< 2 Korinflilərə 1 >

1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Paul və Timotey qardaşdan Allahın Korinfdə olan cəmiyyətinə və bütün Axayyadakı müqəddəslərə salam!
Paŭlo, apostolo de Kristo Jesuo per la volo de Dio, kaj la frato Timoteo, al la eklezio de Dio, kiu estas en Korinto, kune kun ĉiuj sanktuloj, kiuj estas en la tuta Aĥaja lando:
2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
Graco al vi kaj paco de Dio, nia Patro, kaj de la Sinjoro Jesuo Kristo.
3 Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O, rəhmli Ata və hər cür təsəlli verən Allahdır.
Benata estu la Dio kaj Patro de nia Sinjoro Jesuo Kristo, la Patro de kompatoj kaj Dio de ĉia konsolo;
4 Çəkdiyimiz hər bir əziyyətdə O bizə təsəlli verir ki, biz də Allahdan aldığımız təsəlli ilə hər cür əziyyət çəkənlərə təsəlli verə bilək.
kiu konsoladas nin en nia tuta aflikto, por ke ni povu konsoli tiujn, kiuj iel afliktiĝas, per la konsolo, per kiu ni mem estas konsolataj de Dio.
5 Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
Ĉar kiel la suferoj de Kristo abundas ĉe ni, tiel same abundas ankaŭ per Kristo nia konsolo.
6 Əziyyət çəkiriksə, bu sizə təsəlli və xilas gətirir. Təsəlli tapırıqsa, bu da bizim kimi çəkdiyiniz əzablara dözəsiniz deyə sizə güc verən bir təsəlli almanız üçündür.
Sed se ni afliktiĝas, tio estas por via konsolo kaj saviĝo; aŭ se ni konsoliĝas, tio estas por via konsolo, kiu energias, per la pacienca elportado de la samaj suferoj, kiujn ni ankaŭ suferadas;
7 Sizinlə bağlı ümidimiz sarsılmaz. Çünki əzablarımıza şərik olduğunuz kimi təsəllimizə də şərik olduğunuzu bilirik.
kaj nia espero pri vi estas firma, ĉar ni scias, ke kiel vi estas partoprenantoj en la suferoj, tiel ankaŭ vi estas partoprenantoj en la konsolo.
8 Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.
Ĉar ni ne volas, ke vi nesciu, fratoj, pri la aflikto, kiu okazis al ni en Azio, ke ni ekstreme super la forto estis depremitaj, tiel, ke ni forte malesperis, eĉ pri la vivo;
9 Daxilən hiss etdik ki, ölümə məhkum olmuşuq. Amma bu özümüzə deyil, ölüləri dirildən Allaha güvənməyimiz üçün başımıza gəldi.
ni ja ricevis la aljuĝon al morto en ni mem, por ke ni fidu ne nin mem, sed Dion, kiu levas la mortintojn,
10 Allah bizi belə bir böyük ölüm təhlükəsindən qurtardı və qurtarmaqda davam edəcək. Ümidimizi Ona bağlamışıq
kaj kiu nin forsavis el tia granda morto kaj forsavos; al kiu ni esperis, ke Li ankoraŭ plu nin forsavos;
11 və siz də dualarınızla bizə kömək etdikcə bizi yenə qurtaracaq. Belə ki bir çox insanın etdiyi dua nəticəsində bizə verdiyi ənamdan ötrü qoy çoxları bizim üçün Allaha şükür etsin.
dum vi ankaŭ nin kunhelpas per via petegado, por ke, pro la donaco donita al ni per multaj personoj, danko estu donata de multaj pro ni.
12 Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavət və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik.
Ĉar jen estas nia singratulado, nome la atesto de nia konscienco, ke en sankteco kaj sincereco antaŭ Dio, ne laŭ homa saĝeco, sed laŭ la graco de Dio, ni kondutadis en la mondo, kaj precipe ĉe vi.
