< Nəğmələr Nəğməsi 8 >

1 Kaş ki mənə ananın döşlərindən süd əmən Bir qardaş kimi olaydın, Küçədə səninlə rastlaşarkən səni öpərdim, Heç kim məni qınamazdı.
Quis mihi det te fratrem meum sugentem ubera matris meae, ut inveniam te foris, et deosculer te, et iam me nemo despiciat?
2 Qarşına düşəydim, mənə öyüd verən Anamın evinə aparaydım. Şirin şərabdan, narımın şirəsindən Sənə içirəydim.
Apprehendam te, et ducam in domum matris meae: ibi me docebis, et dabo tibi poculum ex vino condito, et mustum malorum granatorum meorum.
3 Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
Laeva eius sub capite meo, et dextera illius amplexabitur me.
4 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
Adiuro vos filiae Ierusalem, ne suscitetis, neque evigilare faciatis dilectam donec ipsa velit.
5 Sevgilisinə söykənib çöldən gələn Bu gözəl kimdir? Qız: Alma ağacı altda səni oyatdım. Sən orada ananın bətninə düşmüsən, Orada anan ağrı çəkib, səni doğub.
Quae est ista, quae ascendit de deserto, deliciis affluens, innixa super dilectum suum? Sub arbore malo suscitavi te: ibi corrupta est mater tua, ibi violata est genitrix tua.
6 Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır. (Sheol h7585)
Pone me ut signaculum super cor tuum, ut signaculum super brachium tuum: quia fortis est ut mors dilectio. dura sicut infernus aemulatio, lampades eius lampades ignis atque flammarum. (Sheol h7585)
7 Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, Hamı ona xor baxar.
Aquae multae non potuerunt extinguere charitatem, nec flumina obruent illam: si dederit homo omnem substantiam domus suae pro dilectione, quasi nihil despiciet eam.
8 Bir kiçik bacımız var, Hələ döşləri çıxmayıb. Bacımıza elçi gələn gün Onun üçün nə edək?
Soror nostra parva, et ubera non habet. quid faciemus sorori nostrae in die quando alloquenda est?
9 Əgər o, bir hasar olsaydı, Biz üstünə gümüşdən bürc vurardıq. Əgər o, bir qapı olsaydı, Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.
Si murus est, aedificemus super eum propugnacula argentea: si ostium est, compingamus illud tabulis cedrinis.
10 Mən bir hasaram, Döşlərim qüllələrə oxşar, Ona görə yarımın gözləri məndən razı qalar.
Ego murus: et ubera mea sicut turris, ex quo facta sum coram eo quasi pacem reperiens.
11 Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi, O bu bağı kirayəyə verirdi. Məhsula görə hər kirayə alan Ona min parça gümüş gətirməli idi.
Vinea fuit pacifico in ea, quae habet populos: tradidit eam custodibus, vir affert pro fructu eius mille argenteos.
12 Mənim də bağım var, onun sahibiyəm, Ey Süleyman, min parça gümüş sənin olsun, İki yüz gümüş kirayə alanlara qalsın.
Vinea mea coram me est. Mille tui pacifici, et ducenti his, qui custodiunt fructus eius.
13 Sən, ey bağçalarda məskən salan gözəl, Dostlar səni dinləyir, Mənə də səsini eşitdir.
Quae habitas in hortis, amici auscultant: fac me audire vocem tuam.
14 Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.
Fuge dilecte mi, et assimilare capreae, hinnuloque cervorum super montes aromatum.

< Nəğmələr Nəğməsi 8 >