< 1 Yəhya 1 >

1 Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik.
Що́ було́ від поча́тку, що́ ми чули, що́ бачили власними очима, що́ розглядали, і чого руки наші торкалися, — про Слово життя, —
2 Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. (aiōnios g166)
а життя з'явилось, і ми бачили, і сві́дчимо, і звіщаємо вам життя вічне, що в Отця перебува́ло й з'явилося нам, — (aiōnios g166)
3 Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir.
що́ ми бачили й чули — про те ми звіщаємо вам, щоб і ви мали спільність із нами. Спільність же наша з Отцем і Сином Його Ісусом Христом.
4 Biz bunları yazırıq ki, sevincimiz kamil olsun.
А це пишемо вам, щоб повна була́ ваша радість!
5 Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.
А це звістка, що ми її чули від Нього і звіщаємо вам: Бог є світло, і немає в Нім жа́дної те́мряви!
6 Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik.
Коли ж кажемо, що маємо спільність із Ним, а ходимо в те́мряві, то неправду говоримо й правди не чинимо!
7 Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
Коли ж ходимо в світлі, як Сам Він у світлі, то маємо спільність один із о́дним, і кров Ісуса Христа, Його Сина, очищує нас від усякого гріха.
8 Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur.
Коли ж кажемо, що не маєм гріха́, то себе обманюємо, і немає в нас правди!
9 Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
Коли ми свої гріхи визнаємо, то Він вірний та праведний, щоб гріхи нам простити, та очистити нас від неправди всілякої.
10 Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.
А як кажемо, що ми не згрішили, то чинимо з Нього неправдомовця, і сло́ва Його нема в нас!

< 1 Yəhya 1 >