< اول تواریخ 26 >

و اما فرقه هاي دربانان: پس از قُورَحيان مَشَلَميا ابن قُورِي که از بني آساف بود. ۱ 1
Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya.
و مَشَلَميا را پسران بود. نخست زاده اش زکريا و دوم يديعيئيل و سوم زَبَديا و چهارم يتنِيئيل. ۲ 2
Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel,
و پنجم عِيلام و ششم يهوحانان و هفتم اَلِيهُوعِيناي. ۳ 3
beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay.
و عُوبِيد اَدُوم را پسران بود: نخست زاده اش، شَمَعيا و دوم يهُوزاباد و سوم يوآخ و چهارم ساکار و پنجم نَتَنئيل. ۴ 4
Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel,
و ششم عَمّيئيل و هفتم يسّاکار و هشتم فَعَلتاي زيرا خدا او را برکت داده بود. ۵ 5
altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi.
و براي پسرش شَمَعيا پسراني که بر خاندان آباي خويش تسلط يافتند، زاييده شدند زيرا که ايشان مردان قوي شجاع بودند. ۶ 6
Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi.
پسران شَمَعيا عُتنِي و رَفائيل و عُوبيد و اَلزاباد که برادران او مردان شجاع بودند و اَلِهُو و سَمَکيا. ۷ 7
Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi.
جميع اينها از بني عُوبيد اَدُوم بودند و ايشان با پسران و برادران ايشان در قوتِ خدمت مردان قابل بودند يعني شصت و دو نفر (از اولاد) عوبيد اَدُوم. ۸ 8
Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi.
و مَشَلَميا هجده نفر مردان قابل از پسران و برادران خود داشت. ۹ 9
Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi.
و حُوسَه که از بني مَراري بود پسران داشت که شِمرِي رئيس ايشان بود زيرا اگر چه نخست زاده نبود، پدرش او را رئيس ساخت. ۱۰ 10
Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri,
و دوم حِلقيا و سوم طَبَليا و چهارم زکريا و جميع پسران و برادران حُوسَه سيزده نفر بودند. ۱۱ 11
ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi.
و به اينان يعني به رؤساي ايشان فرقه هاي دربانان داده شد و وظيفه هاي ايشان مثل برادران ايشان بود تا در خانه خداوند خدمت نمايند. ۱۲ 12
Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular.
و ايشان از کوچک و بزرگ بر حسب خاندان آباي خويش براي هر دوازده قرعه انداختند. ۱۳ 13
Böyüyü də, kiçiyi də ata nəsillərinə görə hər qapı üçün püşk atdı.
و قرعه شرقي به شَلَميا افتاد و بعد از او براي پسرش زکريا که مُشيرِ دانا بود، قرعه انداختند و قرعه او به سمت شمال بيرون آمد. ۱۴ 14
Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü.
و براي عُوبيد اَدُوم (قرعه) جنوبي و براي پسرانش (قرعه) بيت المال. ۱۵ 15
Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü.
و براي شُفّيم و حُوسَه قرعه مغربي نزد دروازه شَلَکَت در جاده اي که سر بالا مي رفت و محرس اين مقابل محرس آن بود. ۱۶ 16
Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi.
و به طرف شرقي شش نفر از لاويان بودند و به طرف شمال هر روزه چهار نفر و به طرف جنوب هر روزه چهار نفر و نزد بيت المال جفت جفت. ۱۷ 17
Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili.
و به طرف غربي فَروار براي جاده سربالا چهار نفر و براي فَروار دو نفر. ۱۸ 18
Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu.
اينها فرقه هاي دربانان از بني قُورَح و از بني مَراري بودند. ۱۹ 19
Bunlar Qorah və Merari nəsillərindən olan qapıçı bölmələridir.
و اما از لاويان اَخِيا بر خزانه خانه خدا و بر خزانه موقوفات بود. ۲۰ 20
Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır:
و اما بني لادان: از پسران لادان جَرشوني رؤساي خاندان آباي لادان يحيئيلي جَرشوني. ۲۱ 21
Gerşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gerşonlu Yexieli,
پسران يحيئيلي زيتام و برادرش يوئيل بر خزانه خانه خداوند بودند. ۲۲ 22
Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel.
از عَمراميان و از يصهاريان و از حَبرُونيان و از عُزّيئيليان. ۲۳ 23
Amramın, İsharın, Xevronun və Uzzielin nəsillərindən
و شَبُوئيل بن جَرشُوم بن موسي ناظر خزانه ها بود. ۲۴ 24
Musa oğlu Gerşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi.
و از برادرانش بني اَلِعازار، پسرش رَحَبيا و پسرش اَشعَيا و پسرش يورام و پسرش زِکرِي و پسرش شَلوميت. ۲۵ 25
Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit.
اين شَلُوميت و برادرانش بر جميع خزائن موقوفاتي که داود پادشاه وقف کرده بود و رؤساي آبا و رؤساي هزاره ها و صده ها و سرداران لشکر بودند. ۲۶ 26
Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi.
از جنگها و غنيمت ها وقف کردند تا خانه خداوند را تعمير نمايند. ۲۷ 27
Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar.
و هر آنچه سموئيل رايي و شاؤل بن قَيس و اَبنيرين نير و يوآب بن صَرُويه وقف کرده بودند و هر چه هر کس وقف کرده بود زير دست شَلُوميت و برادرانش بود. ۲۸ 28
Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi.
و از يصهاريان کَنَنيا و پسرانش براي اعمال خارجه اسرائيل صاحبان منصب و داوران بودند. ۲۹ 29
İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı.
و از حَبرُونيان حَشَبيا و برادرانش هزار و هفتصد نفر مردان شجاع به آن طرف اُردُن به سمت مغرب به جهت هر کار خداوند و به جهت خدمت پادشاه بر اسرائيل گماشته شده بودند. ۳۰ 30
Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi.
از حَبرُونيان: بر حسب انساب آباي ايشان يريا رئيس حَبرُونيان بود و در سال چهلم سلطنت داود طلبيده شدند و در ميان ايشان مردان شجاع در يعزير جِلعاد يافت شدند. ۳۱ 31
Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı.
و از برادرانش دو هزار و هفتصد مرد شجاع و رئيس آبا بودند. پس داود پادشاه ايشان را بر رؤبينيان و جاديان و نصف سبط مَنَّسي براي همه امور خدا و امور پادشاه گماشت. ۳۲ 32
Yeriyanın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu.

< اول تواریخ 26 >