< Hakimlər 10 >

1 Avimelekdən sonra İsraili xilas etmək üçün İssakar qəbiləsindən olan Dodo oğlu Pua oğlu Tola adlı bir adam çıxdı. O, Efrayimin dağlıq bölgəsində Şamirdə yaşayırdı.
ויקם אחרי אבימלך להושיע את ישראל תולע בן פואה בן דודו--איש יששכר והוא ישב בשמיר בהר אפרים
2 İsraildə Tola iyirmi üç il hakimlik edəndən sonra öldü və Şamirdə dəfn olundu.
וישפט את ישראל עשרים ושלש שנה וימת ויקבר בשמיר
3 Bundan sonra Gileadlı Yair çıxıb iyirmi iki il İsraildə hakimlik etdi.
ויקם אחריו יאיר הגלעדי וישפט את ישראל עשרים ושתים שנה
4 Onun otuz sıpaya minən otuz oğlu və oğlanlarının da otuz şəhəri var idi. Gilead bölgəsində olan bu şəhərlərə bu günə qədər Xavvot-Yair deyilir.
ויהי לו שלשים בנים רכבים על שלשים עירים ושלשים עירים להם להם יקראו חות יאיר עד היום הזה אשר בארץ הגלעד
5 Yair öldü və Qamonda dəfn olundu.
וימת יאיר ויקבר בקמון
6 İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.
ויסיפו בני ישראל לעשות הרע בעיני יהוה ויעבדו את הבעלים ואת העשתרות ואת אלהי ארם ואת אלהי צידון ואת אלהי מואב ואת אלהי בני עמון ואת אלהי פלשתים ויעזבו את יהוה ולא עבדוהו
7 Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi.
ויחר אף יהוה בישראל וימכרם ביד פלשתים וביד בני עמון
8 Bu dövrdə onlar İsrailliləri sıxışdırıb əzdilər. Onlar on səkkiz il İordan çayının o tayında Gileaddakı Emorlular diyarında olan bütün İsrail övladlarını əzdilər.
וירעצו וירצצו את בני ישראל בשנה ההיא שמנה עשרה שנה את כל בני ישראל אשר בעבר הירדן--בארץ האמרי אשר בגלעד
9 Ammon övladları hətta Yəhuda, Binyamin, Efrayim qəbilələrinə qarşı döyüşmək üçün İordan çayını keçirdilər. Buna görə İsraillilər çox əziyyət çəkirdi.
ויעברו בני עמון את הירדן להלחם גם ביהודה ובבנימין ובבית אפרים ותצר לישראל מאד
10 İsrail övladları Rəbbə fəryad edib dedilər: «Sənə qarşı günah etmişik, çünki Allahımızı atıb Baal bütlərinə qulluq etmişik».
ויזעקו בני ישראל אל יהוה לאמר חטאנו לך--וכי עזבנו את אלהינו ונעבד את הבעלים
11 Rəbb İsrail övladlarına dedi: «Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı?
ויאמר יהוה אל בני ישראל הלא ממצרים ומן האמרי ומן בני עמון ומן פלשתים
12 Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi?
וצידונים ועמלק ומעון לחצו אתכם ותצעקו אלי ואושיעה אתכם מידם
13 Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam.
ואתם עזבתם אותי ותעבדו אלהים אחרים לכן לא אוסיף להושיע אתכם
14 Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar».
לכו וזעקו אל האלהים אשר בחרתם בם המה יושיעו לכם בעת צרתכם
15 İsrail övladları Rəbbə dedilər: «Günah etmişik. Gözündə nə xoş görünürsə, onu bizə et. Yalvarırıq bu gün bizi qurtar».
ויאמרו בני ישראל אל יהוה חטאנו--עשה אתה לנו ככל הטוב בעיניך אך הצילנו נא היום הזה
16 Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi.
ויסירו את אלהי הנכר מקרבם ויעבדו את יהוה ותקצר נפשו בעמל ישראל
17 Ammon övladları yığılıb Gileadda ordugah qurdular. İsrail övladları isə toplanıb Mispada ordugah qurdular.
ויצעקו בני עמון ויחנו בגלעד ויאספו בני ישראל ויחנו במצפה
18 Xalq və Gilead başçıları bir-birlərinə dedilər: «Kim Ammon övladlarına qarşı döyüşə başlasa, o adam bütün Gilead əhalisinə rəhbər olacaq».
ויאמרו העם שרי גלעד איש אל רעהו מי האיש אשר יחל להלחם בבני עמון--יהיה לראש לכל ישבי גלעד

< Hakimlər 10 >