< Həvarilərin Işləri 11 >

1 Həvarilərlə bütün Yəhudeyadakı imanlı bacı-qardaşlar eşitdilər ki, başqa millətlər də Allahın kəlamını qəbul ediblər.
तब प्रेरितों अऊर भाऊ न जो यहूदियों म होतो सुन्यो कि गैरयहूदियों न भी परमेश्वर को वचन मान लियो हय।
2 Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onu tənqid edərək
येकोलायी जब पतरस यरूशलेम म आयो, त खतना करयो हुयो लोग ओको सी वाद-विवाद करन लग्यो,
3 dedilər: «Sən sünnətsizlərin evinə gedib onlarla birgə yemək yemisən».
“तय न खतनारहित करयो लोगों को इत जाय क उन्को संग खायो।”
4 Peter sözə başlayıb onlara hər şeyi bir-bir izah etdi:
तब पतरस न उन्ख सुरूवात सी एक को बाद एक ख कह्य सुनायो:
5 «Mən Yafo şəhərində dua edirdim. Birdən fikrimi görüntü apardı. Gördüm ki, böyük mələfəyə bənzər bir şey dörd küncündən asılaraq göydən enib mənim yanıma çatır.
“मय याफा नगर म प्रार्थना कर रह्यो होतो, अऊर बेहोश होय क एक दर्शन देख्यो कि एक चिज, बड़ो चादर को जसो चारों कोना सी लटकायो हुयो, आसमान सी उतर क मोरो जवर आयो।
6 Bu şeyə gözlərimi dikib diqqətlə baxdım. Gördüm ki, onun üstündə yer üzərində yaşayan dördayaqlılar, çöl heyvanları, sürünənlər və göydə uçan quşlar var.
जब मय न ओको पर ध्यान करयो, त ओको म धरती को चार पाय वालो अऊर जंगली पशु अऊर रेंगन वालो जन्तु अऊर आसमान को पक्षी देख्यो;
7 Sonra eşitdim ki, bir səda mənə deyir: “Qalx, Peter, kəs və ye!”
अऊर यो आवाज भी सुन्यो, ‘हे पतरस उठ, मार अऊर खा।’
8 Mən dedim: “Əsla, ya Rəbb! Heç vaxt mənim ağzıma nə haram, nə də murdar bir şey dəyməyib”.
मय न कह्यो, ‘नहीं प्रभु, नहीं; कहालीकि कोयी अपवित्र यां अशुद्ध चिज मोरो मुंह म कभी नहीं गयी।’
9 Yenə göydən səda gəldi: “Allahın halal dediyi şeylərə sən haram demə”.
येको उत्तर म आसमान सी दूसरों बार आवाज भयो, ‘जो कुछ परमेश्वर न शुद्ध ठहरायो हय, ओख अशुद्ध मत कह्य।’
10 Bu, üç dəfə təkrarlanandan sonra hər şey yenə göyə çəkildi.
तीन बार असोच भयो; तब सब कुछ आसमान पर खीच लियो गयो।
11 Elə bu zaman Qeysəriyyədən mənim yanıma göndərilən üç kişi qaldığımız evin qapısında dayandı.
अऊर देखो, तुरतच तीन आदमी जो कैसरिया सी मोरो जवर भेज्यो गयो होतो, ऊ घर पर जेको म हम होतो, आय खड़ो हुयो।
12 Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. İmanlı qardaşlarımız olan bu altı nəfər də mənə qoşulub həmin kişinin evinə girdik.
तब आत्मा न मोरो सी उन्को संग बिन शक सी होय जान कह्यो, अऊर हि छे भाऊ भी मोरो संग होय गयो; अऊर हम ऊ आदमी को घर गयो।
13 Bu adam bizə nəql etdi ki, öz evində dayanan mələk görüb. Mələk ona demişdi: “Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır.
