< Salmos 126 >

1 Cântico dos degraus: Quando o SENHOR restaurou Sião de seu infortúnio, estivemos como os que sonham.
Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.
2 Então nossa boca se encheu de riso, e nossa língua de alegria; então diziam entre as nações: O SENHOR fez grandes coisas para estes.
Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».
3 Grandes coisas o SENHOR fez para nós; [por isso] estamos alegres.
Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.
4 Restaura-nos, ó SENHOR, como as correntes de águas no sul.
Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
5 Os que semeiam em lágrimas colherão com alegria.
Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.
6 Aquele que sai chorando com semente para semear voltará com alegria, trazendo sua colheita.
Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

< Salmos 126 >