< Nəğmələr Nəğməsi 5 >

1 Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm, Şərabımı və südümü içmişəm. Qızın rəfiqələri: Ay dostlar, yeyin, Ay sevgililər, için, doyunca için!
באתי לגני אחתי כלה--אריתי מורי עם בשמי אכלתי יערי עם דבשי שתיתי ייני עם חלבי אכלו רעים שתו ושכרו דודים
2 Yatsam da, qəlbim oyaq idi. Qapını döyən sevgilimin səsi gəldi: «Qapını aç, ay həmdəmim, ay yarım! Ay göyərçinim, ay eyibsizim! İslandı başım şehdən, Saçım gecənin nəmindən».
אני ישנה ולבי ער קול דודי דופק פתחי לי אחתי רעיתי יונתי תמתי--שראשי נמלא טל קוצותי רסיסי לילה
3 Soyunmuşam paltarımı, Geyinimmi təzədən? Yumuşam ayaqlarımı, Bulaşdırımmı yenidən?
פשטתי את כתנתי--איככה אלבשנה רחצתי את רגלי איככה אטנפם
4 Sevgilim əlini qapının deşiyindən uzatdı, Onun üçün mənim köksüm oynadı.
דודי שלח ידו מן החר ומעי המו עליו
5 Mən sevgilim üçün qapı açmağa qalxdım, Əllərimə mirra damdı, Barmaqlarımdan süzüldü, Cəftə üstə töküldü.
קמתי אני לפתח לדודי וידי נטפו מור ואצבעתי מור עבר על כפות המנעול
6 Mən sevgilimə qapı açanda Sevgilim çıxıb getmişdi. O məni çağıranda huşumu itirmişdim. Mən onu axtardım, tapa bilmədim, Mən onu çağırdım, lakin cavab gəlmədi.
פתחתי אני לדודי ודודי חמק עבר נפשי יצאה בדברו--בקשתיהו ולא מצאתיהו קראתיו ולא ענני
7 Şəhər asayişini qoruyanlar məni tapdılar, Döyüb bədənimi yaraladılar, Hasar keşikçiləri örpəyimi açdılar.
מצאני השמרים הסבבים בעיר הכוני פצעוני נשאו את רדידי מעלי שמרי החמות
8 Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm, Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm».
השבעתי אתכם בנות ירושלם אם תמצאו את דודי--מה תגידו לו שחולת אהבה אני
9 Ey gözəllər gözəli, Sevgilinin digərlərindən fərqi nədir? Onu fərqləndirən nədir? Axı niyə bizə belə and verirsən?
מה דודך מדוד היפה בנשים מה דודך מדוד שככה השבעתנו
10 Sevgilim nur saçır, əlvan rənglidir, O, on minlərin arasından seçilir.
דודי צח ואדום דגול מרבבה
11 Başı sanki saf qızıldır, Qıvrım saçı qara qarğa tək qaradır.
ראשו כתם פז קוצותיו תלתלים שחרות כעורב
12 Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır, Süd içində yuyunmuşlar, Öz yuvasında cəvahir tək görünərlər.
עיניו כיונים על אפיקי מים רחצות בחלב--ישבות על מלאת
13 Yanaqları ətirli gülüstana oxşayır, Hər yana ətir saçır, Dodaqları zanbaqlara bənzəyir, Ondan mirra tökülür.
לחיו כערוגת הבשם מגדלות מרקחים שפתותיו שושנים--נטפות מור עבר
14 Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır, Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir.
ידיו גלילי זהב ממלאים בתרשיש מעיו עשת שן מעלפת ספירים
15 Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan Mərmər sütunlara oxşar. Görkəmi Livanın dağları kimidir, Nadir sidr ağacları kimidir.
שוקיו עמודי שש מיסדים על אדני פז מראהו כלבנון--בחור כארזים
16 Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur, Mənim yarım budur.
חכו ממתקים וכלו מחמדים זה דודי וזה רעי בנות ירושלם

< Nəğmələr Nəğməsi 5 >