< Yeremya 9 >

1 Kaş ki başım bulaq olaydı, Gözlərim yaş çeşməsinə dönəydi, Əziz xalqımdan öldürülənlərə Gecə-gündüz yas tutaydım.
מי יתן ראשי מים ועיני מקור דמעה ואבכה יומם ולילה את חללי בת עמי
2 Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır.
מי יתנני במדבר מלון ארחים ואעזבה את עמי ואלכה מאתם כי כלם מנאפים עצרת בגדים
3 «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir.
וידרכו את לשונם קשתם שקר ולא לאמונה גברו בארץ כי מרעה אל רעה יצאו ואתי לא ידעו נאם יהוה
4 «Hər kəs dostundan çəkinsin, Heç qardaşına da etibar etməsin. Çünki hər qardaş başqasına badalaq gəlir, Hər dost böhtançıdır.
איש מרעהו השמרו ועל כל אח אל תבטחו כי כל אח עקוב יעקב וכל רע רכיל יהלך
5 Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi.
ואיש ברעהו יהתלו ואמת לא ידברו למדו לשונם דבר שקר העוה נלאו
6 Ey Yeremya, hiylə içində yaşayırsan, Hiylədən ötrü Məni tanımaq istəmirlər» Rəbb belə bəyan edir.
שבתך בתוך מרמה במרמה מאנו דעת אותי נאם יהוה
7 Buna görə də Ordular Rəbbi belə deyir: «Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm. Axı Mən əziz xalqımla Başqa cür necə rəftar edə bilərəm?
לכן כה אמר יהוה צבאות הנני צורפם ובחנתים כי איך אעשה מפני בת עמי
8 Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar».
חץ שוחט (שחוט) לשונם מרמה דבר בפיו שלום את רעהו ידבר ובקרבו ישים ארבו
9 Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı?»
העל אלה לא אפקד בם נאם יהוה אם בגוי אשר כזה לא תתנקם נפשי
10 Dağlar üçün ağlayıb nalə çəkəcəyəm, Çölün otlaqları üçün mərsiyə oxuyacağam. Çünki hamısı yandı, Daha kimsə oradan keçmir, Naxırın böyürtüsü eşidilmir. Quşlar və heyvanlar da qaçıb getdi.
על ההרים אשא בכי ונהי ועל נאות מדבר קינה--כי נצתו מבלי איש עבר ולא שמעו קול מקנה מעוף השמים ועד בהמה נדדו הלכו
11 «Yerusəlimi daş qalaqlarına, Çaqqal yuvasına döndərəcəyəm. Yəhuda şəhərlərini Sakinsiz bir xarabalığa çevirəcəyəm» deyir Rəbb.
ונתתי את ירושלם לגלים מעון תנים ואת ערי יהודה אתן שממה מבלי יושב
12 Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir?
מי האיש החכם ויבן את זאת ואשר דבר פי יהוה אליו ויגדה על מה אבדה הארץ נצתה כמדבר מבלי עבר
13 Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər,
ויאמר יהוה--על עזבם את תורתי אשר נתתי לפניהם ולא שמעו בקולי ולא הלכו בה
14 ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər.
וילכו אחרי שררות לבם--ואחרי הבעלים אשר למדום אבותם
15 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm.
לכן כה אמר יהוה צבאות אלהי ישראל הנני מאכילם את העם הזה לענה והשקיתים מי ראש
16 Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».
והפצותים בגוים אשר לא ידעו המה ואבותם ושלחתי אחריהם את החרב עד כלותי אותם
17 Ordular Rəbbi belə deyir: «İndi düşünün, Mərsiyəçi qadınları çağırın gəlsinlər, Bu işdə bacarıqlı olanları Gətirin gəlsinlər.
כה אמר יהוה צבאות התבוננו וקראו למקוננות ותבואינה ואל החכמות שלחו ותבואנה
18 Qoy onlar tələsib o qədər Bizim üçün fəryad etsinlər ki, Gözlərimizdən yaş axsın, Kirpiklərimizdən su süzülsün».
ותמהרנה ותשנה עלינו נהי ותרדנה עינינו דמעה ועפעפינו יזלו מים
19 Çünki Siondan fəryad səsi eşidilir: «Biz necə talan olunduq, Yaman rüsvay edildik. Çünki ölkəni tərk edirik, Məskənlərimiz dağıdılır».
כי קול נהי נשמע מציון איך שדדנו בשנו מאד כי עזבנו ארץ כי השליכו משכנותינו
20 Ey qadınlar, Rəbbin sözünü eşidin, Ağzından çıxan sözə qulaq asın. Qızlarınıza fəryad etməyi öyrədin, Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.
כי שמענה נשים דבר יהוה ותקח אזנכם דבר פיו ולמדנה בנותיכם נהי ואשה רעותה קינה
21 Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın.
כי עלה מות בחלונינו בא בארמנותינו--להכרית עולל מחוץ בחורים מרחבות
22 Sən söylə ki, Rəbb belə bəyan edir: «İnsan cəsədləri tarlada peyin kimi, Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq. Onları yığıb aparan olmayacaq».
דבר כה נאם יהוה ונפלה נבלת האדם כדמן על פני השדה וכעמיר מאחרי הקצר ואין מאסף
23 Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin.
כה אמר יהוה אל יתהלל חכם בחכמתו ואל יתהלל הגבור בגבורתו אל יתהלל עשיר בעשרו
24 Ancaq öyünən onunla öyünsün ki, Mən Rəbbin dünyada Məhəbbət, ədalət və salehlik yaratdığını Dərk edir və Məni tanıyır. Çünki Mən bunlardan xoşlanıram» Rəbb belə bəyan edir.
כי אם בזאת יתהלל המתהלל השכל וידע אותי--כי אני יהוה עשה חסד משפט וצדקה בארץ כי באלה חפצתי נאם יהוה
25 Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam.
הנה ימים באים נאם יהוה ופקדתי על כל מול בערלה
26 Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».
על מצרים ועל יהודה ועל אדום ועל בני עמון ועל מואב ועל כל קצוצי פאה הישבים במדבר--כי כל הגוים ערלים וכל בית ישראל ערלי לב

< Yeremya 9 >