Birinci Salnamələr 8

1 Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah, 2 dördüncüsü Noxa, beşincisi Rafa. 3 Belanın oğulları bunlardır: Addar, Gera, Avihud, 4 Avişua, Naaman, Axoah, 5 Gera, Şefufan və Xuram. 6 Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır: 7 Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi. 8 Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu, 9 arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam, 10 Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi. 11 Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu. 12 Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi. 13 Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu. 14 Berianın oğulları: Axyo, Şaşaq, Yeremot, 15 Zevadya, Arad, Eder, 16 Mikael, İşpa və Yoxa. 17 Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever, 18 İşmeray, İzlia və Yovav. 19 Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi, 20 Elienay, Silletay, Eliel, 21 Adaya, Beraya və Şimrat. 22 Şaşaqın oğulları: İşpan, Ever, Eliel, 23 Avdon, Zikri, Xanan, 24 Xananya, Elam, Antotiya, 25 İfdeya və Penuel. 26 Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya, 27 Yaareşya, İlyas və Zikri. 28 Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar. 29 Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. 30 İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav, 31 Qedor, Axyo, Zeker, 32 Şimanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı. 33 Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. 34 Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. 35 Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz. 36 Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. 37 Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. 38 Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. 39 Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet. 40 Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir.