< Huşə 2 >

1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.
So call your brothers, My People, and your sisters, Compassion.
2 Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın.
Accuse, accuse your mother: for she is not my wife, and I will not be her husband. Let her put her acts of infidelity out of her sight, and her lovers from between her breasts,
3 Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm.
else I will strip her bare, expose her as she was on the day of her birth, make her like the wilderness, let her become like a parched land, and let her die of thirst.
4 Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır.
And on her children I will have no pity, since they are children of adultery,
5 Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”.
for their mother has become a prostitute, she who conceived them has behaved shamefully. She has said, ‘I will go after my lovers who gave me my bread and my water, my wool, my flax, my oil, and my drink.’
6 Buna görə də onun yolunu qanqallarla kəsib Önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək.
That is why I am going to hedge up her ways with thorns, and build a wall about her, so that she cannot find her paths.
7 Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”.
She will pursue her lovers, but will not overtake them. She will seek them, but not find them. In time she will say, ‘I will go back to my first husband, I was better off then than now.’
8 Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm.
She herself did not know that it was I who gave her the grain, the sweet wine, and the oil, who lavished on her silver and gold – that they used in worshipping Baal!
9 Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam.
So I will take back my grain at the harvest, and my sweet wine in its season. I will withdraw my wool and my flax, given to cover her nakedness;
10 İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək.
and so I will strip her naked before her lovers, and no one shall deliver her out of my hand.
11 Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.
I will end all her celebrations, her yearly feasts, her new moons, and her sabbaths, all her festivals.
12 Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar.
I will lay waste her vines and her fig trees, of which she says, ‘These are my wages which my lovers have given me.’ I will make them a thicket, and the wild animals will eat them.
13 Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir.
In this way I will punish her for the days of the Baals, in which she made offerings to them, and decked herself with earrings and jewels, and went after her lovers, but forgot me, – declares the Lord.
14 «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm.
So I am going to court her, bring her into the wilderness, and speak tenderly to her.
15 Orada ona üzüm bağları verəcəyəm, Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi Orada nəğmə oxuyacaq».
I will give her from there her vineyards, and the valley of Achor as a door of hope. There she will respond as in the days of her youth, as in the days when she came up from the land of Egypt.
16 Rəbb bəyan edir: «Həmin gün Mənə “ərim” deyəcəksən, Artıq “ağam” deməyəcəksən.
At that time, declares the Lord, you will call me your husband, and will no more call me your master.
17 Baal bütlərinin adını dilindən siləcəyəm, Onların adı bir də yada salınmayacaq.
I will remove the name of the Baals from her mouth, their names never again uttered.
18 O gün sənin asayişin üçün Çöl heyvanları, göy quşları və Yerdə sürünənlərlə əhd kəsəcəyəm. Ölkədən kamanı, qılıncı, Müharibəni götürəcək, Səni əmin-amanlıqda yatıracağam.
On that day I will make for them a covenant with the wild animals, the birds of the sky, and the creatures that crawl on the earth. I will break the bow and the sword, banish battle from the land, and I will make them lie down in safety.
19 Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam.
I will take you for my wife forever, I will take you for my wife in righteousness, in justice, in kindness, and in mercy.
20 Səni sədaqətlə Özümə nişanlayacağam, Sən də Rəbbi tanıyacaqsan».
I will take you for my wife in faithfulness, and you will know the Lord.
21 Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək.
On that day I will answer – declares the Lord, I will answer the empty skies, and they will answer the dry earth.
22 Yer isə taxıla, təzə şəraba və Zeytun yağına hay verəcək, Onlar da İzreelə hay verəcək.
The earth will answer with grain, and new wine and oil, and they will answer Jezreel,
23 Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək».
and I will plant her in the land. I will have compassion to No-Compassion, I will say to Not-My-People, ‘You are my people,’ and they will say, ‘You are my God.’

< Huşə 2 >