< خروج 26 >

«و مسکن را از ده پرده کتان نازک تابیده، و لاجورد و ارغوان و قرمز بساز. با کروبیان از صنعت نساج ماهر آنها را ترتیب نما. ۱ 1
Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
طول یک پرده بیست و هشت ذراع، و عرض یک پرده چهار ذراع، و همه پرده‌ها را یک اندازه باشد. ۲ 2
Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun.
پنج پرده با یکدیگر پیوسته باشد، و پنج پرده با یکدیگر پیوسته. ۳ 3
Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin.
و مادگیهای لاجورد برکنار هر پرده‌ای بر لب پیوستگی‌اش بساز، و برکنار پرده بیرونی در‌پیوستگی دوم چنین بساز. ۴ 4
Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt.
پنجاه مادگی در یک پرده بساز، و پنجاه مادگی در کنار پرده‌ای که در‌پیوستگی دوم است بساز، به قسمی که مادگیها مقابل یکدیگر باشد. ۵ 5
Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt.
و پنجاه تکمه زرین بساز و پرده‌ها را به تکمه‌ها با یکدیگرپیوسته ساز، تا مسکن یک باشد. ۶ 6
Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun.
و خیمه بالای مسکن را از پرده های پشم بز بساز، و برای آن یازده پرده درست کن. ۷ 7
Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt.
طول یک پرده سی ذراع، و عرض یک پرده چهار ذراع، و اندازه هر یازده پرده‌یک باشد. ۸ 8
Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun.
و پنج پرده را جدا و شش پرده راجدا، پیوسته ساز، و پرده ششم را پیش روی خیمه دولا کن. ۹ 9
Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla.
و پنجاه مادگی بر کنار پرده‌ای که در‌پیوستگی بیرون است بساز، و پنجاه مادگی بر کنار پرده‌ای که در‌پیوستگی دوم است. ۱۰ 10
Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt.
وپنجاه تکمه برنجین بساز، و تکمه‌ها را در مادگیهابگذران، و خیمه را با هم پیوسته ساز تا یک باشد. ۱۱ 11
Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun.
و زیادتی پرده های خیمه که باقی باشد، یعنی نصف پرده که زیاده است، از پشت خیمه آویزان شود. ۱۲ 12
Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla.
و ذراعی از این طرف و ذراعی از آن طرف که در طول پرده های خیمه زیاده باشد، برطرفین مسکن از هر دو جانب آویزان شود تا آن رابپوشد. ۱۳ 13
Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın.
و پوششی برای خیمه از پوست قوچ سرخ شده بساز، و پوششی از پوست خز بر زبرآن. ۱۴ 14
Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt.
«و تخته های قایم از چوب شطیم برای مسکن بساز. ۱۵ 15
Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəlt.
طول هر تخته ده ذراع، و عرض هر تخته یک ذراع و نیم. ۱۶ 16
Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım olsun.
و در هر تخته دو زبانه قرینه یکدیگر باشد، و همه تخته های مسکن راچنین بساز. ۱۷ 17
Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana olsun; məskənin bütün çərçivələrini belə düzəlt.
و تخته‌ها برای مسکن بساز، یعنی بیست تخته از طرف جنوب به سمت یمانی. ۱۸ 18
Məskənin cənub tərəfi üçün iyirmi çərçivə
وچهل پایه نقره در زیر آن بیست تخته بساز، یعنی دو پایه زیر یک تخته برای دو زبانه‌اش، و دو پایه زیر یک تخته برای دو زبانه‌اش. ۱۹ 19
və onların altına qoyulacaq qırx gümüş altlıq düzəlt; hər çərçivənin altında iki zivanası üçün iki altlıq olsun.
و برای جانب دیگر مسکن، از طرف شمال بیست تخته باشد. ۲۰ 20
Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə
و چهل پایه نقره آنها، یعنی دو پایه زیر یک تخته و دو پایه زیر تخته دیگر. ۲۱ 21
və qırx gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
و برای موخر مسکن از جانب غربی شش تخته بساز. ۲۲ 22
Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəlt.
