< Psalm 120 >

1 Ein Stufenlied. - In meiner Drangsal rufe ich zum Herrn. Er hört auf mich.
Ziyarət nəğməsi. Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi.
2 Herr! Rette mich von Lügenlippen, von trügerischer Zunge!
Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar».
3 Wie liefert Dir die trügerische Zunge fort und fort
Ey fitnəkar dil, sənə nə veriləcək? Bu işinin əvəzi nə ilə ödəniləcək?
4 geschärfte Pfeile eines Helden samt Ginsterkohlen!
Cəngavərin iti oxları ilə, Süpürgə ağacının odlu közləri ilə!
5 Weh mir, daß ich bei Mesech gaste, bei Kedars Zelten weile!
Yazıq canım, Meşekdə qərib olmuşam, Qedar çadırlarında yaşayıram!
6 Zu lange schon weilt meine Seele bei Friedensfeinden.
Mənim belə yerdə, Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7 Ich bin so friedsam. Doch, wenn ich's auch noch so sehr beteure, sie wollen Kampf.
Mən sülh sevirəm, buna görə danışıram, Onlarsa müharibə üçün çalışır.

< Psalm 120 >