< ՂՈԻԿԱՍ 7 >

1 Երբ լմնցուց իր բոլոր խօսքերը ժողովուրդին ականջներուն ըսելը՝ մտաւ Կափառնայում:
İsa Ona qulaq asan camaata sözlərini deyib qurtarandan sonra Kefernahuma daxil oldu.
2 Հարիւրապետի մը ծառան, որ սիրելի էր իրեն, ծանրօրէն հիւանդացած ըլլալով՝ վախճանելու մօտ էր:
Orada bir yüzbaşının çox dəyərli qulu xəstələnib ölüm yatağına düşmüşdü.
3 Երբ լսեց Յիսուսի մասին, Հրեաներէն քանի մը երէցներ ղրկելով՝ թախանձեց անոր, որ գայ եւ ապրեցնէ իր ստրուկը:
Bu yüzbaşı İsa haqqında eşidəndə gəlib qulunu sağaltsın deyə Yəhudilərin bəzi ağsaqqallarını Onun yanına göndərdi.
4 Անոնք ալ եկան Յիսուսի, փութաջանութեամբ կ՚աղաչէին անոր ու կ՚ըսէին. «Ան՝ որուն պիտի ընես այս շնորհքը՝ արժանի է,
Onlar İsanın yanına gəlib Ona ürəkdən yalvardılar və belə dedilər: «Bu adam Sənin köməyinə layiqdir.
5 որովհետեւ կը սիրէ մեր ազգը, եւ ի՛նք կառուցանեց ժողովարանը մեզի համար»:
Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib».
6 Յիսուս գնաց անոնց հետ, ու երբ տունէն շատ հեռու չէր, հարիւրապետը քանի մը բարեկամներ ղրկեց եւ ըսաւ անոր. «Տէ՛ր, մի՛ անհանգստանար, որովհետեւ ես արժանի չեմ որ դուն մտնես իմ յարկիս տակ.
İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən.
7 ուստի ես ալ արժանի չնկատեցի զիս՝ գալու քեզի. հապա ըսէ՛ խօսք մը՝՝, ու ծառաս պիտի բժշկուի:
Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın.
8 Որովհետեւ ես ալ իշխանութեան տակ դրուած մարդ մըն եմ, եւ զինուորներ ունիմ իմ հրամանիս տակ: Ասոր կ՚ըսեմ. “Գնա՛”, ու կ՚երթայ. եւ միւսին. “Եկո՛ւր”, ու կու գայ. եւ ստրուկիս. “Ըրէ՛ այս բանը”, ու կ՚ընէ»:
Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
9 Յիսուս լսելով ասիկա՝ զարմացաւ անոր վրայ, եւ դառնալով իրեն հետեւող բազմութեան՝ ըսաւ. «Ձեզի կը յայտարարեմ թէ Իսրայէլի մէջ անգամ ես չգտայ ա՛յսչափ մեծ հաւատք»:
Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim».
10 Պատգամաւորները տուն վերադարձան, եւ առողջացած գտան հիւանդ ծառան:
Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
11 Հետեւեալ օրը կ՚երթար քաղաք մը՝ որուն անունը Նային էր: Անոր հետ կ՚երթային իր աշակերտներէն շատերը, նաեւ մեծ բազմութիւն մը:
Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi.
12 Երբ մօտեցաւ քաղաքին դրան, ահա՛ մեռել մը դուրս կը հանէին, իր մօր մէկ հատիկ որդին: Ան այրի էր, ու քաղաքէն մեծ բազմութիւն մը անոր հետ էր:
O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.
13 Տէրը տեսնելով զայն՝ գթաց անոր վրայ եւ ըսաւ անոր. «Մի՛ լար»:
Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!»
14 Ու մօտենալով՝ դպաւ դագաղին. կրողները կանգ առին, եւ ըսաւ. «Երիտասա՛րդ, քեզի՛ կ՚ըսեմ. “Ոտքի՛ ելիր”»:
Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!»
15 Մեռելն ալ ելաւ, նստաւ, եւ սկսաւ խօսիլ. Յիսուս տուաւ զայն իր մօր:
Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.
16 Վախը համակեց բոլորը, ու Աստուած կը փառաբանէին՝ ըսելով. «Մեծ մարգարէ մը ելած է մեր մէջ, եւ Աստուած այցելած է իր ժողովուրդին»:
Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər.
17 Անոր մասին այս տարաձայնութիւնը տարածուեցաւ ամբողջ Հրէաստանի մէջ, ու ամբողջ շրջակայքը:
İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
18 Յովհաննէսի աշակերտները պատմեցին իրեն այս բոլոր բաներուն մասին:
Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb
19 Յովհաննէս ալ իր աշակերտներէն երկուքը կանչեց իրեն ու ղրկեց Յիսուսի՝ ըսելով. «Դո՞ւն ես ան՝ որ պիտի գար, թէ ուրիշի՛ մը սպասենք»:
göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
20 Երբ այդ մարդիկը եկան անոր քով՝ ըսին. «Յովհաննէս Մկրտիչը մեզ ղրկեց քեզի՝ ըսելով. “Դո՞ւն ես ան՝ որ պիտի գար, թէ ուրիշի՛ մը սպասենք”»:
Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»
21 Նոյն ժամուն շատեր բժշկեց իրենց ախտերէն, տանջանքներէն եւ չար ոգիներէն, ու շատ կոյրերու տեսութիւն շնորհեց:
Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı.
