< Salme 40 >

1 (Til sangmesteren. Af David. En salme.) Jeg biede troligt på Herren, han bøjede sig til mig, og hørte mit Skrig.
Musiqi rəhbəri üçün. Davudun məzmuru. Rəbbi səbir edərək gözlədim, Mənə tərəf dönərək fəryadımı eşitdi.
2 Han drog mig op af den brusende Grav, af det skidne Dynd, han satte min Fod på en Klippe, gav Skridtene Fasthed,
O məni çamırlı quyudan, Lilli bataqlıqdan çıxartdı. Ayağımı qaya üzərində bərkitdi, Hər addımımı möhkəm etdi.
3 en ny Sang lagde han i min Mund, en Lovsang til vor Gud. Mange skal se det og frygte og stole på HERREN.
Dilimə yeni bir nəğmə verdi, İlahi ilə Allahımıza həmd etdim. Bax nə qədər adam bunu görəcək, Qorxub Rəbbə güvənəcək.
4 Salig den Mand, der sætter sin Lid til HERREN, ej vender sig til hovmodige eller dem, der hælder til Løgn.
Rəbbə ümidlə arxalanan, Təkəbbürlülərə üz tutmayan, Bütlərə aldananlara qoşulmayan İnsan nə bəxtiyardır!
5 Mange Undere gjorde du, HERRE min Gud, og mange Tanker tænkte du for os; de kan ikke opregnes for dig; ellers forkyndte og fortalte jeg dem; til at tælles er de for mange.
Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur! Bizə aid xariqələrin, düşüncələrin çoxdur. Onlardan danışmaq istəsəm, Belə deyərdim: «Sayı-hesabı yoxdur».
6 Til Slagt- og Afgrødeoffer har du ej Lyst, du gav mig åbne Ører, Brænd- og Syndoffer kræver du ikke.
Qurbandan, təqdimdən xoşun gəlmədi, Yandırma qurbanı, günah qurbanı tələb etmədin, Amma mənim qulağımı açdın.
7 Da sagde jeg: "Se, jeg kommer, i Bogrullen er der givet mig Forskrift;
O zaman dedim: «Budur, gəlmişəm, Sənin tumarında mənim haqqımda yazılıb.
8 at gøre din Vilje, min Gud, er min Lyst, og din Lov er i mit Indre."
Ey Allahım, Sənin iradəni yerinə yetirmək Mənə zövq verir, Qanunun qəlbimdədir».
9 I en stor Forsamling forkyndte jeg Retfærd, se, mine Læber lukked jeg ikke; HERRE, du ved det.
Çoxlu camaat arasında salehliyini car çəkdim, Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
10 Din Retfærd dulgte jeg ej i mit Hjerte, din Trofasthed og Frelse talte jeg Om, din Nåde og Sandhed fornægted jeg ej i en stor Forsamling.
Salehliyini qəlbimdə gizlətmədim, Xilaskar olduğunu, sədaqətini söylədim. Çoxlu camaat arasından Məhəbbətini, həqiqətini gizli saxlamadım.
11 Du, HERRE, vil ikke lukke dit Hjerte for mig, din Nåde og Sandhed skal altid være mit Værn.
Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
12 Thi Ulykker lejrer sig om mig i talløs Mængde, mine Synder har indhentet mig, så jeg ikke kan se, de er flere end Hovedets Hår, og Modet har svigtet.
Çünki sonsuz bəlalar ətrafımı bürüdü, Günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, Onlar başımın tükündən çoxdur.
13 Du værdiges, HERRE, at fri mig, HERRE, il mig til Hjælp.
Ya Rəbb, lütfünlə məni xilas et, Ya Rəbb, dadıma tez çat!
14 Lad dem beskæmmes og rødme, som vil mig til Livs, og de, der ønsker mig ondt, lad dem vige med Skændsel;
Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
15 Lad dem stivne af Rædsel ved deres Skam, de, som siger: "Ha, ha!" til mig!
Mənə «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb qalsınlar.
16 Lad alle, som søger dig, frydes og glædes i dig; lad dem, som elsker din Frelse, bestandig sige: "HERREN er stor!"
Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər Daim «Qoy ucalsın Rəbb!» desinlər.
17 Er jeg end arm og fattig, vil Herren dog tænke på mig. Du er min Hjælp og min Frelser; tøv ej, min Gud!
Budur, bir məzlum, bir fəqirəm, Lakin Xudavənd qayğıma qalır. Köməyim, xilaskarım Sənsən, Ey Allahım, ləngimə!

< Salme 40 >