< Ezra 4 >

1 Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər.
यहूदा आणि बन्यामीन यांचे काही शत्रू होते. त्यांनी ऐकले की, बंदिवासातून आलेले लोक इस्राएलाचा देव परमेश्वर याचे मंदिर बांधत आहेत.
2 Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik».
तेव्हा ते जरुब्बाबेल आणि घराण्यांचे प्रमुख यांच्याकडे येऊन म्हणाले, “आम्हासही तुम्हासोबत बांधकाम करु द्या. तुमच्याप्रमाणेच आम्हीही तुमच्या देवाला शोधतो. आणि अश्शूरचा राजा एसरहद्दोन याने आम्हास या जागी आणल्यापासून तुमच्या देवासाठी आम्ही अर्पण करीत आलो आहोत.”
3 Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik».
पण जरुब्बाबेल, येशूवा आणि त्यांच्या वडिलांच्या घराण्याचे प्रमुख त्यांना म्हणाले, “तुम्ही नव्हे तर इस्राएलचा देव परमेश्वर याचे मंदिर फक्त आम्हासच बांधायचे आहे. पारसाचा राजा कोरेश याची तशी आज्ञा आहे.”
4 Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi.
त्या देशाचे लोक यहूदी लोकांचे हात कमजोर करू लागले. ते बांधकामाविषयी यहूदी लोकांस भीती घालू लागले.
5 Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu.
पारसाच्या कोरेश राजाची सर्व कारकीर्द संपून दारयावेश राजा सत्तेवर येईपर्यंत त्यांची योजना उधळून लावण्यासाठी ते वकीलाला लाचही देत.
6 Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar.
नंतर अहश्वेरोशाच्या राज्याच्या सुरवातीलाच त्यांनी यहूदा व यरूशलेम यातल्या राहणाऱ्यांविरूद्ध आरोप पत्र लिहून पाठवले.
7 Fars padşahı Artaxşastanın dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq tərcümə edildi.
अर्तहशश्ताच्या दिवसात बिश्लाम, मिथ्रदाथ, ताबेल व त्यांचे साथीदार यांनी पारसाच्या राजाला पत्र लिहिले. हे पत्र अरामी लिपीत लिहीले असून व अरामी भाषांतरीत केले होते.
8 Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı.
यानंतर मुख्य सेनापती रहूम आणि लेखक शिमशय यांनी यरूशलेम येथील लोकांविरूद्ध अर्तहशश्त राजाला लिहीले.
9 Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar,
मुख्य अधिकारी रहूम, लेखक शिमशय आणि त्यांचे बाकीचे सहभागी दिनाई लोक, टर्पली, अफर्शी, अर्खवी, बाबेली, सुसा येथील एलामी, यांनी एक पत्र लिहिले;
10 böyük və şanlı Aşurbanipalın sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular.
१०आणि, जे त्यांना जाऊन मिळाले ज्यांना आसनपर या थोर आणि बलाढ्य राजाने शोमरोनात आणि नदीच्या प्रदेशात आणून वसवलेले होते.
11 Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir: «Padşah Artaxşastaya Fərat çayının qərb torpaqlarında yaşayan qullarından.
११जे पत्र त्यांनी राजा अर्तहशश्त यास पाठवले त्याची प्रत हीच आहे: “नदीच्या प्रदेशात राहणारे आम्ही तुमचे सेवक:
12 Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər.
१२राजा अर्तहशश्त यास, आम्ही तुम्हास कळवू इच्छितो की, तुम्ही पाठवून दिलेले यहूदी कैदी येथे यरूशलेमेस आले आहेत. ते बंडखोर नगर बांधत आहे. त्यांनी भिंतीचे काम पूर्ण केले आहे आणि पायाची दुरुस्ती केली आहे.
13 Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə, divarları hörülüb qurtararsa, onlar sənə vergi, xərac və gömrük verməyəcəklər. Bununla da padşahın gəlirinə böyük ziyan dəyəcək.
१३आता राजाला हे समजावे की, जर हे नगर बांधले आणि हे भिंतीचे काम पूर्ण झाले की, ते लोक तुम्हास खंडणी व कर देणार नाहीत, परंतु त्यामुळे राजाची हानी होईल.
