< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 9 >

1 Բայց Սօղոս տակաւին սպառնալիք եւ սպանութիւն կը փչէր Տէրոջ աշակերտներուն դէմ: Քահանայապետին քով գնաց
Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib
2 ու նամակներ ուզեց անկէ՝ Դամասկոսի ժողովարանները տանելու, որպէսզի՝ եթէ գտնէ այդ ճամբային հետեւողներ՝ այր մարդիկ կամ կիներ, կապած բերէ Երուսաղէմ:
ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun.
3 Երբ կ՚երթար ու մօտեցաւ Դամասկոսի, յանկարծ երկինքէն լոյս մը փայլատակեց իր շուրջը,
Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı.
4 եւ ինք գետին իյնալով՝ լսեց ձայն մը որ կ՚ըսէր իրեն. «Սաւո՛ւղ, Սաւո՛ւղ, ինչո՞ւ կը հալածես զիս»:
Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?»
5 Ան ալ ըսաւ. «Դուն ո՞վ ես, Տէ՛ր»: Ու Տէրը ըսաւ. «Ես Յիսուսն եմ, որ դուն կը հալածես. տաժանելի է քեզի՝ աքացել խթանի դէմ»:
Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam.
6 Ան ալ՝ դողալով եւ այլայլած՝ ըսաւ. «Տէ՛ր, ի՞նչ կ՚ուզես որ ընեմ»:
Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək».
7 Տէրը ըսաւ անոր՝՝. «Կանգնէ՛ ու մտի՛ր քաղաքը, եւ պիտի ըսուի քեզի թէ ի՛նչ պէտք է ընես»: Այն մարդիկը՝ որ իրեն կ՚ուղեկցէին՝ անխօս կեցած էին. միայն ձա՛յնը կը լսէին, բայց ո՛չ մէկը կը տեսնէին:
Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər.
8 Սօղոս գետինէն ոտքի ելաւ, սակայն ո՛չ մէկը կը տեսնէր բաց աչքերով. ուստի բռնեցին անոր ձեռքէն ու մտցուցին Դամասկոս:
Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar.
9 Երեք օր կեցաւ՝ առանց տեսնելու. ո՛չ կերաւ, ո՛չ ալ խմեց:
Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10 Աշակերտ մը կար Դամասկոսի մէջ՝ Անանիա անունով: Տէրը ըսաւ անոր տեսիլքի մէջ. «Անանիա՛»: Ան ալ ըսաւ. «Տէ՛ր, ահա՛ հոս եմ»:
Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!»
11 Տէրը ըսաւ անոր. «Կանգնէ՛ ու գնա՛ այն փողոցը՝ որ Ուղիղ կը կոչուի, եւ հոն՝ Յուդայի տան մէջ փնտռէ՛ Սօղոս անունով Տարսոնցի մը. որովհետեւ ահա՛ ան կ՚աղօթէ,
Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir.
12 ու տեսիլքի մէջ տեսաւ մարդ մը՝ Անանիա անունով, քովը մտած եւ ձեռքը դրած իր վրայ՝ որպէսզի վերստին տեսնէ»:
O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın».
13 Անանիա ալ պատասխանեց. «Տէ՛ր, շատերէ լսեցի այդ մարդուն մասին թէ ո՛րչափ չարիք ըրաւ քու սուրբերուդ՝ Երուսաղէմի մէջ.
Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib.
14 եւ հո՛ս ալ քահանայապետներէն իրաւասութիւն ունի կապելու բոլոր անոնք՝ որ կը կանչեն քու անունդ»:
Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb».
15 Տէրը ըսաւ անոր. «Դուն գնա՛, որովհետեւ ան ինձմէ ընտրուած անօթ մըն է՝ իմ անունս կրելու հեթանոսներուն, թագաւորներուն եւ Իսրայէլի որդիներուն առջեւ,
Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir.
16 ու ես ցոյց պիտի տամ անոր թէ ո՜րչափ պէտք է չարչարուի իմ անունիս համար»:
Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm».
17 Ուստի Անանիա գնաց, մտաւ այդ տունը, եւ դնելով ձեռքերը անոր վրայ՝ ըսաւ. «Սաւո՛ւղ եղբայր, Տէ՛րը ղրկեց զիս, այն Յիսո՛ւսը՝ որ ճամբան երեւցաւ քեզի երբ կու գայիր, որպէսզի վերստին տեսնես ու Սուրբ Հոգիով լեցուիս»:
Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan».
18 Իսկոյն թեփերու պէս բաներ ինկան անոր աչքերէն, եւ անմի՛ջապէս տեսողութիւնը վերստացաւ. կանգնեցաւ, մկրտուեցաւ,
O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu.
19 ու կերակուր ուտելով՝ զօրացաւ, եւ քանի մը օր կեցաւ Դամասկոսի մէջ եղող աշակերտներուն հետ:
Sonra yemək yeyib taqətə gəldi. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı.
20 Իսկոյն ժողովարաններուն մէջ կը քարոզէր Յիսուսը, թէ ա՛ն է Աստուծոյ Որդին:
Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı.
21 Բոլոր լսողները մեծապէս զմայլած էին ու կ՚ըսէին. «Ասիկա չէ՞ ան՝ որ Երուսաղէմի մէջ կը տապալէր այս անունը կանչողները. հոս ալ եկած էր ասոր համար, որպէսզի զանոնք կապած՝ քահանայապետներուն տանի»:
Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?»
