< Nehemya 13 >

1 O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz».
ἐν τῇ ἡμέρᾳ ἐκείνῃ ἀνεγνώσθη ἐν βιβλίῳ Μωυσῆ ἐν ὠσὶν τοῦ λαοῦ καὶ εὑρέθη γεγραμμένον ἐν αὐτῷ ὅπως μὴ εἰσέλθωσιν Αμμανῖται καὶ Μωαβῖται ἐν ἐκκλησίᾳ θεοῦ ἕως αἰῶνος
2 Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi.
ὅτι οὐ συνήντησαν τοῖς υἱοῖς Ισραηλ ἐν ἄρτῳ καὶ ἐν ὕδατι καὶ ἐμισθώσαντο ἐπ’ αὐτὸν τὸν Βαλααμ καταράσασθαι καὶ ἔστρεψεν ὁ θεὸς ἡμῶν τὴν κατάραν εἰς εὐλογίαν
3 İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.
καὶ ἐγένετο ὡς ἤκουσαν τὸν νόμον καὶ ἐχωρίσθησαν πᾶς ἐπίμικτος ἐν Ισραηλ
4 Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə
καὶ πρὸ τούτου Ελιασιβ ὁ ἱερεὺς οἰκῶν ἐν γαζοφυλακίῳ οἴκου θεοῦ ἡμῶν ἐγγίων Τωβια
5 ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı.
καὶ ἐποίησεν αὐτῷ γαζοφυλάκιον μέγα καὶ ἐκεῖ ἦσαν πρότερον διδόντες τὴν μανααν καὶ τὸν λίβανον καὶ τὰ σκεύη καὶ τὴν δεκάτην τοῦ σίτου καὶ τοῦ οἴνου καὶ τοῦ ἐλαίου ἐντολὴν τῶν Λευιτῶν καὶ τῶν ᾀδόντων καὶ τῶν πυλωρῶν καὶ ἀπαρχὰς τῶν ἱερέων
6 Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb
καὶ ἐν παντὶ τούτῳ οὐκ ἤμην ἐν Ιερουσαλημ ὅτι ἐν ἔτει τριακοστῷ καὶ δευτέρῳ τοῦ Αρθασασθα βασιλέως Βαβυλῶνος ἦλθον πρὸς τὸν βασιλέα καὶ μετὰ τέλος ἡμερῶν ᾐτησάμην παρὰ τοῦ βασιλέως
7 Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım.
καὶ ἦλθον εἰς Ιερουσαλημ καὶ συνῆκα ἐν τῇ πονηρίᾳ ᾗ ἐποίησεν Ελισουβ τῷ Τωβια ποιῆσαι αὐτῷ γαζοφυλάκιον ἐν αὐλῇ οἴκου τοῦ θεοῦ
8 Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım.
καὶ πονηρόν μοι ἐφάνη σφόδρα καὶ ἔρριψα πάντα τὰ σκεύη οἴκου Τωβια ἔξω ἀπὸ τοῦ γαζοφυλακίου
9 Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.
καὶ εἶπα καὶ ἐκαθάρισαν τὰ γαζοφυλάκια καὶ ἐπέστρεψα ἐκεῖ σκεύη οἴκου τοῦ θεοῦ τὴν μαναα καὶ τὸν λίβανον
10 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.
καὶ ἔγνων ὅτι μερίδες τῶν Λευιτῶν οὐκ ἐδόθησαν καὶ ἐφύγοσαν ἀνὴρ εἰς ἀγρὸν αὐτοῦ οἱ Λευῖται καὶ οἱ ᾄδοντες ποιοῦντες τὸ ἔργον
11 Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım.
καὶ ἐμαχεσάμην τοῖς στρατηγοῖς καὶ εἶπα διὰ τί ἐγκατελείφθη ὁ οἶκος τοῦ θεοῦ καὶ συνήγαγον αὐτοὺς καὶ ἔστησα αὐτοὺς ἐπὶ τῇ στάσει αὐτῶν
12 Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər.
