< 1 Korinflilərə 1 >

1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən
پولس به اراده خدا رسول خوانده شده عیسی مسیح و سوستانیس برادر،۱
2 Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.
به کلیسای خدا که در قرنتس است، ازمقدسین در مسیح عیسی که برای تقدس خوانده شده‌اند، با همه کسانی که در هرجا نام خداوند ماعیسی مسیح را می‌خوانند که (خداوند) ما و(خداوند) ایشان است.۲
3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
فیض و سلامتی ازجانب پدر ما خدا و عیسی مسیح خداوند بر شماباد.۳
4 Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm.
خدای خود را پیوسته شکر می‌کنم درباره شما برای آن فیض خدا که در مسیح عیسی به شما عطا شده است،۴
5 Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz.
زیرا شما از هرچیز دروی دولتمند شده‌اید، در هر کلام و در هرمعرفت.۵
6 Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi.
چنانکه شهادت مسیح در شما استوارگردید،۶
7 Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz.
بحدی که در هیچ بخشش ناقص نیستیدو منتظر مکاشفه خداوند ما عیسی مسیح می‌باشید.۷
8 Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək.
که او نیز شما را تا آخر استوار خواهدفرمود تا در روز خداوند ما عیسی مسیح بی‌ملامت باشید.۸
9 Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
امین است خدایی که شما را به شراکت پسر خود عیسی مسیح خداوند ماخوانده است.۹
10 Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.
لکن‌ای برادران از شما استدعا دارم به نام خداوند ما عیسی مسیح که همه یک سخن گوییدو شقاق در میان شما نباشد، بلکه در یک فکر ویک رای کامل شوید.۱۰
11 Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim.
زیرا که‌ای برادران من، از اهل خانه خلوئی درباره شما خبر به من رسیدکه نزاعها در میان شما پیدا شده است.۱۱
12 Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir.
غرض اینکه هریکی از شما می‌گوید که من از پولس هستم، و من از اپلس، و من از کیفا، و من از مسیح.۱۲
13 Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz?
آیا مسیح منقسم شد؟ یا پولس در راه شمامصلوب گردید؟ یا به نام پولس تعمید یافتید؟۱۳
14 Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm.
خدا را شکر می‌کنم که هیچ‌یکی از شما راتعمید ندادم جز کرسپس و قایوس،۱۴
15 Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin.
که مباداکسی گوید که به نام خود تعمید دادم.۱۵
16 Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram.
وخاندان استیفان را نیز تعمید دادم و دیگر یادندارم که کسی را تعمید داده باشم.۱۶
17 Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram.
زیرا که مسیح مرا فرستاد، نه تا تعمید دهم بلکه تا بشارت رسانم، نه به حکمت کلام مبادا صلیب مسیح باطل شود.۱۷
18 Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir.
زیرا ذکر صلیب برای هالکان حماقت است، لکن نزد ما که ناجیان هستیم قوت خداست.۱۸
19 Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm».
زیرا مکتوب است: «حکمت حکما را باطل سازم و فهم فهیمان را نابود گردانم.»۱۹
20 Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? (aiōn g165)
کجا است حکیم؟ کجا کاتب؟ کجا مباحث این دنیا؟ مگرخدا حکمت جهان را جهالت نگردانیده است؟ (aiōn g165)۲۰
21 Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu.
زیرا که چون برحسب حکمت خدا، جهان ازحکمت خود به معرفت خدا نرسید، خدا بدین رضا داد که بوسیله جهالت موعظه، ایمانداران رانجات‌بخشد.۲۱
22 Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar.
چونکه یهود آیتی می‌خواهند ویونانیان طالب حکمت هستند.۲۲
23 Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır.
لکن ما به مسیح مصلوب وعظ می‌کنیم که یهود را لغزش و امت هارا جهالت است.۲۳
24 Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir.
لکن دعوت‌شدگان را خواه یهود و خواه یونانی مسیح قوت خدا و حکمت خدا است.۲۴
25 Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.
زیرا که جهالت خدا از انسان حکیمتر است و ناتوانی خدا از مردم، تواناتر.۲۵
26 Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz.
زیرا‌ای برادران دعوت خود را ملاحظه نمایید که بسیاری بحسب جسم حکیم نیستند وبسیاری توانا نی و بسیاری شریف نی.۲۶
27 Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı,
بلکه خدا جهال جهان را برگزید تا حکما را رسوا سازدو خدا ناتوانان عالم را برگزید تا توانایان را رسواسازد،۲۷
28 dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki,
و خسیسان دنیا و محقران را خدابرگزید، بلکه نیستیها را تا هستیها را باطل گرداند.۲۸
29 Allahın qarşısında heç bir insan öyünməsin.
تا هیچ بشری در حضور او فخر نکند.۲۹
30 Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.
لکن از او شما هستید در عیسی مسیح که از جانب خدابرای شما حکمت شده است و عدالت قدوسیت و فدا.۳۰
31 Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».
تا چنانکه مکتوب است هر‌که فخر کنددر خداوند فخر نماید.۳۱

< 1 Korinflilərə 1 >