ओन हम्ख बतायो, कि ओन एक स्वर्गदूत ख अपनो घर म खड़ो देख्यो, जेन ओको सी कह्यो, ‘याफा नगर म आदमी भेज क शिमोन ख जो पतरस कहलावय हय, बुलाय लेवो।
14 Onun sənə deyəcəyi sözlərlə həm sən, həm də bütün külfətin xilas olacaq”.
ऊ तुम सी असी बाते कहेंन, जिन्को द्वारा तय अऊर तोरो पूरो घराना उद्धार पायेंन।’
15 Mən sözə başlayanda Müqəddəs Ruh başlanğıcda bizim üstümüzə endiyi kimi onların da üstünə endi.
जब मय बाते करन लग्यो, त पवित्र आत्मा उन पर उच तरह सी उतरयो जो तरह सी सुरूवात म हम पर उतरयो होतो।
16 Onda Rəbbin dediyi bu sözlər yadıma düşdü: “Yəhya su ilə vəftiz etdi, amma siz Müqəddəs Ruhla vəftiz olacaqsınız”.
तब मोख प्रभु को ऊ वचन याद आयो; जो ओन कह्यो होतो, ‘यूहन्ना न त पानी सी बपतिस्मा दियो, पर तुम पवित्र आत्मा सी बपतिस्मा पावों।’
17 Beləliklə, Rəbb İsa Məsihə iman edən bizlərə verdiyi eyni bəxşişi Allah onlara da veribsə, mən kiməm ki, Allaha qarşı çıxam?»
येकोलायी जब परमेश्वर न उन्ख भी उच दान दियो, जो हम्ख प्रभु यीशु मसीह पर विश्वास करन सी मिल्यो होतो; त मय कौन होतो जो परमेश्वर ख रोक सकत होतो?”
18 Bu sözləri eşidib hamı sakitləşdi və Allahı izzətləndirib dedi: «Deməli, Allah başqa millətlərə də imkan yaratdı ki, tövbə edib həyat tapsın».
यो सुन क हि चुप रह्यो, अऊर परमेश्वर की बड़ायी कर क् कहन लग्यो, “तब त परमेश्वर न गैरयहूदियों ख भी जीवन लायी मन फिराव को दान दियो हय।”
19 Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər.
जो लोग ऊ कठिनायी को मारे जो स्तिफनुस को वजह पड़्यो होतो, तितर-बितर भय गयो होतो, हि फिरतो-फिरतो फीनीके अऊर साइप्रस अऊर अन्ताकिया म पहुंच्यो; पर यहूदियों ख छोड़ कोयी अऊर ख वचन नहीं सुनावत होतो।
20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar.
पर उन्म सी कुछ साइप्रस निवासी अऊर कुरेनी होतो, जो अन्ताकिया म आय क यूनानी भाषा बोलन वालो ख भी प्रभु यीशु को सुसमाचार सुनावन लग्यो।
21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü.
प्रभु को हाथ उन पर होतो, अऊर बहुत लोग विश्वास कर क् प्रभु को तरफ फिरयो।
22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər.
जब उन्की चर्चा यरूशलेम की मण्डली को सुनन म आयी, त उन्न बरनबास ख अन्ताकिया भेज्यो।
23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar.
ऊ उत पहुंच क अऊर परमेश्वर को अनुग्रह ख देख क खुश भयो, अऊर सब ख उपदेश दियो कि तन मन लगाय क प्रभु सी लिपट्यो रहो।
24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi.
ऊ एक अच्छो आदमी होतो, अऊर पवित्र आत्मा अऊर विश्वास सी परिपूर्न होतो; अऊर दूसरों बहुत सो लोग प्रभु म आय मिल्यो।
25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı.
तब ऊ शाऊल ख ढूंढन लायी तरसुस ख चली गयो।
26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
जब ऊ ओको सी मिल्यो त ओख अन्ताकिया लायो; अऊर असो भयो कि हि एक साल तक मण्डली को संग मिलत अऊर बहुत लोगों ख उपदेश देतो रह्यो; अऊर चेला सब सी पहिले अन्ताकियाच म मसीही कहलायो।
27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi.
उनच दिनो म कुछ भविष्यवक्ता यरूशलेम सी अन्ताकिया आयो।
28 Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu.
उन्म सी अगबुस नाम को एक न खड़ो होय क आत्मा की प्रेरना सी यो बतायो कि पूरो जगत म बड़ो अकाल पड़ेंन ऊ अकाल क्लौदियुस को समय म पड़्यो।
29 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin.
तब चेलां न निर्णय करयो कि हर एक अपनी अपनी पूंजी को अनुसार यहूदियों म रहन वालो भाऊ की मदत लायी कुछ भेज्यो।
30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.
उन्न असोच करयो; अऊर बरनबास अऊर शाऊल को हाथ म बुजूर्गों को जवर कुछ भेज दियो।

< Həvarilərin Işləri 11 >