καὶ πᾶς Ιουδα ἤνεγκαν δεκάτην τοῦ πυροῦ καὶ τοῦ οἴνου καὶ τοῦ ἐλαίου εἰς τοὺς θησαυροὺς
13 Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.
ἐπὶ χεῖρα Σελεμια τοῦ ἱερέως καὶ Σαδδουκ τοῦ γραμματέως καὶ Φαδαια ἀπὸ τῶν Λευιτῶν καὶ ἐπὶ χεῖρα αὐτῶν Αναν υἱὸς Ζακχουρ υἱὸς Μαθανια ὅτι πιστοὶ ἐλογίσθησαν ἐπ’ αὐτοὺς μερίζειν τοῖς ἀδελφοῖς αὐτῶν
14 Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!
μνήσθητί μου ὁ θεός ἐν ταύτῃ καὶ μὴ ἐξαλειφθήτω ἔλεός μου ὃ ἐποίησα ἐν οἴκῳ κυρίου τοῦ θεοῦ
15 O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim.
ἐν ταῖς ἡμέραις ἐκείναις εἶδον ἐν Ιουδα πατοῦντας ληνοὺς ἐν τῷ σαββάτῳ καὶ φέροντας δράγματα καὶ ἐπιγεμίζοντας ἐπὶ τοὺς ὄνους καὶ οἶνον καὶ σταφυλὴν καὶ σῦκα καὶ πᾶν βάσταγμα καὶ φέροντας εἰς Ιερουσαλημ ἐν ἡμέρᾳ τοῦ σαββάτου καὶ ἐπεμαρτυράμην ἐν ἡμέρᾳ πράσεως αὐτῶν
16 Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı.
καὶ ἐκάθισαν ἐν αὐτῇ φέροντες ἰχθὺν καὶ πᾶσαν πρᾶσιν πωλοῦντες ἐν τῷ σαββάτῳ τοῖς υἱοῖς Ιουδα καὶ ἐν Ιερουσαλημ
17 Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz?
καὶ ἐμαχεσάμην τοῖς υἱοῖς Ιουδα τοῖς ἐλευθέροις καὶ εἶπα αὐτοῖς τίς ὁ λόγος οὗτος ὁ πονηρός ὃν ὑμεῖς ποιεῖτε καὶ βεβηλοῦτε τὴν ἡμέραν τοῦ σαββάτου
18 Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».
οὐχὶ οὕτως ἐποίησαν οἱ πατέρες ὑμῶν καὶ ἤνεγκεν ἐπ’ αὐτοὺς ὁ θεὸς ἡμῶν καὶ ἐφ’ ἡμᾶς πάντα τὰ κακὰ ταῦτα καὶ ἐπὶ τὴν πόλιν ταύτην καὶ ὑμεῖς προστίθετε ὀργὴν ἐπὶ Ισραηλ βεβηλῶσαι τὸ σάββατον
19 Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin.
καὶ ἐγένετο ἡνίκα κατέστησαν πύλαι Ιερουσαλημ πρὸ τοῦ σαββάτου καὶ εἶπα καὶ ἔκλεισαν τὰς πύλας καὶ εἶπα ὥστε μὴ ἀνοιγῆναι αὐτὰς ἕως ὀπίσω τοῦ σαββάτου καὶ ἐκ τῶν παιδαρίων μου ἔστησα ἐπὶ τὰς πύλας ὥστε μὴ αἴρειν βαστάγματα ἐν ἡμέρᾳ τοῦ σαββάτου
20 Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi.
καὶ ηὐλίσθησαν πάντες καὶ ἐποίησαν πρᾶσιν ἔξω Ιερουσαλημ ἅπαξ καὶ δίς
21 Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər.