13 Biz elə bir şey yazmırıq ki, siz oxuyub başa düşə bilməyəsiniz. Hələlik bizi bir az başa düşmüsünüz. Rəbbimiz İsa Məsihin günündə bizim fəxrimiz siz olduğunuz kimi sizin də fəxriniz biz olacağıq. Ümidvaram ki, bunu tamam başa düşəcəksiniz.
Ĉar ni skribas al vi nenion alian krom tio, kion vi legas kaj prikonsentas, kaj mi esperas, ke vi prikonsentos ĝis la fino;
kiel ankaŭ vi ja parte prikonsentis pri ni, ke ni estas via singratulado, tiel same, kiel vi ankaŭ estas la nia en la tago de nia Sinjoro Jesuo.
15 Buna əmin olub əvvəlcə yanınıza gəlmək niyyətində idim ki, ikiqat xeyir tapasınız.
Kaj en ĉi tiu fidado mi intencis veni unue al vi, por ke vi havu duoblan gracon,
16 Həm Makedoniyaya gedəndə, həm də Makedoniyadan qayıdanda yanınıza gəlmək niyyətində oldum. Bundan sonra siz məni Yəhudeyaya yola salmalı idiniz.
kaj vizitinte vin survoje, trairi en Makedonujon, kaj denove el Makedonujo veni al vi, kaj de vi esti antaŭen irigita al Judujo.
17 Bu niyyətdə olanda görəsən qərarsız idimmi? Ya da niyyətlərim cismani təbiətimdən doğur ki, gah «bəli, bəli», gah da «xeyr, xeyr» deyim?
Kiam mi do tiel intencis, ĉu mi elmontris kapricemon? aŭ kion mi celas, ĉu mi tion celas laŭkarne, tiel ke estu ĉe mi la Jes, Jes, kaj la Ne, Ne?
18 Allahın sədaqətinə and olsun ki, sizə çatdırdığımız xəbər gah «bəli», gah da «xeyr» deyil.
Sed, kiel Dio estas fidela, nia parolo al vi ne estas Jes kaj Ne.
19 Sila və Timoteylə birlikdə sizə vəz etdiyimiz Allahın Oğlu İsa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalnız «bəli» var.
Ĉar la Filo de Dio, Jesuo Kristo, kiu de ni estas predikita inter vi, de mi kaj Silvano kaj Timoteo, ne estis Jes kaj Ne, sed en li la Jes estiĝis.
20 Çünki Allahın bütün vədləri İsa Məsihdə «bəli»dir. Buna görə Allahın izzəti üçün Məsih vasitəsilə «Amin» deyirik.
Ĉar kiel ajn multaj estas la promesoj de Dio, en li estas la Jes; tial ankaŭ per li estas la Amen, por la gloro al Dio per ni.
21 Bizi sizlərlə birlikdə Məsihə möhkəm bağlayan və bizi məsh edən Allahdır.
Kaj tiu, kiu fortikigas nin kune kun vi en Kristo kaj sanktoleis nin, estas Dio,
22 O bizi möhürlədi və Ruhunu qəlbimizdə girov qoydu.
kiu ankaŭ nin sigelis kaj donis al ni la antaŭgarantiaĵon de la Spirito en niaj koroj.
23 Allah şahidimdir, canıma and olsun ki, indiyədək sizə qıymadığım üçün Korinfə gəlmədim.
Sed mi vokas Dion kiel atestanton sur mian animon, ke por indulgi vin mi ankoraŭ ne venis al Korinto.
24 İmanınıza ağalıq etmək istəmirik, sevinməniz üçün sizinlə birgə çalışırıq. Çünki imanda dönməz dayanmısınız.
Ne kvazaŭ ni estrus super via fido, sed ni estas kunhelpantoj de via ĝojo; ĉar per via fido vi staras.

< 2 Korinflilərə 1 >