< خروج 30 >

«و مذبحی برای سوزانیدن بخوربساز. آن را از چوب شطیم بساز. ۱ 1
Əbrişim ağacından buxur yandırmaq üçün qurbangah düzəlt.
طولش ذراعی باشد، و عرضش ذراعی، یعنی مربع باشد، و بلندی‌اش دو ذراع، و شاخهایش ازخودش باشد. ۲ 2
Qoy uzunluğu bir qulac eni də bir qulac, hündürlüyü isə iki qulac olsun, buynuzları onunla bir hissədən olsun.
و آن را به طلای خالص بپوشان. سطحش و جانبهایش به هر طرف و شاخهایش راو تاجی از طلا گرداگردش بساز. ۳ 3
Onun üzərini, hər yanını və buynuzlarını xalis qızılla ört və ətrafına qızıl zolaq qoy.
و دو حلقه زرین برایش در زیر تاجش بساز، بر دو گوشه‌اش، بر هر دو طرفش، آنها را بساز. و آنها خانه‌ها باشدبرای عصاها، تا آن را بدانها بردارند. ۴ 4
Onun üçün iki qızıl halqa düzəlt; qarşı-qarşıya olan iki yanda, zolağın altında düzəlt. Bu onu aparan şüvüllərin keçdiyi yerlər olsun.
و عصاها رااز چوب شطیم بساز و آنها را به طلا بپوشان. ۵ 5
Şüvülləri əbrişim ağacından düzəlt və qızılla ört.
وآن را پیش حجابی که روبروی تابوت شهادت است، در مقابل کرسی رحمت که بر زبر شهادت است، در جایی که با تو ملاقات می‌کنم، بگذار. ۶ 6
Bu qurbangahı Şəhadət sandığının qarşısında olan pərdənin önünə – Mənim səninlə görüşəcəyim yerə, kəffarə qapağının önünə qoy.
و هر بامداد هارون بخور معطر بر روی آن بسوزاند، وقتی که چراغها را می‌آراید، آن رابسوزاند. ۷ 7
Harun qurbangahda ətirli buxur yandırsın. Həm səhər çıraqları hazırladığı zaman,
و در عصر چون هارون چراغها راروشن می‌کند، آن را بسوزاند تا بخور دائمی به حضور خداوند در نسلهای شما باشد. ۸ 8
həm də axşamçağı çıraqları yandırdığı zaman onu yandırsın. Bu sizin üçün nəsildən-nəslə Rəbbin önündə daimi buxur təqdimidir.
هیچ بخور غریب و قربانی سوختنی و هدیه‌ای بر آن مگذرانید، و هدیه ریختنی بر آن مریزید. ۹ 9
Onun üstündə nə yad buxur, nə yandırma qurbanı, nə də taxıl təqdimi gətirin; içmə təqdimi də tökməyin.
وهارون سالی یک مرتبه بر شاخهایش کفاره کند، به خون قربانی گناه که برای کفاره است، سالی یک مرتبه بر آن کفاره کند در نسلهای شما، زیرا که آن برای خداوند قدس اقداس است.» ۱۰ 10
İldə bir dəfə Harun günah üçün kəffarə qurbanının qanını qurbangahın buynuzlarına çəkərək qurbangah üçün kəffarə etsin. Nəsildən-nəslə, ildən-ilə bir dəfə belə etsin. Qurbangah Rəbb üçün ən müqəddəsdir».
و خداوند به موسی خطاب کرده، گفت: ۱۱ 11
Rəbb Musaya belə dedi:
«وقتی که شماره بنی‌اسرائیل را برحسب شمرده شدگان ایشان می‌گیری، آنگاه هرکس فدیه جان خود را به خداوند دهد، هنگامی که ایشان را می‌شماری، مبادا در حین شمردن ایشان، وبایی در ایشان حادث شود. ۱۲ 12
«İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın.
هر‌که به سوی شمرده شدگان می‌گذرد، این را بدهد، یعنی نیم مثقال موافق مثقال قدس، که یک مثقال بیست قیراط است، و این نیم مثقال هدیه خداوند است. ۱۳ 13
Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır.
هرکس از بیست ساله و بالاتر که به سوی شمرده شدگان بگذرد، هدیه خداوند را بدهد. ۱۴ 14
İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin.
دولتمند از نیم مثقال زیاده ندهد، و فقیر کمترندهد، هنگامی که هدیه‌ای برای کفاره جانهای خود به خداوند می‌دهند. ۱۵ 15
Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin.
و نقد کفاره را ازبنی‌اسرائیل گرفته، آن را برای خدمت خیمه اجتماع بده، تا برای بنی‌اسرائیل یادگاری به حضور خداوند باشد، و بجهت جانهای ایشان کفاره کند.» ۱۶ 16
Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».
و خداوند به موسی خطاب کرده، گفت: ۱۷ 17
Rəbb Musaya belə dedi:
«حوضی نیز برای شستن از برنج بساز، وپایه‌اش از برنج و آن را در میان خیمه اجتماع ومذبح بگذار، و آب در آن بریز. ۱۸ 18
«Yuyunmaq üçün bir tunc ləyən düzəlt. Qoy altlığı da tuncdan olsun. Onu Hüzur çadırı ilə qurbangahın arasına qoy, içini də su ilə doldur ki,
و هارون وپسرانش دست و پای خود را از آن بشویند. ۱۹ 19
Harunla oğulları əl-ayaqlarını o su ilə yusunlar.
