< Psalmorum 56 >

1 Psalmus In finem, Pro populo, qui a Sanctis longe factus est, David in tituli inscriptionem, cum tenuerunt eum Allophyli in Geth. Miserere mei Deus, quoniam conculcavit me homo: tota die impugnans tribulavit me.
Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı. Filiştlilər onu Qat şəhərində yaxalayanda. Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar.
2 Conculcaverunt me inimici mei tota die: quoniam multi bellantes adversum me.
Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
3 Ab altitudine diei timebo: ego vero in te sperabo.
Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
4 In Deo laudabo sermones meos, in Deo speravi: non timebo quid faciat mihi caro.
Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
5 Tota die verba mea execrabantur: adversum me omnes cogitationes eorum, in malum.
Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar.
6 Inhabitabunt et abscondent: ipsi calcaneum meum observabunt. Sicut sustinuerunt animam meam,
Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7 pro nihilo salvos facies illos: in ira populos confringes.
Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.
8 Deus, vitam meam annunciavi tibi: posuisti lacrymas meas in conspectu tuo, Sicut et in promissione tua:
Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı?
9 tunc convertentur inimici mei retrorsum: In quacumque die invocavero te: ecce cognovi quoniam Deus meus es.
Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir.
10 In Deo laudabo verbum, in Domino laudabo sermonem:
Vədinə görə həmd etdiyim Allaha, Vədinə görə həmd etdiyim Rəbbə,
11 in Deo speravi, non timebo quid faciat mihi homo.
Allaha güvənirəm və qorxmuram; Fani insan mənə nə edə bilər?
12 In me sunt Deus vota tua, quae reddam, laudationes tibi.
Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm, Sənə şükür qurbanı təqdim edəcəyəm.
13 Quoniam eripuisti animam meam de morte, et pedes meos de lapsu: ut placeam coram Deo in lumine viventium.
Çünki canımı ölümdən qurtardın, Ayaqlarımı büdrəməyə qoymadın, Belə ki Allahın hüzurunda, Həyatın nurunda dolanım.

< Psalmorum 56 >