< 1 Peter 1 >

1 İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam!
예수 그리스도의 사도 베드로는 본도, 갈라디아, 갑바도기아, 아시아와 비두니아에 흩어진 나그네
2 Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin!
곧 하나님 아버지의 미리 아심을 따라 성령의 거룩하게 하심으로 순종함과 예수 그리스도의 피 뿌림을 얻기 위하여 택하심을 입은자들에게 편지하노니 은혜와 평강이 너희에게 더욱 많을찌어다
3 Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,
찬송하리로다 우리 주 예수 그리스도의 아버지 하나님이 그 많으신 긍휼대로 예수 그리스도의 죽은 자 가운데서 부활하심으로 말미암아 우리를 거듭나게 하사 산 소망이 있게 하시며
4 çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır.
썩지 않고 더럽지 않고 쇠하지 아니하는 기업을 잇게 하시나니 곧 너희를 위하여 하늘에 간직하신 것이라
5 Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz.
너희가 말세에 나타내기로 예비하신 구원을 얻기 위하여 믿음으로 말미암아 하나님의 능력으로 보호하심을 입었나니
6 Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz;
그러므로 너희가 이제 여러 가지 시험을 인하여 잠간 근심하게 되지 않을 수 없었으나 오히려 크게 기뻐하도다
7 belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.
너희 믿음의 시련이 불로 연단하여도 없어질 금보다 더 귀하여 예수 그리스도의 나타나실 때에 칭찬과 영광과 존귀를 얻게 하려함이라
8 Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
예수를 너희가 보지 못하였으나 사랑하는도다 이제도 보지 못하나 믿고 말할 수 없는 영광스러운 즐거움으로 기뻐하니
9 Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.
믿음의 결국 곧 영혼의 구원을 받음이라
10 Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparardı.
이 구원에 대하여는 너희에게 임할 은혜를 예언하던 선지자들이 연구하고 부지런히 살펴서
11 Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar.
자기 속에 계신 그리스도의 영이 그 받으실 고난과 후에 얻으실 영광을 미리 증거하여 어느 시, 어떠한 때를 지시하시는지 상고하니라
12 Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar.
이 섬긴 바가 자기를 위한 것이 아니요 너희를 위한 것임이 계시로 알게 되었으니 이것은 하늘로부터 보내신 성령을 힘입어 복음을 전하는 자들로 이제 너희에게 고한 것이요 천사들도 살펴보기를 원하는 것이니라
13 Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.
그러므로 너희 마음의 허리를 동이고 근신하여 예수 그리스도의 나타나실 때에 너희에게 가져올 은혜를 온전히 바랄찌어다
14 İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın.
너희가 순종하는 자식처럼 이전 알지 못할 때에 좇던 너희 사욕을 본 삼지 말고
15 Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun,
오직 너희를 부르신 거룩한 자처럼 너희도 모든 행실에 거룩한 자가 되라
16 necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».
기록하였으되 내가 거룩하니 너희도 거룩할찌어다 하셨느니라
17 Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.
외모로 보시지 않고 각 사람의 행위대로 판단하시는 자를 너희가 아버지라 부른즉 너희의 나그네로 있을 때를 두려움으로 지내라
18 Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil,
너희가 알거니와 너희 조상의 유전한 망령된 행실에서 구속된 것은 은이나 금같이 없어질 것으로 한 것이 아니요
19 qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.
오직 흠 없고 점 없는 어린 양 같은 그리스도의 보배로운 피로 한 것이니라
20 Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.
그는 창세 전부터 미리 알리신 바 된 자나 이 말세에 너희를 위하여 나타내신 바 되었으니
21 Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır.
너희는 저를 죽은 자 가운데서 살리시고 영광을 주신 하나님을 그리스도로 말미암아 믿는 자니 너희 믿음과 소망이 하나님께 있게 하셨느니라
22 Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.
너희가 진리를 순종함으로 너희 영혼을 깨끗하게 하여 거짓이 없이 형제를 사랑하기에 이르렀으니 마음으로 뜨겁게 피차 사랑하라
23 Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz. (aiōn g165)
너희가 거듭난 것이 썩어질 씨로 된 것이 아니요 썩지 아니할 씨로 된 것이니 하나님의 살아 있고 항상 있는 말씀으로 되었느니라 (aiōn g165)
24 Ona görə ki «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər,
그러므로 모든 육체는 풀과 같고 그 모든 영광이 풀의 꽃과 같으니 풀은 마르고 꽃은 떨어지되
25 Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur. (aiōn g165)
오직 주의 말씀은 세세토록 있도다 하였으니 너희에게 전한 복음이 곧 이 말씀이니라 (aiōn g165)

< 1 Peter 1 >