< 1 Korinflilərə 9 >

1 Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi?
Mimi si huru? Mimi si mtume? Mimi sikumwona Yesu Bwana wetu? Ninyi si matunda ya kazi yangu katika Bwana?
2 Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz.
Ikiwa mimi si mtume kwa wengine, angalau ni mtume kwenu ninyi. Kwa maana ninyi ni uthibitisho wa utume wangu katika Bwana.
3 Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram:
Huu ndio utetezi wangu kwa wale wanaonichunguza mimi.
4 məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur?
Je hatuna haki ya kula na kunywa?
5 Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur?
Hatuna haki kuchukua mke aliye amini kama wafanyavyo mitume wengine, na ndugu wa Bwana, na Kefa?
6 İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur?
Au ni mimi peke yangu na Barnaba ambao tunapaswa kufanya kazi?
7 Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz?
Ni nani afanyaye kazi kama askari kwa gharama zake mwenyewe? Ni nani apandaye mzabibu na asile matunda yake? Au ni nani achungaye kundi asiyekunywa maziwa yake?
8 Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi?
Je ninasema haya kwa mamlaka ya kibinadamu? Sheria nayo haisemi haya?
9 Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır,
Kwa kuwa imeandikwa katika sheria ya Musa, “usimfunge ng'ombe kinywa apulapo nafaka.” Ni kweli kwamba hapa Mungu anajali ng'ombe?
10 yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir.
Au je hasemi hayo kwa ajili yetu? imeandikwa kwa ajili yetu, kwa sababu yeye alimaye nafaka inampasa kulima kwa matumaini, naye avunaye inampasa avune kwa matarajio ya kushiriki katika mavuno.
11 Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu?
Ikiwa tulipanda vitu vya rohoni miongoni mwenu, Je! Ni neno kubwa kwetu tukivuna vitu vya mwilini kutoka kwenu?
12 Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük.
Ikiwa wengine walipata haki hii kutoka kwenu, Je! Sisi si zaidi? Hata hivyo, hatukuidai haki hii. Badala yake, tulivumilia mambo yote badala ya kuwa kikwazo cha injili ya Kristo.
13 Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər?
Hamjui ya kuwa wote wafanyao kazi hekaluni hupata chakula chao kutoka hekaluni? Hamjui ya kuwa wote watendao kazi madhabahuni hupata sehemu ya kile kilichotolewa madhabahuni?
14 Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir.
Kwa jinsi iyo hiyo, Bwana aliagiza ya kuwa wote wanaoitangaza injili sharti wapate kuishi kutokana na hiyo injili.
15 Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır.
Lakini sijawadai haki zote hizi. Na siandiki haya ili jambo lolote lifanyike kwa ajili yangu. Ni heri mimi nife kuliko mtu yeyote kubatilisha huku kujisifu kwangu.
16 Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma!
Maana ikiwa naihubiri injili, sina sababu ya kujisifu, kwa sababu ni lazima nifanye hivi. Na ole wangu nisipoihubiri injili!
17 Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm.
Kwa maana nikifanya hivi kwa hiari yangu, nina thawabu. Lakini ikiwa si kwa hiari, bado nina jukumu nililopewa kuwa wakili.
18 Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.
Basi thawabu yangu ni nini? Ya kuwa nihubiripo, nitaitoa injili pasipo gharama na bila kutumia kwa utimilifu wa haki yangu niliyonayo katika Injili.
19 Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim.
Maana japo nimekuwa huru kwa wote, nilifanyika mtumwa wa wote, ili kwamba niweze kuwapata wengi zaidi.
20 Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım.
Kwa Wayahudi nilikuwa kama Myahudi, ili niwapate Wayahudi. Kwa wale walio chini ya sheria, nilikuwa kama mmoja wao aliye chini ya sheria ili niwapate wale walio chini ya sheria. Nilifanya hivyo ingawa mimi binafsi sikuwa chini ya sheria.
21 Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım.
Kwa wale walio nje ya sheria, nilikuwa kama mmoja wao nje ya sheria, ingawa mimi binafsi sikuwa nje ya sheria ya Mungu, bali chini ya sheria ya Kristo. Nilifanya hivyo ili niwapate wale walio nje ya sheria.
22 Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum.
Kwa walio wanyonge nilikuwa mnyonge, ili niwapate walio wanyonge. Nimekuwa hali zote kwa watu wote, ili kwa njia zote nipate kuwaokoa baadhi.
23 Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.
Nami nafanya mambo yote kwa ajili ya injili, ili nipate kushiriki katika baraka.
24 Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız.
Hamjui ya kuwa katika mbio wote washindanao hupiga mbio, lakini apokeaye tuzo ni mmoja? Hivyo pigeni mbio ili mpate tuzo.
25 Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
Mwana michezo hujizuia katika yote awapo katika mafunzo. Hao hufanya hivyo ili wapokee taji iharibikayo, lakini sisi tunakimbia ili tupate taji isiyoharibika.
26 Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram.
Kwa hiyo mimi sikimbii bila sababu au napigana ngumi kama kupiga hewa.
27 Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
Lakini nautesa mwili wangu na kuufanya kama mtumwa, ili kwamba nijapokwisha kuwahubiri wengine, mimi mwenyewe nisiwe wa kukataliwa.

< 1 Korinflilərə 9 >