< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 26 >

1 Այն ատեն Ագրիպպաս ըսաւ Պօղոսի. «Արտօնուած է քեզի՝ խօսիլ դուն քեզի համար»: Պօղոս ալ՝ երկարելով ձեռքը՝ ջատագովեց ինքզինք.
Aqrippa Paula dedi: «Özünü müdafiə edə bilərsən». Onda Paul əl hərəkəti ilə özünü müdafiəyə başladı:
2 «Ագրիպպա՛ս թագաւոր, ես երանելի կը համարեմ զիս, որ այսօր քու առջեւդ պիտի ջատագովեմ զիս՝ Հրեաներուն ինծի դէմ ըրած բոլոր ամբաստանութիւններուն համար.
«Padşah Aqrippa, Yəhudilərin məni ittihamlandırdığı hər şeyə görə bu gün sənin hüzurunda özümü müdafiə edəcəyim üçün özümü xoşbəxt sayıram.
3 մա՛նաւանդ որ դուն լաւ գիտես Հրեաներուն բոլոր սովորութիւններն ու հարցերը: Ուստի կ՚աղերսե՛մ որ համբերատարութեամբ մտիկ ընես ինծի:
Çünki bütün Yəhudi adət-ənənələrinə və mübahisələrinə yaxşı bələdsən. Ona görə rica edirəm, mənə səbirlə qulaq as.
4 Բոլոր Հրեաները տեղեակ են իմ կենցաղիս՝ պատանութենէս ի վեր, սկիզբէն Երուսաղէմ՝ իմ ազգիս մէջ ըլլալուս համար.
Bütün Yəhudilər bilir ki, əzəldən, lap cavanlığımdan bəri həm öz elimdə, həm də Yerusəlimdə necə həyat sürmüşəm.
5 անոնք սկիզբէն ի վեր կը ճանչնան զիս, (եթէ ուզեն վկայել, ) գիտնալով թէ ապրած եմ մեր կրօնին ամենէն խիստ աղանդին համաձայն՝ իբր Փարիսեցի:
Məni əvvəldən tanıyırlar, bilirlər ki, keçmişdə dinimizin ən ciddi təriqəti olan farisey təriqətinə necə bağlı yaşayırdım. İstəsələr, bu barədə şəhadət edə bilərlər.
6 Եւ հիմա դատարան ներկայացած եմ ու կը դատուիմ՝ Աստուծմէ մեր հայրերուն եղած խոստումի յոյսին համար,
İndi isə Allahın ata-babalarımıza verdiyi vədin həyata keçməsinə ümid bağladığım üçün burada dayanıb mühakimə olunuram.
7 որուն կը յուսան հասնիլ մեր տասներկու տոհմերը՝ ջերմեռանդութեամբ պաշտելով Աստուած գիշեր ու ցերեկ: Ես կ՚ամբաստանուիմ Հրեաներէն այս յոյսին համար, Ագրիպպա՛ս թագաւոր:
Xalqımızın on iki qəbiləsi də gecə-gündüz Allaha sidq ürəkdən ibadət edə-edə həmin şeyə ümid bəsləyir. Ey padşah, Yəhudilər məni bu ümidə görə ittiham edirlər.
8 Ինչո՞ւ անհաւատալի կը թուի ձեզի՝ թէ Աստուած կը յարուցանէ մեռելները:
Niyə Allahın ölüləri diriltməsi aranızda inanılmaz bir şey sayılır?
9 Ես ինքս ալ կը կարծէի թէ շատ բաներ պէտք էր ընել Յիսուս Նազովրեցիի անունին դէմ.
Doğrusu, mən buna əmin olmuşdum ki, Nazaretli İsanın adı əleyhinə əlimdən gələni etməliyəm.
10 եւ ըրի ալ Երուսաղէմի մէջ, ու քահանայապետներէն իրաւասութիւն ստացած՝ բանտարկեցի սուրբերէն շատերը, եւ հաւանութիւն տուի անոնց մեռցուած ատենը:
Yerusəlimdə də bunu edirdim. Başçı kahinlərdən aldığım səlahiyyətə əsasən nə qədər müqəddəsi zindanlara saldırdım və edam olunanda onların əleyhinə səs verdim.
