürmək üçün yolda pusqu qururdular.
просячи ласку в него, щоб післав його в Єрусалим, змовившись, щоб його вбити на дорозї.
4 Fest cavab verdi: «Paul Qeysəriyyədə həbsdədir və tezliklə özüm də oraya gedəcəyəm.
Фест же відказав, що Павла стережуть у Кесариї, і що він сам незабаром має пійти (туди).
5 Aranızda səlahiyyəti olanlar mənimlə getsin və əgər bu kişi haqsızlıq edibsə, onu ittiham etsin».
Которі ж з між вас, каже, згідні в сьому, нехай ідуть зо мною, і коли що є в сьому чоловікові, нехай винують його.
6 Fest onların yanında səkkiz ya on gündən artıq qalmadı və Qeysəriyyəyə qayıtdı. Ertəsi gün hökm kürsüsünə çıxıb Paulun gətirilməsini əmr etdi.
І, пробувши у них більш десяти днів, прибув у Кесарию; назавтра ж сівши на судищі, звелїв привести Павла.
7 Paul içəri girəndə Yerusəlimdən gələn Yəhudilər onun ətrafını bürüdü və onun barəsində dəlil-sübutsuz bir çox ağır ittihamlar irəli sürdülər.
Як же прийшов він, обступили (його) Жиди, що прийшли з Єрусалиму, приносячи на Павла многі і тяжкі вини, котрих не змогли довести.
8 Paul «nə Yəhudilərin Qanununa, nə məbədə, nə də qeysərə qarşı heç bir günah işlətməmişəm» deyərək özünü müdafiə etdi.
А він відказав, що нї проти закону Жидівського, нї проти церкви, нї проти кесаря нічого не провинив.
9 Yəhudilərin rəğbətini qazanmaq üçün Fest Paula belə dedi: «Bu iş üzrə mənim qarşımda mühakimənin Yerusəlimdə olmasını istəyirsənmi?»
Фест же, хотівши Жидам угодити, озвавшись, каже Павлові: Хочеш іти в Єрусалим, і там судитись передо мною в сьому?
10 Paul dedi: «Mən qeysərin hökm kürsüsünün qarşısında dayanmışam. Mənim məhkəməm burada olmalıdır. Sən özün də yaxşı bilirsən ki, Yəhudilərə qarşı heç bir haqsızlıq etməmişəm.
Рече ж Павел: Я стою перед судищем кесаревим; там маю суд приймати. Жидів нічим не скривдив я, як і ти добре знаєш.
11 Əgər haqsızlıq etmişəmsə, ölüm cəzasına layiq bir iş tutmuşamsa, ölümdən qaçmıram. Yox, əgər bunların ittihamları əsassızdırsa, məni onların əlinə təslim etmək üçün heç kimin səlahiyyəti yoxdur. Mən qeysərin məhkəməsinə müraciət etmək istəyirəm».
Коли я не прав і зробив що достойне смерти, не відмовляюсь і вмерти; коли ж нема в менї нїчого, чим мене сї винують, нїхто не може мене їм видати. Покликуюсь до кесаря.
12 Fest öz məsləhət şurası ilə müşavirə keçirəndən sonra cavab verdi: «Sən qeysərin məhkəməsinə müraciət etmək istədiyin üçün qeysərin yanına gedəcəksən».
Тодї Фест, поговоривши з радою, відказав: Ти покликуєш ся до кесаря, до кесаря й пійдеш.
13 Bir neçə gündən sonra padşah Aqrippa ilə Berniki Festi təbrik etmək üçün Qeysəriyyəyə gəldi.
Як же минуло днїв кілька, Агриппа цар та Верникия прибули в Кесарию витати Феста.
14 Bir müddət orada qaldılar. Fest bu ərəfədə Paulun işini padşaha danışdı. O dedi: «Bir kişi var, Feliks onu məhbus saxlayaraq gedib.
А як пробули тут многі днї, предложив Фест цареві Павлову справу, говорячи: Є (тут) один чоловік, оставлений вязнем од Феликса;
15 Yerusəlimdə olduğum ərəfədə Yəhudilərin başçı kahinləri ilə ağsaqqalları onunla bağlı şikayətlərini açıqladı və onu cəzalandırmağımı istədi.
про него, як прибув я в Єрусалим, обявили архнєреї та старші Жидівські, доповняючись суду на него.