καὶ διεμαρτυράμην ἐν αὐτοῖς καὶ εἶπα πρὸς αὐτούς διὰ τί ὑμεῖς αὐλίζεσθε ἀπέναντι τοῦ τείχους ἐὰν δευτερώσητε ἐκτενῶ τὴν χεῖρά μου ἐν ὑμῖν ἀπὸ τοῦ καιροῦ ἐκείνου οὐκ ἤλθοσαν ἐν σαββάτῳ
22 Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!
καὶ εἶπα τοῖς Λευίταις οἳ ἦσαν καθαριζόμενοι καὶ ἐρχόμενοι φυλάσσοντες τὰς πύλας ἁγιάζειν τὴν ἡμέραν τοῦ σαββάτου πρὸς ταῦτα μνήσθητί μου ὁ θεός καὶ φεῖσαί μου κατὰ τὸ πλῆθος τοῦ ἐλέους σου
23 Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm.
καὶ ἐν ταῖς ἡμέραις ἐκείναις εἶδον τοὺς Ιουδαίους οἳ ἐκάθισαν γυναῖκας Ἀζωτίας Αμμανίτιδας Μωαβίτιδας
24 Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi.
καὶ οἱ υἱοὶ αὐτῶν ἥμισυ λαλοῦντες Ἀζωτιστὶ καὶ οὔκ εἰσιν ἐπιγινώσκοντες λαλεῖν Ιουδαϊστί
25 Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın.
καὶ ἐμαχεσάμην μετ’ αὐτῶν καὶ κατηρασάμην αὐτοὺς καὶ ἐπάταξα ἐν αὐτοῖς ἄνδρας καὶ ἐμαδάρωσα αὐτοὺς καὶ ὥρκισα αὐτοὺς ἐν τῷ θεῷ ἐὰν δῶτε τὰς θυγατέρας ὑμῶν τοῖς υἱοῖς αὐτῶν καὶ ἐὰν λάβητε ἀπὸ τῶν θυγατέρων αὐτῶν τοῖς υἱοῖς ὑμῶν
26 İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar.
οὐχ οὕτως ἥμαρτεν Σαλωμων βασιλεὺς Ισραηλ καὶ ἐν ἔθνεσιν πολλοῖς οὐκ ἦν βασιλεὺς ὅμοιος αὐτῷ καὶ ἀγαπώμενος τῷ θεῷ ἦν καὶ ἔδωκεν αὐτὸν ὁ θεὸς εἰς βασιλέα ἐπὶ πάντα Ισραηλ καὶ τοῦτον ἐξέκλιναν αἱ γυναῖκες αἱ ἀλλότριαι
27 İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»
καὶ ὑμῶν μὴ ἀκουσόμεθα ποιῆσαι τὴν πᾶσαν πονηρίαν ταύτην ἀσυνθετῆσαι ἐν τῷ θεῷ ἡμῶν καθίσαι γυναῖκας ἀλλοτρίας
28 Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.
καὶ ἀπὸ υἱῶν Ιωαδα τοῦ Ελισουβ τοῦ ἱερέως τοῦ μεγάλου νυμφίου τοῦ Σαναβαλλατ τοῦ Ωρωνίτου καὶ ἐξέβρασα αὐτὸν ἀπ’ ἐμοῦ
29 Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!
μνήσθητι αὐτοῖς ὁ θεός ἐπὶ ἀγχιστείᾳ τῆς ἱερατείας καὶ διαθήκης τῆς ἱερατείας καὶ τοὺς Λευίτας
30 Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.
καὶ ἐκαθάρισα αὐτοὺς ἀπὸ πάσης ἀλλοτριώσεως καὶ ἔστησα ἐφημερίας τοῖς ἱερεῦσιν καὶ τοῖς Λευίταις ἀνὴρ ὡς τὸ ἔργον αὐτοῦ
31 Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim. Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!
καὶ τὸ δῶρον τῶν ξυλοφόρων ἐν καιροῖς ἀπὸ χρόνων καὶ ἐν τοῖς βακχουρίοις μνήσθητί μου ὁ θεὸς ἡμῶν εἰς ἀγαθωσύνην

< Nehemya 13 >