< אֵיכָה 3 >
אֲנִ֤י הַגֶּ֙בֶר֙ רָאָ֣ה עֳנִ֔י בְּשֵׁ֖בֶט עֶבְרָתֹֽו׃ | 1 |
Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm,
אֹותִ֥י נָהַ֛ג וַיֹּלַ֖ךְ חֹ֥שֶׁךְ וְלֹא־אֹֽור׃ | 2 |
O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi.
אַ֣ךְ בִּ֥י יָשֻׁ֛ב יַהֲפֹ֥ךְ יָדֹ֖ו כָּל־הַיֹּֽום׃ ס | 3 |
Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır.
בִּלָּ֤ה בְשָׂרִי֙ וְעֹורִ֔י שִׁבַּ֖ר עַצְמֹותָֽי׃ | 4 |
Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı.
בָּנָ֥ה עָלַ֛י וַיַּקַּ֖ף רֹ֥אשׁ וּתְלָאָֽה׃ | 5 |
Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı.
בְּמַחֲשַׁכִּ֥ים הֹושִׁיבַ֖נִי כְּמֵתֵ֥י עֹולָֽם׃ ס | 6 |
Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı.
גָּדַ֧ר בַּעֲדִ֛י וְלֹ֥א אֵצֵ֖א הִכְבִּ֥יד נְחָשְׁתִּֽי׃ | 7 |
Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm.
גַּ֣ם כִּ֤י אֶזְעַק֙ וַאֲשַׁוֵּ֔עַ שָׂתַ֖ם תְּפִלָּתִֽי׃ | 8 |
Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi.
גָּדַ֤ר דְּרָכַי֙ בְּגָזִ֔ית נְתִיבֹתַ֖י עִוָּֽה׃ ס | 9 |
Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı.
דֹּ֣ב אֹרֵ֥ב הוּא֙ לִ֔י אַרְיֵה (אֲרִ֖י) בְּמִסְתָּרִֽים׃ | 10 |
Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür.
דְּרָכַ֥י סֹורֵ֛ר וַֽיְפַשְּׁחֵ֖נִי שָׂמַ֥נִי שֹׁמֵֽם׃ | 11 |
Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı.
דָּרַ֤ךְ קַשְׁתֹּו֙ וַיַּצִּיבֵ֔נִי כַּמַּטָּרָ֖א לַחֵֽץ׃ ס | 12 |
Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi.
הֵבִיא֙ בְּכִלְיֹותָ֔י בְּנֵ֖י אַשְׁפָּתֹֽו׃ | 13 |
Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı.
הָיִ֤יתִי שְּׂחֹק֙ לְכָל־עַמִּ֔י נְגִינָתָ֖ם כָּל־הַיֹּֽום׃ | 14 |
Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
הִשְׂבִּיעַ֥נִי בַמְּרֹורִ֖ים הִרְוַ֥נִי לַעֲנָֽה׃ ס | 15 |
O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi.
וַיַּגְרֵ֤ס בֶּֽחָצָץ֙ שִׁנָּ֔י הִכְפִּישַׁ֖נִי בָּאֵֽפֶר׃ | 16 |
Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü.
וַתִּזְנַ֧ח מִשָּׁלֹ֛ום נַפְשִׁ֖י נָשִׁ֥יתִי טֹובָֽה׃ | 17 |
Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum.
וָאֹמַר֙ אָבַ֣ד נִצְחִ֔י וְתֹוחַלְתִּ֖י מֵיְהוָֽה׃ ס | 18 |
Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».
זְכָר־עָנְיִ֥י וּמְרוּדִ֖י לַעֲנָ֥ה וָרֹֽאשׁ׃ | 19 |
Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal.
זָכֹ֣ור תִּזְכֹּ֔ור וְתָשִׁיחַ (וְתָשֹׁ֥וחַ) עָלַ֖י נַפְשִֽׁי׃ | 20 |
Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür.
זֹ֛את אָשִׁ֥יב אֶל־לִבִּ֖י עַל־כֵּ֥ן אֹוחִֽיל׃ ס | 21 |
Amma bunları yada salarkən Məndə ümid yaranır.
חַֽסְדֵ֤י יְהוָה֙ כִּ֣י לֹא־תָ֔מְנוּ כִּ֥י לֹא־כָל֖וּ רַחֲמָֽיו׃ | 22 |
Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.
