< Birinci Salnamələr 12 >

1 Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi.
ואלה הבאים אל דויד לציקלג עוד עצור מפני שאול בן קיש והמה בגבורים עזרי המלחמה׃
2 Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir:
נשקי קשת מימינים ומשמאלים באבנים ובחצים בקשת מאחי שאול מבנימן׃
3 onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu,
הראש אחיעזר ויואש בני השמעה הגבעתי ויזואל ופלט בני עזמות וברכה ויהוא הענתתי׃
4 «otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad,
וישמעיה הגבעוני גבור בשלשים ועל השלשים וירמיה ויחזיאל ויוחנן ויוזבד הגדרתי׃
5 Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya,
אלעוזי וירימות ובעליה ושמריהו ושפטיהו החריפי׃
6 Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam,
אלקנה וישיהו ועזראל ויועזר וישבעם הקרחים׃
7 Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.
ויועאלה וזבדיה בני ירחם מן הגדור׃
8 Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər.
ומן הגדי נבדלו אל דויד למצד מדברה גברי החיל אנשי צבא למלחמה ערכי צנה ורמח ופני אריה פניהם וכצבאים על ההרים למהר׃
9 Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav,
עזר הראש עבדיה השני אליאב השלשי׃
10 dördüncüsü Mişmanna, beşincisi Yeremya,
משמנה הרביעי ירמיה החמשי׃
11 altıncısı Attay, yeddincisi Eliel,
עתי הששי אליאל השבעי׃
12 səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad,
יוחנן השמיני אלזבד התשיעי׃
13 onuncusu Yeremya, on birincisi Makbannay.
ירמיהו העשירי מכבני עשתי עשר׃
14 Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi.
אלה מבני גד ראשי הצבא אחד למאה הקטן והגדול לאלף׃
15 Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.
אלה הם אשר עברו את הירדן בחדש הראשון והוא ממלא על כל גדיתיו ויבריחו את כל העמקים למזרח ולמערב׃
16 Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi.
ויבאו מן בני בנימן ויהודה עד למצד לדויד׃
17 Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin».
ויצא דויד לפניהם ויען ויאמר להם אם לשלום באתם אלי לעזרני יהיה לי עליכם לבב ליחד ואם לרמותני לצרי בלא חמס בכפי ירא אלהי אבותינו ויוכח׃
18 Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik, Ey Yessey oğlu, biz sənin tərəfindəyik. Sülh, sülh olsun sənə və sənə kömək edənə, Çünki Allahın sənə kömək edir». Davud onları götürüb dəstə başçıları təyin etdi.
ורוח לבשה את עמשי ראש השלושים לך דויד ועמך בן ישי שלום שלום לך ושלום לעזרך כי עזרך אלהיך ויקבלם דויד ויתנם בראשי הגדוד׃
19 Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.
וממנשה נפלו על דויד בבאו עם פלשתים על שאול למלחמה ולא עזרם כי בעצה שלחהו סרני פלשתים לאמר בראשינו יפול אל אדניו שאול׃
20 Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi.
בלכתו אל ציקלג נפלו עליו ממנשה עדנח ויוזבד וידיעאל ומיכאל ויוזבד ואליהוא וצלתי ראשי האלפים אשר למנשה׃
21 Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.
והמה עזרו עם דויד על הגדוד כי גבורי חיל כלם ויהיו שרים בצבא׃
22 Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.
כי לעת יום ביום יבאו על דויד לעזרו עד למחנה גדול כמחנה אלהים׃
23 Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir:
ואלה מספרי ראשי החלוץ לצבא באו על דויד חברונה להסב מלכות שאול אליו כפי יהוה׃
24 Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər;
בני יהודה נשאי צנה ורמח ששת אלפים ושמונה מאות חלוצי צבא׃
25 Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü;
מן בני שמעון גבורי חיל לצבא שבעת אלפים ומאה׃
26 Levililərdən dörd min altı yüz nəfər;
מן בני הלוי ארבעת אלפים ושש מאות׃
27 Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər;
ויהוידע הנגיד לאהרן ועמו שלשת אלפים ושבע מאות׃
28 gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı;
וצדוק נער גבור חיל ובית אביו שרים עשרים ושנים׃
29 Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər;
ומן בני בנימן אחי שאול שלשת אלפים ועד הנה מרביתם שמרים משמרת בית שאול׃
30 Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları;
ומן בני אפרים עשרים אלף ושמונה מאות גבורי חיל אנשי שמות לבית אבותם׃
31 Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər;
ומחצי מטה מנשה שמונה עשר אלף אשר נקבו בשמות לבוא להמליך את דויד׃
32 İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;
ומבני יששכר יודעי בינה לעתים לדעת מה יעשה ישראל ראשיהם מאתים וכל אחיהם על פיהם׃
33 Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;
מזבלון יוצאי צבא ערכי מלחמה בכל כלי מלחמה חמשים אלף ולעדר בלא לב ולב׃
34 Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər;
ומנפתלי שרים אלף ועמהם בצנה וחנית שלשים ושבעה אלף׃
35 Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər;
ומן הדני ערכי מלחמה עשרים ושמונה אלף ושש מאות׃
36 Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər;
ומאשר יוצאי צבא לערך מלחמה ארבעים אלף׃
37 İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.
ומעבר לירדן מן הראובני והגדי וחצי שבט מנשה בכל כלי צבא מלחמה מאה ועשרים אלף׃
38 Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi.
כל אלה אנשי מלחמה עדרי מערכה בלבב שלם באו חברונה להמליך את דויד על כל ישראל וגם כל שרית ישראל לב אחד להמליך את דויד׃
39 Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü.
ויהיו שם עם דויד ימים שלושה אכלים ושותים כי הכינו להם אחיהם׃
40 İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.
וגם הקרובים אליהם עד יששכר וזבלון ונפתלי מביאים לחם בחמורים ובגמלים ובפרדים ובבקר מאכל קמח דבלים וצמוקים ויין ושמן ובקר וצאן לרב כי שמחה בישראל׃

< Birinci Salnamələr 12 >