و برای گوشه های مسکن در موخرش دو تخته بساز. ۲۳ 23
Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəlt ki,
واز زیر وصل کرده شود، و تا بالا نیز در یک حلقه باهم پیوسته شود، و برای هر دو چنین بشود، در هردو گوشه باشد. ۲۴ 24
bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxılsın; hər iki künc üçün elə iki çərçivə olsun.
و هشت تخته باشد و پایه های آنها از نقره شانزده پایه باشد، یعنی دو پایه زیریک تخته و دو پایه زیر تخته دیگر. ۲۵ 25
Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq olsun.
«و پشت بندها از چوب شطیم بساز، پنج ازبرای تخته های یک طرف مسکن، ۲۶ 26
Əbrişim ağacından şüvüllər düzəlt: məskənin hər iki tərəfindəki çərçivələri üçün beş şüvül,
و پنج پشت بند برای تخته های طرف دیگر مسکن، وپنج پشت بند برای تخته های طرف مسکن درموخرش به سمت مغرب. ۲۷ 27
məskənin qərbə doğru arxa tərəfdəki çərçivələri üçün də beş şüvül olsun.
و پشت بند وسطی که میان تخته هاست، از این سر تا آن سر بگذرد. ۲۸ 28
Orta şüvül çərçivələrin ortasından bir ucdan o biri uca qədər uzansın.
و تخته‌ها را به طلا بپوشان و حلقه های آنها رااز طلا بساز تا خانه های پشت بندها باشد وپشت بندها را به طلا بپوشان. ۲۹ 29
Çərçivələri qızılla ört; şüvüllərin keçdiyi halqaları qızıldan düzəlt; şüvülləri də qızılla ört.
«پس مسکن را برپا کن موافق نمونه‌ای که در کوه به تو نشان داده شد. ۳۰ 30
Dağda sənə göstərilən layihəyə görə müqəddəs məskəni qur.
و حجابی ازلاجورد و ارغوان و قرمز و کتان نازک تابیده شده بساز، از صنعت نساج ماهر با کروبیان ساخته شود. ۳۱ 31
Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəlt.
و آن را بر چهار ستون چوب شطیم پوشیده شده به طلا بگذار، و قلابهای آنها از طلاباشد و بر چهار پایه نقره قایم شود. ۳۲ 32
Onu dörd dirək üstündə as; hər dirək qızılla örtülmüş əbrişim ağacından olsun. Üstündə qızıl qarmaqları olsun və dörd gümüş altlıq üstündə dursun.
و حجاب را زیر تکمه‌ها آویزان کن، و تابوت شهادت را درآنجا به اندرون حجاب بیاور، و حجاب، قدس رابرای شما از قدس‌الاقداس جدا خواهد کرد. ۳۳ 33
Pərdəni bəndlərdən as və Şəhadət sandığını oraya, pərdənin arxasına gətir. Bu pərdə Müqəddəs yerlə Ən Müqəddəs yeri ayırsın.
وتخت رحمت را بر تابوت شهادت درقدس‌الاقداس بگذار. ۳۴ 34
Ən Müqəddəs yerdə Şəhadət sandığının üstünə kəffarə qapağını tax.
و خوان را بیرون حجاب و چراغدان را برابر خوان به طرف جنوبی مسکن بگذار، و خوان را به طرف شمالی آن برپا کن. ۳۵ 35
Masanı pərdənin bayır tərəfinə, çıraqdanı masanın qarşısına – məskənin cənub tərəfinə, masanı isə şimal tərəfinə qoy.
و پرده‌ای برای دروازه مسکن از لاجورد و ارغوان وقرمز و کتان نازک تابیده شده از صنعت طرازبساز. ۳۶ 36
Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt.
و برای پرده پنج ستون از چوب شطیم بساز، و آنها را به طلا بپوشان، و قلابهای آنها ازطلا باشد، و برای آنها پنج پایه برنجین بریز. ۳۷ 37
Bu arakəsmə üçün də əbrişim ağacından beş dirək düzəlt və üstünü qızılla ört; üstündə qızıl qarmaqlar olsun və onlar üçün tuncdan beş altlıq tök.

< خروج 26 >