22 Բայց Սօղոս ա՛լ աւելի կը զօրանար եւ կը շփոթեցնէր Դամասկոս բնակող Հրեաները, ապացուցանելով թէ ա՛յս է Քրիստոսը:
Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23 Շատ օրեր անցնելէն ետք՝ Հրեաները խորհրդակցեցան որ սպաննեն զայն.
Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı.
24 բայց Սօղոսի յայտնուեցաւ անոնց դաւադրութիւնը: Ցերեկ ու գիշեր կը հսկէին դռները, որպէսզի սպաննեն զայն:
Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu.
25 Իսկ աշակերտները գիշերուան մէջ առին զայն եւ պարիսպէն վար իջեցուցին՝ զամբիւղի մը մէջ:
Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Երբ Սօղոս եկաւ Երուսաղէմ՝ կը ձգտէր միանալ աշակերտներուն. բայց բոլորն ալ կը վախնային իրմէ, չհաւատալով թէ ան աշակերտ էր:
Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir.
27 Բայց Բառնաբաս՝ առնելով զայն՝ տարաւ առաքեալներուն ու պատմեց անոնց թէ ի՛նչպէս ճամբան տեսաւ Տէրը՝ որ խօսեցաւ իրեն հետ, եւ թէ ի՛նչպէս համարձակութեամբ քարոզեց Յիսուսի անունով՝ Դամասկոսի մէջ:
Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib.
28 Ուստի կը մտնէր ու կ՚ելլէր անոնց հետ Երուսաղէմի մէջ, համարձակութեամբ քարոզելով Տէր Յիսուսի անունով:
Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi.
29 Նաեւ կը խօսէր եւ կը վիճաբանէր Հելլենացիներուն հետ. անոնք ալ կը ձգտէին սպաննել զինք:
O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər.
30 Իսկ եղբայրները՝ ասիկա գիտնալով՝ զինք իջեցուցին Կեսարիա, եւ անկէ ճամբեցին Տարսոն:
İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31 Ուրեմն եկեղեցիները խաղաղութիւն ունեցան ամբողջ Հրէաստանի, Գալիլեայի ու Սամարիայի մէջ, եւ կը շինուէին ու կը բազմանային՝ ընթանալով Տէրոջ վախով եւ Սուրբ Հոգիին մխիթարութեամբ:
Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
32 Քանի Պետրոս ամէն կողմ կը շրջէր, Լիւդդեա բնակող սուրբերուն քով ալ իջաւ:
Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi.
33 Հոն գտաւ մարդ մը՝ Ենեա անունով, որ մահիճը պառկած էր ութ տարիէ ի վեր՝ անդամալոյծ ըլլալով:
Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi.
34 Պետրոս ըսաւ անոր. «Ենեա՛, Յիսուս Քրիստոս կը բժշկէ քեզ. կանգնէ՛ եւ շտկէ՛ անկողինդ»: Ան ալ իսկոյն կանգնեցաւ:
Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı.
35 Լիւդդեայի ու Սարոնի բոլոր բնակիչները տեսան զայն, եւ դարձան Տէրոջ:
Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36 Աշակերտ եղած կին մը կար Յոպպէի մէջ՝ Տաբիթա անունով, որ թարգմանութեամբ Այծեմնիկ կը կոչուի. ասիկա լեցուած էր իր ըրած բարի գործերով եւ ողորմութիւններով:
Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi.
37 Այդ օրերը հիւանդացաւ ու մեռաւ: Լուացին զինք, եւ դրին վերնատուն մը:
Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular.
38 Լիւդդեա մօտ էր Յոպպէի. ուստի աշակերտները՝ լսելով թէ Պետրոս հո՛ն է՝ ղրկեցին անոր երկու մարդ, աղաչելով որ չյամենայ եւ գայ իրենց քով:
Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl».
39 Պետրոս ալ կանգնեցաւ ու գնաց անոնց հետ: Երբ հասաւ, հանեցին զինք վերնատունը: Բոլոր այրիները կայնեցան անոր շուրջ, կու լային եւ կը ցուցնէին այն բաճկոններն ու հանդերձները, որ Այծեմնիկ կը շինէր՝ երբ իրենց հետ էր:
Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər.
40 Պետրոս ալ՝ դուրս հանելով բոլորը՝ ծնրադրեց, աղօթեց, եւ դառնալով դէպի մարմինը՝ ըսաւ. «Տաբիթա՛, կանգնէ՛»: Ան ալ բացաւ իր աչքերը, ու տեսնելով Պետրոսը՝ ուղիղ նստաւ:
Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu.
41 Ինք ալ ձեռքը տուաւ անոր, կանգնեցուց զայն, եւ կանչելով սուրբերն ու այրիները՝ ողջ ներկայացուց զայն անոնց առջեւ:
Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı.
42 Այս բանը գիտցուեցաւ ամբողջ Յոպպէի մէջ, ու շատեր հաւատացին Տէրոջ:
Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi.
43 Եւ ինք շատ օրեր մնաց Յոպպէ՝ Սիմոն անունով կաշեգործի մը քով:
Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.

< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 9 >