< Yaradiliş 46 >

1 İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.
ויסע ישראל וכל אשר לו ויבא בארה שבע ויזבח זבחים לאלהי אביו יצחק
2 Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».
ויאמר אלהים לישראל במראת הלילה ויאמר יעקב יעקב ויאמר הנני
3 Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.
ויאמר אנכי האל אלהי אביך אל תירא מרדה מצרימה כי לגוי גדול אשימך שם
4 Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».
אנכי ארד עמך מצרימה ואנכי אעלך גם עלה ויוסף ישית ידו על עיניך
5 Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.
ויקם יעקב מבאר שבע וישאו בני ישראל את יעקב אביהם ואת טפם ואת נשיהם בעגלות אשר שלח פרעה לשאת אתו
6 Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.
ויקחו את מקניהם ואת רכושם אשר רכשו בארץ כנען ויבאו מצרימה יעקב וכל זרעו אתו
7 O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.
בניו ובני בניו אתו בנתיו ובנות בניו וכל זרעו--הביא אתו מצרימה
8 İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.
ואלה שמות בני ישראל הבאים מצרימה יעקב ובניו בכר יעקב ראובן
9 Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
ובני ראובן--חנוך ופלוא וחצרן וכרמי
10 Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.
ובני שמעון ימואל וימין ואהד--ויכין וצחר ושאול בן הכנענית
11 Levinin oğulları: Gerşon, Qohat və Merari.
ובני לוי--גרשון קהת ומררי
12 Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.
ובני יהודה ער ואונן ושלה--ופרץ וזרח וימת ער ואונן בארץ כנען ויהיו בני פרץ חצרן וחמול
13 İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.
ובני יששכר--תולע ופוה ויוב ושמרן
14 Zevulunun oğulları: Sered, Elon və Yaxleel.
ובני זבלון--סרד ואלון ויחלאל
15 Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.
אלה בני לאה אשר ילדה ליעקב בפדן ארם ואת דינה בתו כל נפש בניו ובנותיו שלשים ושלש
16 Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.
ובני גד צפיון וחגי שוני ואצבן ערי וארודי ואראלי
17 Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.
ובני אשר ימנה וישוה וישוי ובריעה--ושרח אחתם ובני בריעה חבר ומלכיאל
18 Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.
אלה בני זלפה אשר נתן לבן ללאה בתו ותלד את אלה ליעקב שש עשרה נפש
19 Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.
בני רחל אשת יעקב יוסף ובנימן
20 Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.
ויולד ליוסף בארץ מצרים אשר ילדה לו אסנת בת פוטי פרע כהן אן--את מנשה ואת אפרים
21 Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.
ובני בנימן בלע ובכר ואשבל גרא ונעמן אחי וראש מפים וחפים וארד
22 Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.
אלה בני רחל אשר ילד ליעקב--כל נפש ארבעה עשר
23 Danın oğlu Xuşim.
ובני דן חשים
24 Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.
ובני נפתלי--יחצאל וגוני ויצר ושלם
25 Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
אלה בני בלהה אשר נתן לבן לרחל בתו ותלד את אלה ליעקב כל נפש שבעה
26 Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.
כל הנפש הבאה ליעקב מצרימה יצאי ירכו מלבד נשי בני יעקב--כל נפש ששים ושש
27 Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
ובני יוסף אשר ילד לו במצרים נפש שנים כל הנפש לבית יעקב הבאה מצרימה שבעים
28 Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə
ואת יהודה שלח לפניו אל יוסף להורת לפניו גשנה ויבאו ארצה גשן
29 Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.
ויאסר יוסף מרכבתו ויעל לקראת ישראל אביו גשנה וירא אליו ויפל על צואריו ויבך על צואריו עוד
30 İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».
ויאמר ישראל אל יוסף אמותה הפעם אחרי ראותי את פניך כי עודך חי
31 Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.
ויאמר יוסף אל אחיו ואל בית אביו אעלה ואגידה לפרעה ואמרה אליו אחי ובית אבי אשר בארץ כנען באו אלי
32 Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.
והאנשים רעי צאן כי אנשי מקנה היו וצאנם ובקרם וכל אשר להם הביאו
33 Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
והיה כי יקרא לכם פרעה ואמר מה מעשיכם
34 deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».
ואמרתם אנשי מקנה היו עבדיך מנעורינו ועד עתה--גם אנחנו גם אבתינו בעבור תשבו בארץ גשן כי תועבת מצרים כל רעה צאן

< Yaradiliş 46 >