22 Ապա Յիսուս պատասխանեց անոնց. «Գացէ՛ք, պատմեցէ՛ք Յովհաննէսի ինչ որ տեսաք եւ լսեցիք, թէ կոյրերը կը տեսնեն, կաղերը կը քալեն, բորոտները կը մաքրուին, խուլերը կը լսեն, մեռելները յարութիւն կ՚առնեն, աղքատներուն կ՚աւետարանուի:
İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
23 Երանի՜ անոր՝ որ չի գայթակղիր իմ պատճառովս»:
Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
24 Երբ Յովհաննէսի պատգամաւորները գացին, Յիսուս սկսաւ բազմութիւններուն խօսիլ Յովհաննէսի մասին. «Ի՞նչ տեսնելու գացիք անապատը. հովէն տատանող եղէ՞գ մը:
Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
25 Հապա ի՞նչ տեսնելու գացիք. փափուկ հանդերձներ հագած մա՞րդ մը: Ահա՛ անոնք՝ որ փառաւոր պատմուճաններով ու փափկութեան մէջ են, թագաւորական պալատնե՛րն են:
Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar.
26 Հապա ի՞նչ տեսնելու գացիք. մարգարէ՞ մը: Այո՛, կը յայտարարեմ ձեզի, աւելի՛ քան մարգարէ մը:
Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
27 Որովհետեւ ասիկա՛ է ան՝ որուն մասին գրուած է. “Ահա՛ ես կը ղրկեմ իմ պատգամաւորս քու առջեւէդ. ան պիտի պատրաստէ ճամբադ՝ քու առջեւդ”:
Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”.
28 Արդարեւ կը յայտարարեմ ձեզի. “Կիներէ ծնածներուն մէջ՝ Յովհաննէս Մկրտիչէն աւելի մեծ մարգարէ չկայ”. սակայն Աստուծոյ թագաւորութեան մէջ՝ ամենէն պզտիկը անկէ աւելի մեծ է»:
Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
29 Երբ ամբողջ ժողովուրդն ու մաքսաւորները լսեցին, արդարացուցին Աստուած՝ որ Յովհաննէսի մկրտութեամբ մկրտուեցան:
Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər.
30 Բայց Փարիսեցիներն ու օրինականները անարգեցին Աստուծոյ ծրագիրը իրենց հանդէպ՝ անկէ չմկրտուելով:
Amma fariseylər və qanunşünaslar Yəhyanın vəftizindən imtina etdilər və bununla Allahın onlar barəsindəki iradəsini rədd etdilər.
31 «Ուրեմն որո՞ւ նմանցնեմ այս սերունդին մարդիկը, եւ որո՞ւ կը նմանին:
İsa sözünü davam etdirdi: «Bu nəslin adamlarını nəyə bənzədim? Onlar nəyə bənzəyir?
32 Կը նմանին մանուկներու, որոնք հրապարակները նստելով՝ կը գոչեն իրարու եւ կ՚ըսեն. “Սրինգ նուագեցինք ձեզի՝ ու չպարեցիք, ողբացինք ձեզի՝ ու չլացիք”:
Bazar meydanında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız, Biz mərsiyələr oxuduq, sizsə ağlamadınız” deyib bir-birini səsləyən uşaqlara bənzəyirlər.
33 Որովհետեւ Յովհաննէս Մկրտիչը եկաւ, ո՛չ հաց կ՚ուտէր եւ ո՛չ գինի կը խմէր, ու կ՚ըսէիք. “Դեւ կայ անոր մէջ”:
Çünki Vəftizçi Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və siz deyirsiniz: “O, cinə tutulmuşdur”.
34 Մարդու Որդին եկաւ, կ՚ուտէ եւ կը խմէ, ու կ՚ըսէք. “Ահա՛ շատակեր ու գինեսէր մարդ մը, մաքսաւորներու եւ մեղաւորներու բարեկամ”:
Bəşər Oğlu gəldikdə yeyib-içdi və siz deyirsiniz: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!”
35 Եւ իմաստութիւնը արդարացաւ իր բոլոր զաւակներով»:
Amma hikmət öz övladlarının hamısı tərəfindən təsdiq olunur».
36 Փարիսեցիներէն մէկը կը թախանձէր՝ որ ան իրեն հետ հաց ուտէ: Ան ալ մտաւ Փարիսեցիին տունը ու սեղան նստաւ:
Fariseylərdən biri İsanı onunla birgə yeməyə dəvət etdi. O da fariseyin evinə girdi və süfrəyə oturdu.
