< 2 Korinflilərə 8 >

1 Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi:
γνωριζω δε υμιν αδελφοι την χαριν του θεου την δεδομενην εν ταις εκκλησιαις της μακεδονιας
2 onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı.
οτι εν πολλη δοκιμη θλιψεως η περισσεια της χαρας αυτων και η κατα βαθους πτωχεια αυτων επερισσευσεν εις τον πλουτον της απλοτητος αυτων
3 Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər.
οτι κατα δυναμιν μαρτυρω και υπερ δυναμιν αυθαιρετοι
4 Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər.
μετα πολλης παρακλησεως δεομενοι ημων την χαριν και την κοινωνιαν της διακονιας της εις τους αγιους
5 Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər.
και ου καθως ηλπισαμεν αλλ εαυτους εδωκαν πρωτον τω κυριω και ημιν δια θεληματος θεου
6 Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın.
εις το παρακαλεσαι ημας τιτον ινα καθως προενηρξατο ουτως και επιτελεση εις υμας και την χαριν ταυτην
7 Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun.
αλλ ωσπερ εν παντι περισσευετε πιστει και λογω και γνωσει και παση σπουδη και τη εξ υμων εν ημιν αγαπη ινα και εν ταυτη τη χαριτι περισσευητε
8 Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm.
ου κατ επιταγην λεγω αλλα δια της ετερων σπουδης και το της υμετερας αγαπης γνησιον δοκιμαζων
9 Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
γινωσκετε γαρ την χαριν του κυριου ημων ιησου χριστου οτι δι υμας επτωχευσεν πλουσιος ων ινα υμεις τη εκεινου πτωχεια πλουτησητε
10 Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün
και γνωμην εν τουτω διδωμι τουτο γαρ υμιν συμφερει οιτινες ου μονον το ποιησαι αλλα και το θελειν προενηρξασθε απο περυσι
11 indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın.
νυνι δε και το ποιησαι επιτελεσατε οπως καθαπερ η προθυμια του θελειν ουτως και το επιτελεσαι εκ του εχειν
12 Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır.
ει γαρ η προθυμια προκειται καθο εαν εχη τις ευπροσδεκτος ου καθο ουκ εχει
13 Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik.
ου γαρ ινα αλλοις ανεσις υμιν δε θλιψις αλλ εξ ισοτητος εν τω νυν καιρω το υμων περισσευμα εις το εκεινων υστερημα
14 İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun.
ινα και το εκεινων περισσευμα γενηται εις το υμων υστερημα οπως γενηται ισοτης
15 Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı».
καθως γεγραπται ο το πολυ ουκ επλεονασεν και ο το ολιγον ουκ ηλαττονησεν
16 Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun!
χαρις δε τω θεω τω διδοντι την αυτην σπουδην υπερ υμων εν τη καρδια τιτου
17 Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir.
οτι την μεν παρακλησιν εδεξατο σπουδαιοτερος δε υπαρχων αυθαιρετος εξηλθεν προς υμας
18 Müjdəni yaydığına görə bütün cəmiyyətlərdə təriflənən bir qardaşı da onunla birgə yanınıza göndəririk.
συνεπεμψαμεν δε μετ αυτου τον αδελφον ου ο επαινος εν τω ευαγγελιω δια πασων των εκκλησιων
19 Həmçinin o, Rəbbi izzətləndirmək və yardım etməyə həvəsli olduğumuzu göstərmək üçün apardığımız bu xeyriyyə işində yol yoldaşımız olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi.
ου μονον δε αλλα και χειροτονηθεις υπο των εκκλησιων συνεκδημος ημων συν τη χαριτι ταυτη τη διακονουμενη υφ ημων προς την αυτου του κυριου δοξαν και προθυμιαν ημων
20 Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasın deyə diqqət göstəririk.
στελλομενοι τουτο μη τις ημας μωμησηται εν τη αδροτητι ταυτη τη διακονουμενη υφ ημων
21 Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir.
προνοουμενοι καλα ου μονον ενωπιον κυριου αλλα και ενωπιον ανθρωπων
22 Çox işdə dəfələrlə sınaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük etibar sayəsində daha da cəhd göstərən başqa qardaşımızı da onlarla bərabər göndəririk.
συνεπεμψαμεν δε αυτοις τον αδελφον ημων ον εδοκιμασαμεν εν πολλοις πολλακις σπουδαιον οντα νυνι δε πολυ σπουδαιοτερον πεποιθησει πολλη τη εις υμας
23 Titə gəlincə, o mənim şərikim, sizlərin arasında çalışan əməkdaşım, qardaşlarımızsa Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir.
ειτε υπερ τιτου κοινωνος εμος και εις υμας συνεργος ειτε αδελφοι ημων αποστολοι εκκλησιων δοξα χριστου
24 Buna görə də cəmiyyətlərin qarşısında məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin.
την ουν ενδειξιν της αγαπης υμων και ημων καυχησεως υπερ υμων εις αυτους ενδειξασθε εις προσωπον των εκκλησιων

< 2 Korinflilərə 8 >