< Ikinci Şamuel 6 >

1 Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi.
達味又調集了以色列所有的精兵,共三萬人。
2 Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın.
達味和他身邊所有的人,起身到猶大巴阿拉去,要從那裏將天主的約櫃運上來。這約櫃名叫「坐於革魯賓上的萬軍的上主。」
3 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü.
人遂將天主的約櫃,從丘陵上的阿彼納達布家裏抬出,放在一輛新車上,阿彼納達布的兩個兒子,烏匝和阿希約駕駛新車。
4 Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi.
烏匝走在天主約櫃的後面,阿希約走在前面。
5 Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar.
達味和以色列全家在上主面前興高彩烈地舞蹈作樂,彈琴、擊弦、敲鼓、搖鈴、擊鈸。
6 Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu.
當他們來到納貢的禾場時,因為牛幾乎使天主的約櫃傾倒,烏匝便伸手扶住。
7 Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü.
為了他一時的冒失,上主就向烏匝發怒,將他擊殺,他更死在天主的約櫃旁。
8 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.
達味因為上主擊殺了烏匝,很覺悲傷,於是那地方名叫培勒茲烏匝,直到今日。
9 Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?»
那天,達味對上主害了怕,心想:「上主的約櫃如何能進入我那裏﹖」
10 Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.
因此,達味不願上主的約櫃遷入達味城自己那裏,卻運往加特人敖貝得厄東家中。
11 Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi.
上主的約櫃在加特人敖貝得厄東家中,存放了三個月,上主祝福了敖貝得厄東和他的全家。
12 Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı.
有人告訴達味,上主為了天主的約櫃祝福了敖貝得厄東的家,和他所有的一切。達味就去將天主的約櫃,由貝得厄東家興高彩烈地抬上達味城來。
13 Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi.
每當抬上主約櫃的人走六步,他就祭獻一頭牛和一隻肥羊。
14 O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi.
同時達味束著細麻的「厄弗得,」在上主面前盡力跳舞。
15 Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar.
這樣,達味與以色列全家大聲歡呼,吹起號筒,將上主的約櫃迎上來。
16 Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.
當上主的約櫃進入達味城時,撒烏耳的女兒米加耳,由窗內窺看,見達味王在上主面前跳躍舞蹈,心中就輕視他。
17 Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi.
他們將上主的約櫃抬來,安置在預備好的地方,停在達味為約櫃建立的帳幕中央;達味給上主奉獻了全燔祭與和平祭。
18 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi.
達味獻完了全燔祭與和平祭後,以萬軍上主的名祝福了百姓。
19 İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı.
以後,分給所有百姓,全以色列民眾,不論男女,每人一塊餅,一塊肉,一塊葡萄乾餅。然後百姓各自回了本家。
20 Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!»
達味回來祝福本家時,撒烏耳的女兒米加耳出來迎接達味說:「以色列的君王今天多麼榮耀! 他今天在臣僕的婢女前赤身露體,活像一個赤身露體的小丑。」
21 Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm.
達味回答米加耳說:「在廢棄你父他全家,而選拔了我的上主面前,在派我為上主百姓以色列首領的上主面前,我甘願舞蹈,
22 Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm».
甘願加倍卑賤我自己! 我在你眼中被視為卑賤,但在你所說的婢女們前,我必受到尊敬。」
23 Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı.
從此撒烏耳的女兒米加耳,到死再沒有生育。

< Ikinci Şamuel 6 >