< Salme 149 >

1 Halleluja! syng Herren en ny sang, hans Pris i de frommes Forsamling!
Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!
2 Israel glæde sig over sin Skaber, over deres Konge fryde sig Zions Børn,
İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!
3 de skal prise hans Navn under Dans, lovsynge ham med Pauke og Citer;
Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin!
4 thi HERREN har Behag i sit Folk, han smykker de ydmyge med Frelse.
Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
5 De fromme skal juble med Ære, synge på deres Lejer med Fryd,
Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.
6 med Lovsang til Gud i Mund og tveægget Sværd i Hånd
Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.
7 for at tage Hævn over Folkene og revse Folkeslagene,
Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.
8 for at binde deres Konger med Lænker, deres ædle med Kæder af Jern
Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.
9 og fuldbyrde på dem den alt skrevne Dom til Ære for alle hans fromme! Halleluja! -
Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

< Salme 149 >