< حزقیال 43 >

و مرا نزد دروازه آورد، یعنی به دروازه‌ای که به سمت مشرق متوجه بود. ۱ 1
O adam məni şərqə baxan darvazanın yanına gətirdi.
واینک جلال خدای اسرائیل از طرف مشرق آمد و آواز او مثل آبهای بسیار بود و زمین از جلال او منور گردید. ۲ 2
Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı.
و مثل منظر آن رویایی بود که دیده بودم یعنی مثل آن رویا که در وقت آمدن من، برای تخریب شهر دیده بودم و رویاهامثل آن رویا بود که نزد نهر خابور مشاهده نموده بودم. پس به روی خود در‌افتادم. ۳ 3
Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım.
پس جلال خداوند از راه دروازه‌ای که رویش به سمت مشرق بود به خانه درآمد. ۴ 4
Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi.
وروح مرا برداشته، به صحن اندرونی آورد و اینک جلال خداوند خانه را مملو ساخت. ۵ 5
Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub.
و هاتفی راشنیدم که از میان خانه به من تکلم می‌نماید ومردی پهلوی من ایستاده بود. ۶ 6
Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim.
و مرا گفت: «ای پسر انسان این است مکان کرسی من و مکان کف پایهایم که در آن در میان بنی‌اسرائیل تا به ابدساکن خواهم شد و خاندان اسرائیل هم خودایشان و هم پادشاهان ایشان بار دیگر به زناها ولاشهای پادشاهان خود در مکان های بلند خویش نام قدوس مرا بی‌حرمت نخواهند ساخت. ۷ 7
O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq.
ازاینکه آستانه های خود را نزد آستانه من وباهوهای خویش را به پهلوی باهوهای من برپاکرده‌اند و در میان من و ایشان فقط دیواری است، پس اسم قدوس مرا به رجاسات خویش که آنهارا بعمل آورده‌اند بی‌حرمت ساخته‌اند، لهذا من در خشم خود ایشان را تلف نموده‌ام. ۸ 8
Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım.
حال زناهای خود و لاشهای پادشاهان خویش را از من دور بنمایند و من در میان ایشان تا به ابد سکونت خواهم نمود. ۹ 9
İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram.
و تو‌ای پسر انسان خاندان اسرائیل را از این خانه مطلع ساز تا از گناهان خودخجل شوند و ایشان نمونه آن را بپیمایند. ۱۰ 10
Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər.
واگر از هر‌چه بعمل آورده‌اند خجل شوند، آنگاه صورت خانه را و نمونه و مخرجها و مدخلها و تمامی شکلها و همه فرایض و جمیع صورتها وتمامی قانونهایش را برای ایشان اعلام نما و به نظر ایشان بنویس تا تمامی صورتش و همه فرایضش را نگاه داشته، به آنها عمل نمایند. ۱۱ 11
Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər.
وقانون خانه این است که تمامی حدودش بر سرکوه از همه اطرافش قدس اقداس باشد. اینک قانون خانه همین است. ۱۲ 12
Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.
و پیمایشهای مذبح به ذراعها که هر ذراع یک ذراع و یک قبضه باشد این است. سینه‌اش یک ذراع و عرضش یک ذراع و حاشیه‌ای که گرداگرد لبش می‌باشد یک وجب و این پشت مذبح می‌باشد. ۱۳ 13
Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir:
و از سینه روی زمین تا خروج پایینی دو ذراع و عرضش یک ذراع و از خروج کوچک تا خروج بزرگ چهار ذراع و عرضش یک ذراع. ۱۴ 14
qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac,
و آتش دانش چهار ذراع و از آتش دان چهار شاخ برآمده بود. ۱۵ 15
qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq.
و طول آتش دان دوازده و عرضش دوازده و از هر‌چهار طرف مربع بود. ۱۶ 16
Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq.
و طول خروج چهارده و عرضش چهارده برچهار طرفش بود و حاشیه‌ای که گرداگردش بودنیم ذراع و دایره سینه‌اش یک ذراع و پله هایش به سمت مشرق متوجه بود. ۱۷ 17
Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pillələri şərqə baxacaq».
و او مرا گفت: «ای پسر انسان خداوند یهوه چنین می‌فرماید: این است قانون های مذبح درروزی که آن را بسازند تا قربانی های سوختی برآن بگذرانند و خون بر آن بپاشند. ۱۸ 18
O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir.
و خداوندیهوه می‌فرماید که به لاویان کهنه که از ذریت صادوق می‌باشند و به جهت خدمت من به من نزدیک می‌آیند یک گوساله به جهت قربانی گناه بده. ۱۹ 19
Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir.
و از خونش گرفته، بر چهار شاخش و برچهار گوشه خروج و بر حاشیه‌ای که گرداگردش است بپاش و آن را طاهر ساخته، برایش کفاره کن. ۲۰ 20
“Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver.
گوساله قربانی گناه را بگیر و آن را در مکان معین خانه بیرون از مقدس بسوزانند. ۲۱ 21
Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.
و در روزدوم بز نر بی‌عیبی برای قربانی گناه بگذران تامذبح را به آن طاهر سازند چنانکه آن را به گوساله طاهر ساختند. ۲۲ 22
İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin.
و چون از طاهر ساختن آن فارغ شدی گوساله بی‌عیب و قوچی بی‌عیب از گله بگذران. ۲۳ 23
Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir.
تو آن را به حضور خداوند نزدیک بیاور و کاهنان نمک بر آنها پاشیده، آنها را به جهت قربانی سوختنی برای خداوند بگذرانند. ۲۴ 24
Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin.
هر روز از هفت روز تو بز نری برای قربانی گناه بگذران و ایشان گوساله‌ای و قوچی از گله هر دوبی عیب بگذرانند. ۲۵ 25
Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın.
هفت روز ایشان کفاره برای مذبح نموده، آن را طاهر سازند و تخصیص کنند. ۲۶ 26
Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər.
و چون این‌روزها را به اتمام رسانیدند، پس درروز هشتم و بعد از آن کاهنان قربانی های سوختنی و ذبایح سلامتی شما را بر مذبح بگذرانند و من شما را قبول خواهم کرد. قول خداوند یهوه این است.» ۲۷ 27
Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».

< حزقیال 43 >