חֲדָשִׁים֙ לַבְּקָרִ֔ים רַבָּ֖ה אֱמוּנָתֶֽךָ׃ | 23 |
Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
חֶלְקִ֤י יְהוָה֙ אָמְרָ֣ה נַפְשִׁ֔י עַל־כֵּ֖ן אֹוחִ֥יל לֹֽו׃ ס | 24 |
Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm.
טֹ֤וב יְהוָה֙ לְקֹוָ֔ו לְנֶ֖פֶשׁ תִּדְרְשֶֽׁנּוּ׃ | 25 |
Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.
טֹ֤וב וְיָחִיל֙ וְדוּמָ֔ם לִתְשׁוּעַ֖ת יְהוָֽה׃ | 26 |
Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
טֹ֣וב לַגֶּ֔בֶר כִּֽי־יִשָּׂ֥א עֹ֖ל בִּנְעוּרָֽיו׃ ס | 27 |
Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
יֵשֵׁ֤ב בָּדָד֙ וְיִדֹּ֔ם כִּ֥י נָטַ֖ל עָלָֽיו׃ | 28 |
Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb.
יִתֵּ֤ן בֶּֽעָפָר֙ פִּ֔יהוּ אוּלַ֖י יֵ֥שׁ תִּקְוָֽה׃ | 29 |
Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var.
יִתֵּ֧ן לְמַכֵּ֛הוּ לֶ֖חִי יִשְׂבַּ֥ע בְּחֶרְפָּֽה׃ ס | 30 |
İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar.
כִּ֣י לֹ֥א יִזְנַ֛ח לְעֹולָ֖ם אֲדֹנָֽי׃ | 31 |
Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz.
כִּ֣י אִם־הֹוגָ֔ה וְרִחַ֖ם כְּרֹ֥ב חַסְדֹּו (חֲסָדָֽיו)׃ | 32 |
Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr.
כִּ֣י לֹ֤א עִנָּה֙ מִלִּבֹּ֔ו וַיַּגֶּ֖ה בְּנֵי־אִֽישׁ׃ ס | 33 |
Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.
לְדַכֵּא֙ תַּ֣חַת רַגְלָ֔יו כֹּ֖ל אֲסִ֥ירֵי אָֽרֶץ׃ | 34 |
Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
לְהַטֹּות֙ מִשְׁפַּט־גָּ֔בֶר נֶ֖גֶד פְּנֵ֥י עֶלְיֹֽון׃ | 35 |
Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını,
לְעַוֵּ֤ת אָדָם֙ בְּרִיבֹ֔ו אֲדֹנָ֖י לֹ֥א רָאָֽה׃ ס | 36 |
İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü?
מִ֣י זֶ֤ה אָמַר֙ וַתֶּ֔הִי אֲדֹנָ֖י לֹ֥א צִוָּֽה׃ | 37 |
Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?
מִפִּ֤י עֶלְיֹון֙ לֹ֣א תֵצֵ֔א הָרָעֹ֖ות וְהַטֹּֽוב׃ | 38 |
Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr.
מַה־יִּתְאֹונֵן֙ אָדָ֣ם חָ֔י גֶּ֖בֶר עַל־חֶטְאֹו (חֲטָאָֽיו)׃ ס | 39 |
Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir?
נַחְפְּשָׂ֤ה דְרָכֵ֙ינוּ֙ וְֽנַחְקֹ֔רָה וְנָשׁ֖וּבָה עַד־יְהוָֽה׃ | 40 |
Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
נִשָּׂ֤א לְבָבֵ֙נוּ֙ אֶל־כַּפָּ֔יִם אֶל־אֵ֖ל בַּשָּׁמָֽיִם׃ | 41 |
Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
נַ֤חְנוּ פָשַׁ֙עְנוּ֙ וּמָרִ֔ינוּ אַתָּ֖ה לֹ֥א סָלָֽחְתָּ׃ ס | 42 |
Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın».
סַכֹּ֤תָה בָאַף֙ וַֽתִּרְדְּפֵ֔נוּ הָרַ֖גְתָּ לֹ֥א חָמָֽלְתָּ׃ | 43 |
Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən.
סַכֹּ֤ותָה בֶֽעָנָן֙ לָ֔ךְ מֵעֲבֹ֖ור תְּפִלָּֽה׃ | 44 |
Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir.
