< Mərsiyələr 5 >

1 Ya Rəbb, başımıza gələni yada sal Gör bu xəcalətimizi, buna nəzər sal.
耶和華啊,求你記念我們所遭遇的事, 觀看我們所受的凌辱。
2 İrs torpağımız yadellilərin əlinə keçib, Evlərimiz əcnəbilərə verilib.
我們的產業歸與外邦人; 我們的房屋歸與外路人。
3 Atalarımız öldü, yetim qaldıq, Analarımız dul qaldı.
我們是無父的孤兒; 我們的母親好像寡婦。
4 Suyumuzu pulla alıb içirik, Pulla odun almağa məcburuq.
我們出錢才得水喝; 我們的柴是人賣給我們的。
5 Bizi qovub başımızdan basırlar, Yorulmuşuq, bizi rahat qoymurlar.
追趕我們的,到了我們的頸項上; 我們疲乏不得歇息。
6 Doyunca çörək yemək üçün Misirə, Aşşura əl açmışıq.
我們投降埃及人和亞述人, 為要得糧吃飽。
7 Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi.
我們列祖犯罪,而今不在了; 我們擔當他們的罪孽。
8 Qullar bizə hökmran olub, Bizi onların əlindən qurtaran yoxdur.
奴僕轄制我們, 無人救我們脫離他們的手。
9 Çöldəki qılınca görə, Canımız bahasına çörək qazanırıq.
因為曠野的刀劍, 我們冒着險才得糧食。
10 Aclıq bizi yandırıb-yaxdığına görə Dərimiz qaralıb, kürəyə bənzəyir.
因飢餓燥熱, 我們的皮膚就黑如爐。
11 Sionda qadınlar, Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
敵人在錫安玷污婦人, 在猶大的城邑玷污處女。
12 Başçılar əllərindən asılıb, Ağsaqqallar hörmətdən düşüb.
他們吊起首領的手, 也不尊敬老人的面。
13 Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir, Oğlanlar odun yükləri altında səndələyir.
少年人扛磨石, 孩童背木柴,都絆跌了。
14 Şəhər darvazasında ağsaqqallar oturmur, Gənclər çalğı alətlərində çalmır.
老年人在城門口斷絕; 少年人不再作樂。
15 Ürəyimizdən şadlıq çəkilib, Oyunlarımız yasa çevrilib.
我們心中的快樂止息, 跳舞變為悲哀。
16 Başımızın tacı düşüb, Vay halımıza! Çünki günah işlətmişik.
冠冕從我們的頭上落下; 我們犯罪了,我們有禍了!
17 Buna görə ürəklərimiz çəkilib, Gözlərimiz qaralıb,
這些事我們心裏發昏, 我們的眼睛昏花。
18 Çünki Sion dağı viran qalıb, Üstündə tülkülər gəzib-dolaşır.
錫安山荒涼, 野狗行在其上。
19 Sən isə, ya Rəbb, əbədi hökmransan, Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
耶和華啊,你存到永遠; 你的寶座存到萬代。
20 Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən? Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
你為何永遠忘記我們? 為何許久離棄我們?
21 Ya Rəbb, bizi Özünə qaytar, Təzədən əvvəlki günlərimizə qayıdaq!
耶和華啊,求你使我們向你回轉, 我們便得回轉。 求你復新我們的日子,像古時一樣。
22 Yoxsa hüzurundan bizi tamamilə atmısan, Bizə qarşı hədsiz qəzəblənmisən?
你竟全然棄絕我們, 向我們大發烈怒?

< Mərsiyələr 5 >