37 Քաղաքին մէջ մեղաւոր կին մը կար. երբ գիտցաւ թէ ան սեղան նստած է Փարիսեցիին տունը, անուշահոտ օծանելիքի ալապաստրէ շիշ մը բերաւ,
Həmin şəhərdə günahkar bir qadın yaşayırdı. O, fariseyin evində İsanın süfrəyə oturduğundan xəbər tutanda ağ mərmər bir qabda ətirli yağ gətirdi.
38 լալով կեցաւ անոր ոտքերուն քով՝ ետեւի կողմը, եւ սկսաւ արցունքով թրջել անոր ոտքերը: Իր գլուխին մազերով կը սրբէր ու կը համբուրէր անոր ոտքերը, եւ օծանելիքով կ՚օծէր:
Qadın arxada, İsanın ayaqlarının yanında durub ağlayaraq göz yaşları ilə Onun ayaqlarını islatmağa başladı. O, İsanın ayaqlarını saçları ilə sildi, öpdü və onlara ətirli yağ çəkdi.
39 Երբ զինք հրաւիրող Փարիսեցին տեսաւ, ըսաւ ինքնիրեն. «Եթէ ասիկա մարգարէ ըլլար, պիտի գիտնար թէ ո՛վ եւ ինչպիսի՛ կին է իրեն դպչողը, որովհետեւ մեղաւոր է»:
İsanı evinə dəvət etmiş farisey bunu görüb öz-özünə belə dedi: «Əgər bu adam peyğəmbər olsaydı, Ona toxunanın kim və nə cür qadın olduğunu bilərdi, çünki bu qadın günahkardır».
40 Յիսուս պատասխանեց անոր. «Սիմո՛ն, բա՛ն մը ունիմ քեզի ըսելու»: Ան ալ ըսաւ. «Ըսէ՛, վարդապե՛տ»:
İsa ona xitab edib belə söylədi: «Şimon, Mənim sənə sözüm var». O da dedi: «Müəllim, buyur».
41 Յիսուս ըսաւ. «Փոխատու մը ունէր երկու պարտապան. մէկը հինգ հարիւր դահեկան կը պարտէր, ու միւսը՝ յիսուն:
«Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi.
42 Երկուքի՛ն ալ շնորհեց պարտքը, քանի կարողութիւն չունէին վճարելու: Հիմա ըսէ՛, անոնցմէ ո՞վ աւելի պիտի սիրէ զայն»:
Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı. De görüm, bu adamlardan hansı onu daha çox sevəcək?»
43 Սիմոն պատասխանեց. «Կ՚ենթադրեմ թէ ա՛ն՝ որուն շատ շնորհեց»: Ան ալ ըսաւ անոր. «Շիտա՛կ դատեցիր»:
Şimon cavab verdi: «Güman edirəm, o adam ki ona daha çox bağışlandı». İsa ona «düz seçmisən» dedi.
44 Ու դառնալով դէպի այդ կինը՝ ըսաւ Սիմոնի. «Կը տեսնե՞ս այս կինը: Ես տունդ մտայ, եւ դուն ջուր չտուիր ոտքերուս. բայց ասիկա իր արցունքով թրջեց ոտքերս, եւ իր մազերով սրբեց:
Sonra İsa qadına tərəf baxıb Şimona dedi: «Sən bu qadını görürsənmi? Mən sənin evinə gəldim, sən Mənim ayaqlarımı yumaq üçün Mənə su da vermədin. Bu qadınsa ayaqlarımı göz yaşları ilə isladıb saçları ilə sildi.
45 Դուն ինծի համբո՛յր մը չտուիր, բայց ասիկա հոս մտնելէս ի վեր՝ չդադրեցաւ ոտքերս համբուրելէ:
Sən Məni öpmədin, bu qadınsa Mən evə girəndən bəri ayaqlarımı hey öpür.
46 Դուն գլուխս չօծեցիր անուշահոտ իւղով, բայց ասիկա ոտքե՛րս օծեց անուշահոտ օծանելիքով:
Sən başıma zeytun yağı çəkmədin. O isə ayaqlarıma ətirli yağ çəkdi.
47 Ուստի կը յայտարարեմ քեզի. “Ասոր բազմաթիւ մեղքերը ներուած են, որովհետեւ շատ սիրեց. բայց ա՛ն՝ որուն քիչ կը ներուի, անիկա քիչ կը սիրէ”.
Buna görə də sənə deyirəm: bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir. Kimə az bağışlanıbsa, az sevər».
48 Եւ ըսաւ անոր. «Քու մեղքերդ ներուած են»:
Sonra İsa qadına dedi: «Sənin günahların bağışlandı».
49 Իրեն հետ սեղան նստողները սկսան ըսել իրենց մէջ. «Ո՞վ է ասիկա՝ որ մեղքերն ալ կը ներէ»:
Onda İsa ilə birgə süfrədə oturanlar öz aralarında danışmağa başladılar: «Bu adam kimdir ki, günahları da bağışlayır?»
50 Իսկ ինք ըսաւ կնոջ. «Հաւատքդ փրկեց քեզ, գնա՛ խաղաղութեամբ»:
Amma İsa qadına dedi: «İmanın səni xilas etdi. Arxayın get».

< ՂՈԻԿԱՍ 7 >