סְחִ֧י וּמָאֹ֛וס תְּשִׂימֵ֖נוּ בְּקֶ֥רֶב הָעַמִּֽים׃ ס | 45 |
Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən.
פָּצ֥וּ עָלֵ֛ינוּ פִּיהֶ֖ם כָּל־אֹיְבֵֽינוּ׃ | 46 |
Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.
פַּ֧חַד וָפַ֛חַת הָ֥יָה לָ֖נוּ הַשֵּׁ֥את וְהַשָּֽׁבֶר׃ | 47 |
Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi.
פַּלְגֵי־מַ֙יִם֙ תֵּרַ֣ד עֵינִ֔י עַל־שֶׁ֖בֶר בַּת־עַמִּֽי׃ ס | 48 |
Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı.
עֵינִ֧י נִגְּרָ֛ה וְלֹ֥א תִדְמֶ֖ה מֵאֵ֥ין הֲפֻגֹֽות׃ | 49 |
Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq,
עַד־יַשְׁקִ֣יף וְיֵ֔רֶא יְהוָ֖ה מִשָּׁמָֽיִם׃ | 50 |
Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər.
עֵינִי֙ עֹֽולְלָ֣ה לְנַפְשִׁ֔י מִכֹּ֖ל בְּנֹ֥ות עִירִֽי׃ ס | 51 |
Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür.
צֹ֥וד צָד֛וּנִי כַּצִּפֹּ֖ור אֹיְבַ֥י חִנָּֽם׃ | 52 |
Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar.
צָֽמְת֤וּ בַבֹּור֙ חַיָּ֔י וַיַּדּוּ־אֶ֖בֶן בִּֽי׃ | 53 |
Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər.
צָֽפוּ־מַ֥יִם עַל־רֹאשִׁ֖י אָמַ֥רְתִּי נִגְזָֽרְתִּי׃ ס | 54 |
Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı».
קָרָ֤אתִי שִׁמְךָ֙ יְהוָ֔ה מִבֹּ֖ור תַּחְתִּיֹּֽות׃ | 55 |
Ya Rəbb, ismini O quyunun dibindən səslədim.
קֹולִ֖י שָׁמָ֑עְתָּ אַל־תַּעְלֵ֧ם אָזְנְךָ֛ לְרַוְחָתִ֖י לְשַׁוְעָתִֽי׃ | 56 |
«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.
קָרַ֙בְתָּ֙ בְּיֹ֣ום אֶקְרָאֶ֔ךָּ אָמַ֖רְתָּ אַל־תִּירָֽא׃ ס | 57 |
Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
רַ֧בְתָּ אֲדֹנָ֛י רִיבֵ֥י נַפְשִׁ֖י גָּאַ֥לְתָּ חַיָּֽי׃ | 58 |
Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın.
רָאִ֤יתָה יְהוָה֙ עַוָּ֣תָתִ֔י שָׁפְטָ֖ה מִשְׁפָּטִֽי׃ | 59 |
Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver.
רָאִ֙יתָה֙ כָּל־נִקְמָתָ֔ם כָּל־מַחְשְׁבֹתָ֖ם לִֽי׃ ס | 60 |
Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün.
שָׁמַ֤עְתָּ חֶרְפָּתָם֙ יְהוָ֔ה כָּל־מַחְשְׁבֹתָ֖ם עָלָֽי׃ | 61 |
Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar.
שִׂפְתֵ֤י קָמַי֙ וְהֶגְיֹונָ֔ם עָלַ֖י כָּל־הַיֹּֽום׃ | 62 |
Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin.
שִׁבְתָּ֤ם וְקִֽימָתָם֙ הַבִּ֔יטָה אֲנִ֖י מַנְגִּינָתָֽם׃ ס | 63 |
Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam.
תָּשִׁ֨יב לָהֶ֥ם גְּמ֛וּל יְהוָ֖ה כְּמַעֲשֵׂ֥ה יְדֵיהֶֽם׃ | 64 |
Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən.
תִּתֵּ֤ן לָהֶם֙ מְגִנַּת־לֵ֔ב תַּאֲלָֽתְךָ֖ לָהֶֽם׃ | 65 |
Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin.
תִּרְדֹּ֤ף בְּאַף֙ וְתַשְׁמִידֵ֔ם מִתַּ֖חַת שְׁמֵ֥י יְהוָֽה׃ פ | 66 |
Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at!