< 何西阿書 13 >

1 從前以法蓮說話,人都戰兢, 他在以色列中居處高位; 但他在事奉巴力的事上犯罪就死了。
Efrayim danışanda hamı titrəyirdi. İsraildə ucalmışdı, Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
2 現今他們罪上加罪, 用銀子為自己鑄造偶像, 就是照自己的聰明製造, 都是匠人的工作。 有人論說, 獻祭的人可以向牛犢親嘴。
İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər.
3 因此,他們必如早晨的雲霧, 又如速散的甘露, 像場上的糠詷被狂風吹去, 又像煙氣騰於窗外。
Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar.
4 自從你出埃及地以來, 我就是耶和華-你的上帝。 在我以外,你不可認識別神; 除我以外並沒有救主。
«Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur.
5 我曾在曠野乾旱之地認識你。
Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
6 這些民照我所賜的食物得了飽足; 既得飽足,心就高傲, 忘記了我。
Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular.
7 因此,我向他們如獅子, 又如豹伏在道旁。
Mən onlara bir aslan olacağam, Bəbir kimi yol kənarında Pusquda duracağam.
8 我遇見他們必像丟崽子的母熊, 撕裂他們的胸膛。 在那裏,我必像母獅吞吃他們; 野獸必撕裂他們。
Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq.
9 以色列啊,你與我反對, 就是反對幫助你的,自取敗壞。
Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır.
10 你曾求我說: 給我立王和首領。 現在你的王在哪裏呢? 治理你的在哪裏呢? 讓他在你所有的城中拯救你吧!
İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin? Hakimlərin haradadır? Sən ki onlar barədə “Mənə bir padşah və başçılar ver” deyirdin.
11 我在怒氣中將王賜你, 又在烈怒中將王廢去。
Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım.
12 以法蓮的罪孽包裹; 他的罪惡收藏。
Efrayimin qəbahəti yığılıb, Günahı qeydə alınıb.
13 產婦的疼痛必臨到他身上; 他是無智慧之子, 到了產期不當遲延。
Doğan qadının ağrıları ona çatır, Amma o, ağılsız oğuldur. Çünki vaxtı çatanda Bətndən çıxmağa ləngiyir.
14 我必救贖他們脫離陰間, 救贖他們脫離死亡。 死亡啊,你的災害在哪裏呢? 陰間哪,你的毀滅在哪裏呢? 在我眼前絕無後悔之事。 (Sheol h7585)
Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. (Sheol h7585)
15 他在弟兄中雖然茂盛, 必有東風颳來, 就是耶和華的風從曠野上來。 他的泉源必乾; 他的源頭必竭; 仇敵必擄掠他所積蓄的一切寶器。
Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
16 撒馬利亞必擔當自己的罪, 因為悖逆她的上帝。 她必倒在刀下; 嬰孩必被摔死; 孕婦必被剖開。
Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq».

< 何西阿書 13 >