< 1 Mosebog 49 >

1 Derpå kaldte Jakob sine Sønner til sig og sagde: "Saml eder, så vil jeg forkynde eder, hvad der skal hændes eder i de sidste Dage:
Yaqub oğullarını çağırıb dedi: «Yanıma toplaşın, gələcəkdə başınıza gələnləri sizə söyləyim:
2 Kom hid og hør, Jakobs Sønner, lyt til eders Fader Israel!
Ey Yaqub oğulları, yığılıb eşidin, Atanız İsrailə qulaq asın:
3 Ruben, du er min førstefødte, min Styrke og min Mandskrafts første, ypperst i Højhed, ypperst i Kraft!
Ey Ruven, ilk oğlum, Sən mənim gücümsən, qüdrətimin başlanğıcısan. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur.
4 Du skummer over som Vandet, men du mister din Forret; thi du besteg din Faders Leje. Skændigt handled du da han besteg mit Leje!
Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin – Bax o, döşəyimə çıxdı.
5 Simeon og Levi, det Broder Par, Voldsredskaber er deres Våben.
Şimeonla Levi qardaşdır, Qəddarlıq qılıncları ilə silahlanıblar.
6 I deres Råd giver min Sjæl ej Møde, i deres Forsamling tager min Ære ej Del; thi i Vrede dræbte de Mænd, egenrådigt lamslog de Okser.
Ey qəlbim, onların məclisinə getmə, Ey şərəfim, onların toplantısında olma. Çünki onlar qəzəblənəndə qətl etdilər, Əylənəndə öküzlərin ayaq vətərini kəsdilər.
7 Forbandet være deres Vrede, så vild den er, deres Hidsighed, så voldsom den er! Jeg spreder dem i Jakob, splitter dem ad i Israel!
Lənət olsun vəhşi qəzəblərinə, Lənət olsun qəddar hiddətlərinə. Onları Yaqubda böləcəyəm, İsraildə səpələyəcəyəm.
8 Juda, dig skal dine Brødre prise, din Hånd skal gribe dine Fjender i Nakken, din Faders Sønner skal bøje sig for dig.
Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək.
9 En Løveunge er Juda. Fra Rov stiger du op, min Søn! Han ligger og strækker sig som en Løve, ja, som en Løvinde, hvo tør vække ham!
Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər?
10 Ikke viger Kongespir fra Juda, ej Herskerstav fra hans Fødder, til han, hvem den tilhører; kommer, ham skal Folkene lyde.
Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.
11 Han binder sit Æsel ved Vinstokken, ved Ranken Asenindens Fole, tvætter i Vin sin Kjortel, sin Kappe i Drueblod,
Eşşəyini tənəyə, Ulağını ən seçmə bir tənəyə bağlayacaq. Paltarını şərabda, Köynəyini üzümün qanında yuyacaq.
12 med Øjnene dunkle af Vin og Tænderne hvide af Mælk!
Gözləri şərabdan da parlaq olacaq, Dişləri süddən də ağ olacaq.
13 Zebulon har hjemme ved Havets Byst, han bor ved Skibenes Kyst, hans Side er vendt mod Zidon.
Zevulun isə dəniz kənarında yaşayacaq, Ora gəmilərin limanı olacaq, Ərazisi Sidonun yanınadək uzanacaq.
14 Issakar, det knoglede Æsel, der strækker sig mellem Foldene,
Qoyun ağılları arasında uzanan İssakar Bir qüvvətli ulağa oxşar.
15 fandt Hvilen sød og Landet lifligt; derfor bøjed han Ryg under Byrden og blev en ufri Træl.
O, yaxşı və rahat olan yer, Bir səfalı ölkə görsə, Çiynini yük daşımaq üçün əyər, Mükəlləfiyyətçi qul olar.
16 Dan dømmer sit Folk så godt som nogen Israels Stamme.
Dan İsrail qəbilələrindən biri olub Öz xalqına hökm edəcək.
17 Dan blive en Slange ved Vejen, en Giftsnog ved Stien, som bider Hesten i Hælen, så Rytteren styrter bagover!
Dan yol üstündə bir ilan, Cığırda bir gürzə olacaq; Elə bir gürzə ki atın topuğundan sancır, Süvarisi arxası üstə yıxılır.
18 På din Frelse bier jeg, HERRE!
Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm.
19 Gad, på ham gør Krigerskarer Indhug, men han gør Indhug i Hælene på dem.
Qad talançı basqınına düçar olacaq, Lakin onları topuğundan vuracaq.
20 Aser, hans Føde er fed, Lækkerier for Konger har han at give.
Aşerdən zəngin nemətlər gələcək, O, şahanə ləzzətli yeməklər yetirəcək.
21 Naftali er en løssluppen Hind, han fremfører yndig Tale.
Naftali azad edilmiş bir maraldır, Ondan gözəl balalar doğulacaq.
22 Et yppigt Vintræ er Josef, et yppigt Vintræ ved Kilden, Ranker slynger sig over Muren.
Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar.
23 Bueskytter fejder imod ham, strides med ham, gør Angreb på ham,
Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar.
24 men hans Bue er stærk, hans Hænders Arme rappe; det kommer fra Jakobs Vældige, fra Hyrden, Israels Klippe,
Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu.
25 fra din Faders Gud han hjælpe dig! Og Gud den Almægtige, han velsigne dig med Himmelens Velsignelser oventil og Dybets Velsignelser nedentil, med Brysters og Moderlivs Velsignelser!
Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək.
26 Din Faders Velsignelser overgår de ældgamle Bjerges Velsignelser, de evige Højes Herlighed. Måtte de komme over Josefs Hoved, over Issen på Fyrsten blandt Brødre!
Atanın xeyir-duası Atalarımın xeyir-duasından daha ucadır; Əbədi qalan təpələrin Zirvəsinə çatar. Qoy xeyir-dualarım Yusifin – qardaşlar arasında Başçı olanın üstündə olsun.
27 Benjamin, den rovlystne Ulv, om Morgenen æder han Rov, om Aftenen deler han Bytte!"
Binyamin acgöz bir qurddur, Səhər ovunu yeyər, Axşam qənimət paylar».
28 Alle disse er Israels Stammer, tolv i Tal, og det var, hvad deres Fader talte til dem, og han velsignede dem, hver især af dem gav han sin særlige Velsignelse.
Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi.
29 Og han sagde til dem som sin sidste Vilje: "Nu samles jeg til mit Folk; jord mig da hos mine Fædre i Hulen på Hetiten Efrons Mark.
Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın.
30 i Hulen på Makpelas Mark over for Mamre i Kana'ans Land. den Mark, som Abraham købte af Hetiten Efron til Gravsted,
O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı.
31 hvor de jordede Abraham og hans Hustru Sara, hvor de jordede Isak og hans Hustru Rebekka, og hvor jeg jordede Lea.
İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım.
32 Marken og Hulen derpå blev købt af Hetiterne."
Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb».
33 Dermed havde Jakob givet sine Sønner sin Vilje til Kende, og han strakte sine Fødder ud på Lejet. udåndede og samledes til sin Slægt.
Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu.

< 1 Mosebog 49 >