14 Əgər indi bu sarayın duzu ilə dolanırıqsa, gözümüz önündə padşaha ziyan dəyməsini görmək bizə yaraşmaz. Ona görə də padşaha bu xəbəri göndərib belə məlum edirik:
१४खचित आम्ही राजाचे मीठ खातो. कारण राजाचा कोणताही अपमान झालेला पाहणे आम्हास योग्य वाटत नाही. म्हणून आम्ही तुला कळवीत आहोत.
15 qoy ata-babalarının dəftərxanası axtarılsın. Qeyd kitablarında bu şəhər haqqında məlumat tapanda biləcəksiniz ki, bu şəhər həm üsyankar, həm də padşahlar və dövlətlər üçün zərərlidir. Qədimdən bəri oradan həmişə xəyanət törəyib və bunun üçün şəhər xarabaya çevrilib.
१५तुझ्या पित्याच्या नोंद-पुस्तकात शोधून पाहा आणि त्यावरुन हे नगर बंडखोर आहे राजांना व प्रांताला उपद्रव करणारे आहे आणि पुरातन काळापासून यामध्ये लोक बंड करीत असत. या कारणासाठी त्या नगराचा नाश करण्यात आला होता.
16 Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə və divarları tikilib qurtararsa, sənin Fərat çayının qərb torpaqlarında payın olmayacaq».
१६आम्ही राजाला कळवतो की, हे नगर आणि त्यासभोवतालची भिंत बांधून पूर्ण झाली की नदीच्या पलीकडे तुमचे काहीच राहणार नाही.”
17 Padşah belə cavab göndərdi: «Sərkərdə Rexuma, mirzə Şimşaya və Samariya ilə Fərat çayının digər qərb torpaqlarında yaşayan yoldaşlarına salamlar!
१७यावर राजाने पुढील उत्तर पाठवले रहूम, शिमशय आणि त्याचे शोमरोनातले साथीदार व नदीच्या पलीकडे राहणारे बाकीचे लोक, “यांना शांती असो.
18 Bizə göndərdiyiniz məktub hüzurumda tərcümə edildi.
१८तुम्ही पाठवलेल्या पत्राचा अनुवाद करून मला वाचून दाखवण्यात आले.
19 Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb.
१९याकरीता मी चौकशी करण्याचा आदेश दिला आणि तेव्हा असा शोध लागला की, मागील दिवसात राजाच्या विरूद्ध बंड करीत आणि त्यामध्ये बंड व फितुरी केल्याचे प्रकार तेथे सतत घडत आले आहेत.
20 O zaman Yerusəlimi idarə edən qüdrətli padşahlar var idi. Fərat çayının qərbindəki bütün torpaqlar üzərində bu padşahlar hökmranlıq edirdilər. Buranın əhalisi isə onlara xərac, vergi və gömrük verirdi.
२०यरूशलेमेवर पराक्रमी राजांनी राज्य केले आणि नदीपलीकडच्या सर्व देशावर अधिकार करीत होते. त्या राजांना लोक कर व खंडणी देत असत.
21 İndi əmr verin, bu adamlar işi dayandırsınlar və mən əmr verənə qədər bu şəhəri bərpa etməsinlər.
२१आता तुम्ही त्या लोकांस काम थांबवण्याचा हुकूम दिला पाहिजे. मी आज्ञा देईपर्यंत या नगराचे बांधकाम होऊ नये.
22 Bu işə etinasız yanaşmaqdan çəkinin. Niyə şər artıb padşahlığıma ziyan vursun?»
२२तर हे करण्याची हयगय करू नका म्हणून काळजीपूर्वक राहा. राजाचे नुकसान होईपर्यंत हानी का वाढू द्यावी?”
23 Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar.
२३मग राजा अर्तहशश्तने पाठवलेले फर्मान रहूम, शिमशय आणि त्यांच्याबरोबरचे लोक यांना वाचून दाखवण्यात आली. त्यांचे साथीदार ताबडतोब यरूशलेममधील यहूद्याकडे गेले आणि त्यांनी सक्तीने बांधकाम थांबवले.
24 Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi.
२४त्यामुळे यरूशलेममधील मंदिराचे काम स्थगित झाले. पारसाचा राजा दारयावेश याच्या कारकिर्दीच्या दुसऱ्या वर्षापर्यंत ते तसेच राहिले.

< Ezra 4 >