11 Բոլոր ժողովարաններուն մէջ յաճախ պատժելով զանոնք՝ կը հարկադրէի որ հայհոյեն, եւ սաստիկ խելագարած անոնց դէմ՝ կը հալածէի զանոնք մինչեւ անգամ օտար քաղաքներու մէջ»:
Bütün sinaqoqları gəzib-dolaşaraq onları tez-tez cəzalandırır və öz etiqadlarına küfr etməyə məcbur edirdim. Mən elə dəli olmuşdum ki, onları ölkə xaricində olan şəhərlərdə belə, təqib edirdim.
12 «Այսպէս, երբ Դամասկոս ալ կ՚երթայի՝ քահանայապետներուն իրաւասութեամբ ու հրահանգով,
Bu iş üçün başçı kahinlərdən aldığım səlahiyyət və tapşırıqla Dəməşqə tərəf yola çıxdım.
13 կէսօրին, ո՛վ թագաւոր, ճամբան տեսայ արեւէն աւելի պայծառ լոյս մը՝ որ երկինքէն փայլեցաւ իմ շուրջս, նաեւ ինծի հետ գացողներուն շուրջը:
Ey padşah, günorta vaxtı yol gedirdim ki, göydən məni və yoldaşlarımı hər tərəfdən nurlandıran günəşdən daha parlaq bir işıq gördüm.
14 Երբ մենք բոլորս գետին ինկանք, լսեցի ձայն մը՝ որ կ՚ըսէր ինծի եբրայական բարբառով. “Սաւո՛ւղ, Սաւո՛ւղ, ինչո՞ւ կը հալածես զիս. տաժանելի է քեզի՝ աքացել խթանի դէմ”:
Hamımız yerə yıxıldıq. Bir səsin mənə İbrani dilində dediyini eşitdim: “Şaul, Şaul, niyə Məni təqib edirsən? Bizin ucuna təpik vurmaq sənə zərər verər”.
15 Ես ալ ըսի. “Դուն ո՞վ ես, Տէ՛ր”: Եւ ան ըսաւ. “Ես Յիսուսն եմ, որ դուն կը հալածես:
Mən dedim: “Ey Ağam, Sən kimsən?” Rəbb cavab verdi: “Mən sənin təqib etdiyin İsayam.
16 Բայց կանգնէ՛ ու կեցի՛ր ոտքերուդ վրայ. որովհետեւ երեւցայ քեզի՝ որպէսզի կարգեմ քեզ սպասաւոր եւ վկայ թէ՛ այն բաներուն՝ որ տեսար, թէ՛ ալ այն բաներուն՝ որոնցմով պիտի երեւնամ քեզի:
Qalx ayağa və dur. Mən ona görə sənə göründüm ki, səni xidmətçi və haqqımda gördüyün, sənə göstərəcəyim şeylərin şahidi olmağa təyin edim.
17 Պիտի ազատեմ քեզ այդ ժողովուրդէն ու հեթանոսներէն, որոնց հիմա կը ղրկեմ քեզ՝
Səni öz xalqından, həm də başqa millətlərin əlindən qurtaracağam. Səni o millətlərin yanına göndərirəm ki,
18 անոնց աչքերը բանալու, խաւարէն՝ լոյսի, եւ Սատանայի իշխանութենէն՝ Աստուծոյ դարձնելու, որպէսզի անոնք ստանան մեղքերու ներում, նաեւ ժառանգութիւն անոնց հետ՝ որ սրբացած են հաւատալով ինծի”»:
onların gözlərini açıb qaranlıqdan işığa, Şeytanın hakimiyyətindən Allaha tərəf döndərəsən. Belə ki onlar günahlarının bağışlanmasına və Mənə iman etməklə təqdis olunanlar arasında irsə nail olsunlar”.
19 «Ուստի, Ագրիպպա՛ս թագաւոր, ես անհնազանդ չեղայ այդ երկնային տեսիլքին:
Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə itaətsizlik etmədim.
20 Հապա՝ նախ Դամասկոս եղողներուն, յետոյ Երուսաղէմ, ամբողջ Հրէաստանի երկիրը ու հեթանոսներուն քարոզեցի որ ապաշխարեն, դառնան Աստուծոյ, եւ ապաշխարութեան արժանավայել գործեր կատարեն:
Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım.
21 Այս պատճառով Հրեաները բռնեցին զիս տաճարին մէջ, ու կը ձգտէին սպաննել:
Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər.