هنگامی که به خیمه اجتماع داخل شوند، به آب بشویند، مبادا بمیرند. و وقتی که برای خدمت کردن و سوزانیدن قربانی های آتشین بجهت خداوند به مذبح نزدیک آیند، ۲۰ 20
Onlar Hüzur çadırına daxil olduğu zaman su ilə yuyunsunlar, yoxsa öləcəklər. Xidmət etmək və Rəbb üçün yandırma təqdimi tüstülədib yandırmaq üçün qurbangaha yaxınlaşanda da
آنگاه دست و پای خود را بشویند، مبادا بمیرند. و این برای ایشان، یعنی برای او و ذریتش، نسلا بعدنسل فریضه ابدی باشد.» ۲۱ 21
əl-ayaqlarını yusunlar, yoxsa öləcəklər. Bu, Harunla övladları üçün nəsildən-nəslə əbədi qayda olsun».
و خداوند موسی را خطاب کرده، گفت: ۲۲ 22
Rəbb Musaya dedi:
«و تو عطریات خاص بگیر، از مر چکیده پانصد مثقال، و از دارچینی معطر، نصف آن، دویست و پنجاه مثقال، و از قصب الذریره، دویست و پنجاه مثقال. ۲۳ 23
«Bu gözəl ətriyyatlardan götür: beş yüz şekel duru mirra, onun yarısı qədər iki yüz əlli şekel ətirli darçın, iki yüz əlli şekel ətirli qamış
و از سلیخه پانصدمثقال موافق مثقال قدس، و از روغن زیتون یک هین. ۲۴ 24
və beş yüz şekel Çin darçını, hər şey Müqəddəs yerdəki şekelə görə sayılsın; həm də bir hin zeytun yağı.
و از آنها روغن مسح مقدس را بساز، عطری که از صنعت عطار ساخته شود، تا روغن مسح مقدس باشد. ۲۵ 25
Bunların hamısından müqəddəs məsh yağı hazırla; bu ətriyyatçının tərtib etdiyi ətriyyat, müqəddəs məsh yağı olacaq.
و خیمه اجتماع و تابوت شهادت را بدان مسح کن. ۲۶ 26
Həmin yağla bunları məsh et: Hüzur çadırını, Şəhadət sandığını,
و خوان را با تمامی اسبابش، و چراغدان را با اسبابش، و مذبح بخوررا، ۲۷ 27
masanı və onun bütün ləvazimatını, çıraqdanı və onun əşyalarını, buxur qurbangahını,
و مذبح قربانی سوختنی را با همه اسبابش، و حوض را با پایه‌اش. ۲۸ 28
yandırma qurbanları üçün qurulan qurbangahı və onun bütün avadanlığını, tunc ləyəni və onun altlığını.
و آنها را تقدیس نما، تاقدس اقداس باشد. هر‌که آنها را لمس نمایدمقدس باشد. ۲۹ 29
Beləcə bu şeyləri təqdis et ki, ən müqəddəs olsunlar; onlara toxunan hər şey müqəddəs olacaq.
و هارون و پسرانش را مسح نموده، ایشان را تقدیس نما، تا برای من کهانت کنند. ۳۰ 30
Harunla oğullarını da məsh edərək təqdis et ki, Mənə kahinlik etsinlər.
و بنی‌اسرائیل را خطاب کرده، بگو: این است روغن مسح مقدس برای من در نسلهای شما. ۳۱ 31
İsrail övladlarına belə de: “Bu sizin üçün nəsildən-nəslə Mənə müqəddəs məsh yağı olacaq.
و بر بدن انسان ریخته نشود، و مثل آن موافق ترکیبش مسازید، زیرا که مقدس است ونزد شما مقدس خواهد بود. ۳۲ 32
Bu yağ insan bədənlərinə tökülməsin. Tərkibinə görə ona bənzər heç nə hazırlamayın. Bu yağ müqəddəsdir, onu müqəddəs sayın.
هر‌که مثل آن ترکیب نماید، و هر‌که چیزی از آن بر شخصی بیگانه بمالد، از قوم خود منقطع شود.» ۳۳ 33
Ona bənzərini düzəldən yaxud onu kənar şəxsin üzərinə tökən hər kəs xalqı arasından qovulsun”».
و خداوند به موسی گفت: «عطریات بگیر، یعنی میعه و اظفار و قنه و از این عطریات با کندرصاف حصه‌ها مساوی باشد. ۳۴ 34
Sonra Rəbb Musaya dedi: «Bu ətirli maddələrdən götür: balzam, onika, ilan kölgəsi, xalis kündür; hər şey eyni miqdarda olsun.
و از اینها بخوربساز، عطری از صنعت عطار نمکین و مصفی و مقدس. ۳۵ 35
Bunların hamısından buxur hazırla; ətriyyatçının düzəltdiyi bu qatışıq duzlanmış, təmiz və müqəddəs olsun.
و قدری از آن را نرم بکوب، و آن راپیش شهادت در خیمه اجتماع، جایی که با توملاقات می‌کنم بگذار، و نزد شما قدس اقداس باشد. ۳۶ 36
Ondan bir qədərini narın döy və Mənim səninlə görüşəcəyim yer olan Hüzur çadırında Şəhadət sandığının önünə qoy. Bu sizin üçün ən müqəddəs olsun.
و موافق ترکیب این بخور که می‌سازی، دیگری برای خود مسازید؛ نزد توبرای خداوند مقدس باشد. ۳۷ 37
Hazırladığın buxurun tərkibinə görə özünüz üçün buxur hazırlamayın; bunu Rəbb üçün müqəddəs sayın.
هر‌که مثل آن رابرای بوییدن بسازد، از قوم خود منقطع شود.» ۳۸ 38
Ona bənzər olan ətir vurmaq üçün hazırlayan hər kəs xalqın arasından qovulsun».

< خروج 30 >