16 Mən dedim ki, ittiham edilən şəxsi ittihamçılarla üzləşdirmədən, ona edilən ittihamlara müdafiə imkanı vermədən, onlara təslim etmək Romalıların adətinə xas deyil.
Відказав я їм, що се не Римський звичай, видавати кого на смерть перш, ніж обвинувачений мати ме винувателїв перед лицем, і дасть ся йому місце оборони від вини.
17 Onlar mənimlə buraya toplananda heç bir vaxt itirmədən ertəsi gün hökm kürsüsünə çıxıb bu kişinin gətirilməsini əmr etdim.
Як же зійшлись вони сюди, я, не роблячи жадної проволоки, сївши другого дня на судищі, звелїв привести чоловіка.
18 Amma ittihamçılar qalxıb danışanda mənim gözlədiyim cinayətlərin heç biri ilə onu təqsirləndirmədilər.
Обступивши його винувателї, нїякої вини не принесли, про які я думав,
19 Lakin onunla öz dinləri barədə bir neçə məsələ qaldırdılar. Bunlar ölmüş və Paulun iddiasına görə sağ olan İsa adlı bir şəxslə bağlı məsələlərdir.
були ж між ними деякі змагання про марновірство їх та про якогось Ісуса, що вмер, про котрого казав Павел, що Він живий.
20 Bunları necə tədqiq edəcəyimdən şübhələndiyim üçün ondan soruşdum ki, Yerusəlimə gedib bu iş üçün orada mühakimə olmağa razıdır ya yox.
Я ж, сумніваючись про се змаганнє, сказав: коли хоче, нехай іде в Єрусалим і там судить ся про се.
21 Amma Paul imperatorun məhkəməsinə müraciət etmək və bu olana qədər həbsdə qalmaq istədi. Mən də onu qeysərin yanına göndərəcəyim zamanacan həbsdə qalması barədə əmr verdim».
Як же Павел покликнув ся, щоб його задержано до розсуду Августа, звелїв я держати його, доки одішлю до кесаря.
22 Aqrippa Festə dedi: «Bu adama mən də qulaq asmaq istəyirəm». Fest dedi: «Sabah qulaq asarsan».
Агриппа ж каже до Феста: Хотїв би й я чоловіка сього послухати. Він же: Завтра, каже, чути меш його.
23 Ertəsi gün Aqrippa ilə Berniki təntənəli surətdə gəlib minbaşılar və şəhərin nüfuzlu şəxsləri ilə birlikdə iclas otağına daxil oldular. Festin əmrinə əsasən Paulu içəri gətirdilər.
Назавтра ж, як прийшов Агриппа та Верникия з великою пихою та ввійшли в судову палату з тисячниками та городськими переднїми мужами, звелїв Фест привести Павла.
24 Fest dedi: «Ey padşah Aqrippa və burada bizimlə olan bütün cənablar, istər Yerusəlimdə, istərsə də burada, bütün Yəhudi xalqının şikayət etdiyi bu insanı görürsünüzmü? “Bu adam daha yaşamamalıdır!” deyə Yəhudilər hay-küy salırdı.
І каже Фест: Агриппо царю і всї мужі, що сидите з нами, гляньте на сього, про котрого все множество Жидів озвалось до мене в Єрусалимі, гукаючи, що не треба йому жити більш.
25 Amma mən nəticəyə gəldim ki, bu adam ölümə layiq heç bir iş görməyib. Lakin imperatorun məhkəməsinə müraciət etmək istədiyinə görə onu göndərmək qərarına gəldim.
Я ж, зрозумівши, що нїчого достойного смерти він не зробив, а як і (сам) він покликнув ся до Августа, то й присудив я післати його.
26 Amma onun barəsində qəti bir sözüm yoxdur ki, cənabıma yazam. Ona görə də onu sizin qarşınıza, xüsusən, padşah Aqrippa, sənin qarşına çıxarıram ki, bu işin istintaqından sonra yazmağa sözüm olsun.
Про него ж нїчого докладного писати панові не маю. Тим привів його перед вас, а особливо перед тебе, царю Агриппо, щоб зробивши розпит, мав що написати.
27 Çünki bir məhbusu imperatorun qarşısına göndərəndə ona edilən ittihamları göstərməmək mənə məntiqsiz göründü».
Нерозсудливо бо мені здаєть ся післати вязника, а яка вина на нему, не означити.

< Həvarilərin Işləri 25 >