22 Սակայն Աստուծմէ հասած օգնութեամբ՝ մինչեւ այսօր ողջ մնացի, պզտիկին թէ մեծին վկայելով, ոչինչ ըսելով այն բաներէն դուրս՝ որ մարգարէները եւ Մովսէս խօսեցան թէ պիտի ըլլային.
Amma bu günə qədər Allah mənim dayağımda durdu və bunun sayəsində burada durub böyükdən kiçiyə qədər hamıya şəhadət edirəm. Mənim dediklərim peyğəmbərlərin və Musanın əvvəlcədən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil.
23 թէ Քրիստոս պիտի չարչարուէր, ի՛նք պիտի ըլլար առաջինը՝ որ մեռելներէն յարութիւն պիտի առնէր, ու լոյս պիտի քարոզէր ժողովուրդին եւ հեթանոսներուն»:
Onlar bildirib ki, Məsih əzab çəkəcək və ölümdən dirilənlərin birincisi olacaq, həm Öz xalqına, həm də başqa millətlərə nur doğduğunu elan edəcək».
24 Մինչ ան այսպէս կը ջատագովէր ինքզինք, Փեստոս բարձրաձայն ըսաւ. «Կը ցնորի՛ս, Պօղո՛ս. շատ կարդացած ըլլալդ քեզ կը խելագարեցնէ»:
Paul özünü bu cür müdafiə edəndə Fest bərkdən dedi: «Paul, dəlilik edirsən, çox oxumaqdan başın xarab olub».
25 Պօղոս ալ ըսաւ. «Ես չեմ խելագարիր, պատուակա՛ն Փեստոս, հապա կ՚ըսեմ ճշմարտութեան ու խոհեմութեան խօսքեր.
Paul dedi: «Hörmətli Fest, mən dəlilik etmirəm, həqiqəti və ağla batan sözləri danışıram.
26 քանի որ թագաւորը գիտէ այս բաները, եւ անոր առջեւ ալ համարձակութեամբ կը խօսիմ: Արդարեւ համոզուած եմ թէ ասոնցմէ ոչինչ թաքուն մնացած է իրմէ, որովհետեւ այս բանը անկիւնի մը մէջ եղած չէ:
Padşahın bu barədə məlumatı olduğu üçün onunla cəsarətlə danışıram. Əminəm ki, olanların heç biri padşahın nəzərindən qaçmayıb. Çünki bu işlər künc-bucaqda görülən işlər deyil.
27 Մարգարէներուն կը հաւատա՞ս, Ագրիպպա՛ս թագաւոր: Գիտե՛մ թէ կը հաւատաս»:
Padşah Aqrippa, sən peyğəmbərlərə inanırsanmı? Bilirəm ki, inanırsan».
28 Ագրիպպաս ըսաւ Պօղոսի. «Քիչ մնաց որ համոզես զիս քրիստոնեայ ըլլալու»:
Aqrippa Paula dedi: «Bu az müddətdə məni də inandıraraq məsihçi edəcəksən?»
29 Պօղոս ալ ըսաւ. «Աստուծմէ պիտի խնդրէի որ ո՛չ միայն դուն, այլ նաեւ բոլոր անոնք՝ որ այսօր կը լսեն զիս, բոլորովին ինծի պէս ըլլան, այս կապերէն զատ»:
Paul dedi: «İstər az, istər çox müddət olsun, Allahdan istəyirəm ki, təkcə sən yox, bu gün mənə qulaq asan hər bir adam bu zəncirlərdən başqa mənim kimi olsun!»
30 Թագաւորը, կառավարիչը, Բերինիկէ, եւ անոնք՝ որ բազմած էին իրենց հետ՝ կանգնեցան.
Sonra padşah, vali, Berniki və onlarla birlikdə oturanlar qalxdılar.
31 ու երբ առանձնացան՝ իրարու հետ խօսակցեցան եւ ըսին. «Այս մարդը մահուան կամ կապերու արժանի ոչինչ կ՚ընէ»:
Bayıra çıxanda aralarında belə danışdılar: «Bu adam ölümə yaxud həbsə layiq bir şey etmir».
32 Ագրիպպաս ալ ըսաւ Փեստոսի. «Կարելի էր արձակել այս մարդը, եթէ բողոքած չըլլար կայսրին»:
Aqrippa da Festə dedi: «Bu adam qeysərin məhkəməsinə müraciət etmək istəməsəydi, azad edilə bilərdi».

< ԳՈՐԾՔ ԱՌԱՔԵԼՈՑ 26 >